Qanbahasına aid fəsillər

Dişin sındırılmasına görə tətbiq edilən qisas

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى أَبُو مُوسَى ، حَدَّثَنَا خَالِدُ بْنُ الْحَارِثِ ، وَابْنُ أَبِي عَدِيٍّ ، عَنْ حُمَيْدٍ ، عَنْ أَنَسٍ , قَالَ : كَسَرَتِ الرُّبَيِّعُ عَمَّةُ أَنَسٍ ثَنِيَّةَ جَارِيَةٍ ، فَطَلَبُوا الْعَفْوَ ، فَأَبَوْا ، فَعُرِضَ عَلَيْهِمُ الأَرْشَ ، فَأَبَوْا ، فَأَتَوُا النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَأَمَرَ بِالْقِصَاصِ ، فَقَالَ أَنَسُ بْنُ النَّضْرِ : يَا رَسُولَ اللهِ ، تُكْسَرُ ثَنِيَّةُ الرُّبَيِّعِ , وَالَّذِي بَعَثَكَ بِالْحَقِّ لاَ تُكْسَرُ ، فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : يَا أَنَسُ , كِتَابُ اللهِ الْقِصَاصُ , قَالَ : فَرَضِيَ الْقَوْمُ , فَعَفَوْا ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنَّ مِنْ عِبَادِ اللهِ مَنْ لَوْ أَقْسَمَ عَلَى اللهِ لأَبَرَّهُ.

“Ənəs ﵁ rəvayət edir ki, xalası Rubeyyi bir cariyənin ön dişini sındırdı. Rubeyyinin qohumları qarşı tərəfdən onların bağışlamasını istədilər, lakin qarşı tərəf bundan imtina etdi. Rubeyyinin qohumları bunun qanbahasını ödəmək istədilər, lakin qarşı tərəf bunu da qəbul etmədi. Peyğəmbərin ﷺ yanına getdilər. Peyğəmbər ﷺ qisasın tətbiq olunmasını əmr etdi. (Rubeyyinin qardaşı) Ənəs ibn ən-Nədr dedi: “Ey Allahın Elçisi, Rubeyyinin ön dişi sındırılacaqmı? Səni haqq ilə göndərənə and olsun ki, Rubeyyinin dişi qırılmayacaq”. Peyğəmbər ﷺ buyurdu: “Ey Ənəs, qisas Allahın Kitabındadır”. Ravi deyir: “Ənəsin andından sonra cariyənin adamları qanbahasına razı oldular və Rubeyyini bağışladılar. Bu vaxt Peyğəmbər ﷺ buyurdu: “Həqiqətən, Allahın bəndələrindən elələri var ki, and içsə, Allah onun andını yerinə yetirər”.”

Ənəs
Səhih

İstinad

İbn Məcə, 2649 (Qanbahası, 35)

Sunən İbn Məcə — Qanbahasına aid fəsillər