Qanbahasına aid fəsillər

Kim köləsinin bir əzasını kəsərək ona əziyyət verərsə, o kölə azad sayılır

حَدَّثَنَا رَجَاءُ بْنُ الْمُرَجَّى السَّمَرْقَنْدِيُّ ، حَدَّثَنَا النَّضْرُ بْنُ شُمَيْلٍ ، حَدَّثَنَا أَبُو حَمْزَةَ الصَّيْرَفِيُّ , حَدَّثَنِي عَمْرُو بْنُ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ , قَالَ : جَاءَ رَجُلٌ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ صَارِخًا ، فَقَالَ لَهُ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَا لَكَ ؟ قَالَ : سَيِّدِي رَآنِي أُقَبِّلُ جَارِيَةً لَهُ , فَجَبَّ مَذَاكِيرِي ، فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : عَلَيَّ بِالرَّجُلِ , فَطُلِبَ , فَلَمْ يُقْدَرْ عَلَيْهِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : اذْهَبْ ، فَأَنْتَ حُرٌّ , قَالَ : عَلَى مَنْ نُصْرَتِي يَا رَسُولَ اللهِ ؟ قَالَ : يَقُولُ : أَرَأَيْتَ إِنِ اسْتَرَقَّنِي مَوْلاَيَ ؟ فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : عَلَى كُلِّ مُؤْمِنٍ أَوْ مُسْلِمٍ.

“Amr ibn Şueyb atasının və babasının ﵄ belə dediyini rəvayət etmişdir: “Bir kölə kişi Peyğəmbərin ﷺ yanına gələrək kömək istədi. Allah Elçisi ﷺ ona dedi: “Nə olub?” Kişi dedi: “Ağam məni bir cariyəsini öpdüyüm vaxt gördü və buna görə mənim cinsiyyət üzvümü kəsdi”. Peyğəmbər ﷺ səhabələrinə buyurdu: “O adamı mənim yanıma gətirin!” Səhabələr onu axtardılar, lakin tapa bilmədilər. Allah Elçisi ﷺ də buyurdu: “Get, sən azadsan!” Kölə dedi: “Bu məsələdə mənə kim kömək edər, ey Allahın Elçisi? Ağam məni kölə etmək istəsə, buna kim mane olacaq?” Allah Elçisi ﷺ buyurdu: “Hər bir mömin və ya hər bir müsəlman”.”

Amr ibn Şueyb atasından və babasından
Həsən

İstinad

İbn Məcə, 2680 (Qanbahası, 66)

Sunən İbn Məcə — Qanbahasına aid fəsillər