Qanbahasına aid fəsillər

Qatil (öldürdüyü adamın malına) varis ola bilməz

حَدَّثَنَا أَبُو كُرَيْبٍ ، وَعَبْدُ اللهِ بْنُ سَعِيدٍ الْكِنْدِيُّ , قَالاَ : حَدَّثَنَا أَبُو خَالِدٍ الأَحْمَرُ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، أَنَّ أَبَا قَتَادَةَ , رَجُلاً مِنْ بَنِي مُدْلِجٍ ، قَتَلَ ابْنَهُ ، فَأَخَذَ مِنْهُ عُمَرُ مِئَةً مِنَ الإِبِلِ : ثَلاَثِينَ حِقَّةً , وَثَلاَثِينَ جَذَعَةً , وَأَرْبَعِينَ خَلِفَةً ، فَقَالَ : أَيْنَ أَخُو الْمَقْتُولِ ؟ سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : لَيْسَ لِقَاتِلٍ مِيرَاثٌ.

“Amr ibn Şueyb ﵀ rəvayət edir ki, bir dəfə Bəni Mudlic tayfasından olan Əbu Qatədə adlı bir kişi öz oğlunu öldürmüşdü. Ömər otuz hiqqa, otuz cəzəa və qırx xalifa olaraq cəmi yüz dəvə aldı. Sonra dedi: Öldürülənin qardaşı haradadır? Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Qatil (öldürdüyü adamın malına) varis ola bilməz”.”

Amr ibn Şueyb
Səhih

İstinad

İbn Məcə, 2646 (Qanbahası, 32)

Sunən İbn Məcə — Qanbahasına aid fəsillər