Andlar
حَدَّثَنَا يَحْيَى بْنُ حَكِيمٍ ، حَدَّثَنَا بِشْرُ بْنُ عُمَرَ , سَمِعْتُ مَالِكَ بْنَ أَنَسٍ , حَدَّثَنِي أَبُو لَيْلَى بْنُ عَبْدِ اللهِ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ سَهْلِ بْنِ حُنَيْفٍ ، عَنْ سَهْلِ بْنِ أَبِي حَثْمَةَ , أَنَّهُ أَخْبَرَهُ عَنْ رِجَالٍ مِنْ كُبَرَاءِ قَوْمِهِ ، أَنَّ عَبْدَ اللهِ بْنَ سَهْلٍ , وَمُحَيِّصَةَ خَرَجَا إِلَى خَيْبَرَ مِنْ جَهْدٍ أَصَابَهُمْ ، فَأُتِيَ مُحَيِّصَةُ , فَأُخْبِرَ أَنَّ عَبْدَ اللهِ بْنَ سَهْلٍ قَدْ قُتِلَ وَأُلْقِيَ فِي فَقِيرٍ أَوْ عَيْنٍ بِخَيْبَرَ ، فَأَتَى يَهُودَ , فَقَالَ : أَنْتُمْ وَاللَّهِ قَتَلْتُمُوهُ ، فَقَالُوا : وَاللَّهِ مَا قَتَلْنَاهُ ، ثُمَّ أَقْبَلَ حَتَّى قَدِمَ عَلَى قَوْمِهِ ، فَذَكَرَ لَهُمْ ذَلِكَ ، ثُمَّ أَقْبَلَ هُوَ وَأَخُوهُ حُوَيِّصَةُ ، وَهُوَ أَكْبَرُ مِنْهُ ، وَعَبْدُ الرَّحْمَنِ بْنُ سَهْلٍ ، فَذَهَبَ مُحَيِّصَةُ يَتَكَلَّمُ ، وَهُوَ الَّذِي كَانَ بِخَيْبَرَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ لِمُحَيِّصَةَ : كَبِّرْ كَبِّرْ , يُرِيدُ السِّنَّ ، فَتَكَلَّمَ حُوَيِّصَةُ ، ثُمَّ تَكَلَّمَ مُحَيِّصَةُ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِمَّا أَنْ يَدُوا صَاحِبَكُمْ ، وَإِمَّا أَنْ يُؤْذَنُوا بِحَرْبٍ , فَكَتَبَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ إِلَيْهِمْ فِي ذَلِكَ ، فَكَتَبُوا : إِنَّا وَاللَّهِ مَا قَتَلْنَاهُ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ لِحُوَيِّصَةَ , وَمُحَيِّصَةَ , وَعَبْدِ الرَّحْمَنِ : تَحْلِفُونَ وَتَسْتَحِقُّونَ دَمَ صَاحِبِكُمْ ؟ قَالُوا : لاَ , قَالَ : فَتَحْلِفُ لَكُمْ يَهُودُ ؟ قَالُوا : لَيْسُوا بِمُسْلِمِينَ , فَوَدَاهُ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ مِنْ عِنْدِهِ ، فَبَعَثَ إِلَيْهِمْ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ مِئَةَ نَاقَةٍ ، حَتَّى أُدْخِلَتْ عَلَيْهِمُ الدَّارَ. فَقَالَ سَهْلٌ : فَلَقَدْ رَكَضَتْنِي مِنْهَا نَاقَةٌ حَمْرَاءُ.
“Səhl ibn Həsmə ﵀ öz tayfasının öndə gedənlərindən rəvayət edir ki, bir dəfə Abdullah ibn Səhl və Muheyyisa çətinlik üzündən qazanc əldə etmək məqsədilə Xeybərə doğru yola çıxdılar. (Orada ayrı-ayrılıqda işəyirdilər). Bu əsnada Muheyyisaya yoldaşının öldürülüb bir quyuya və ya Xeybər tərəfdə olan bulağa atıldığı xəbəri çatdırıldı. Muheyyisa yəhudilərin yanına gedərək: “Sizsiniz, Allaha and olsun ki, yoldaşımı siz öldürmüsünüz”- dedi. Onlar dedilər: “Allaha and olsun ki, onu biz öldürməmişik”. Sonra Muheyyisa Mədinəyə qayıdıb olanları tayfasına xəbər verdi. Sonra da böyük qardaşı Huveyyisa və Abdur-Rahmən ibn Səhl ilə birlikdə qalxıb Allah Elçisinin ﷺ yanına getdilər. Muheyyisa danışmağa başladı, çünki Xeybərdə o olmuşdu. Allah Elçisi ﷺ Muheyyisaya yaşca böyük olan qardaşını qəsd edərək: “Böyük danışsın, böyük danışsın!”- dedi. Ona görə əvvəl Huveyyisa, sonra isə Muheyyisa danışdı. Allah Elçisi ﷺ buyurdu: “Onlar ya öldürülən yoldaşınızın qanbahasını verməlidirlər, ya da onlarla müharibə olacaq”. Allah Elçisi məsələ ilə bağlı məktubu Xeybərlilərə göndərdi. Onlar da bu məktuba cavab olaraq: “Allaha and olsun! Onu biz öldürməmişik”. Allah Elçisi ﷺ Huveyyisa, Muheyyisa və Abdur-Rahmənə dedi: “Yoldaşınızın (Xeybər yəhudiləri tərəfindən) öldürüldüyünə and içə bilərsinizmi? Belə olduqda onun qanbahasını ala biləcəksiniz”. Onlar: “Xeyr”- dedilər. Allah Elçisi ﷺ buyurdu: “Onda yəhudilər sizin üçün (bu cinayəti etmədiklərinə) and içəcəklər”. Onlar dedilər: “Axı onlar müsəlman deyillər (andları necə həqiqət sayıla bilər)”. Bundan sonra Allah Elçisi ﷺ öldürülənin qanbahasını özü verdi. Allah Elçisi ﷺ öldürülənin yaxınlarına yüz dişi dəvə göndərib onların evlərində onlara təhvil etdirdi. Ravi Səhl deyir: “O dəvələrdən qırmızı bir dəvə mənə şıllaq atmışdı”.”
İstinad
İbn Məcə, 2677 (Qanbahası, 63)
Sunən İbn Məcə — Qanbahasına aid fəsillər