Müsəlmanların qanbahaları bərabər hüquq sahibidirlər
حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى الصَّنْعَانِيُّ ، حَدَّثَنَا الْمُعْتَمِرُ بْنُ سُلَيْمَانَ ، عَنْ أَبِيهِ ، عَنْ حَنَشٍ ، عَنْ عِكْرِمَةَ ، عَنِ ابْنِ عَبَّاسٍ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : الْمُسْلِمُونَ تَتَكَافَأُ دِمَاؤُهُمْ , وَهُمْ يَدٌ عَلَى مَنْ سِوَاهُمْ ، يَسْعَى بِذِمَّتِهِمْ أَدْنَاهُمْ ، وَيُرَدُّ عَلَى أَقْصَاهُمْ.
“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Müsəlmanlar qanbahalarında bərabər hüquq sahibidirlər və düşmənlərə qarşı bir yumruq kimidirlər. Onların kafirlərə verə biləcəkləri haqları ən aşağı səviyyədə olanı da verə bilər. Qəniməti isə dəstədə ən uzaq olana da verilir”.”
İstinad
İbn Məcə, 2683 (Qanbahası, 69)
Sunən İbn Məcə — Qanbahasına aid fəsillər