Andlar
حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ سَعِيدٍ ، حَدَّثَنَا أَبُو خَالِدٍ الأَحْمَرُ ، عَنْ حَجَّاجٍ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، أَنَّ حُوَيِّصَةَ , وَمُحَيِّصَةَ ابْنَيْ مَسْعُودٍ ، وَعَبْدَ اللهِ , وَعَبْدَ الرَّحْمَنِ ابْنَيْ سَهْلٍ ، خَرَجُوا يَمْتَارُونَ بِخَيْبَرَ ، فَعُدِيَ عَلَى عَبْدِ اللهِ ، فَقُتِلَ , فَذُكِرَ ذَلِكَ لِرَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ , فَقَالَ : تُقْسِمُونَ وَتَسْتَحِقُّونَ ؟ فَقَالُوا : يَا رَسُولَ اللهِ ، كَيْفَ نُقْسِمُ وَلَمْ نَشْهَدْ ؟ قَالَ : فَتُبْرِئُكُمْ يَهُودُ ؟ فَقَالُوا : يَا رَسُولَ اللهِ ، إِذًا تَقْتُلَنَا ، قَالَ : فَوَدَاهُ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ مِنْ عِنْدِهِ.
“Amr ibn Şueyb atasından və babasından rəvayət edir ki, bir dəfə Məsudun oğulları olan Huveyyisa və Muheyyisa və Səhlin oğlanları Abdullah və Abdur-Rahmən azuqə üçün Xeybərə getdilər. Sonra (Xeybərdə) Abdullah öldürüldü. Bunu Allah Elçisinə ﷺ bildirdikdə o buyurdu: “Yoldaşınızın (Xeybər yəhudiləri tərəfindən) öldürüldüyünə and içə biləsinizmi? Belə olduqda onun qanbahasını ala biləcəksiniz”. Onlar dedilər: “Ey Allahın Elçisi, biz necə and içə bilərik, axı biz buna şahid olmamışıq”. Allah Elçisi ﷺ buyurdu: “Onda yəhudilər (and içib) sizin ittihamınızdan bəraət qazanacaqlar”. Onlar dedilər: “Ey Allahın Elçisi, yəhudilər and içməklə bəraət alsalar, bizi öldürəcəklər”. Ravi deyir: “Bundan sonra Allah Elçisi ﷺ öldürülənin qanbahasını özü verdi”.”
İstinad
İbn Məcə, 2678 (Qanbahası, 64)
Sunən İbn Məcə — Qanbahasına aid fəsillər