Qanbahasına aid fəsillər

Birinə qoruma təminatı verib sonra da onu öldürən

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الْمَلِكِ بْنِ أَبِي الشَّوَارِبِ ، حَدَّثَنَا أَبُو عَوَانَةَ , عَنْ عَبْدِ الْمَلِكِ بْنِ عُمَيْرٍ , عَنْ رِفَاعَةَ بْنِ شَدَّادٍ الْفِتْيَانِيِّ , قَالَ : لَوْلاَ كَلِمَةٌ سَمِعْتُهَا مِنْ عَمْرِو بْنِ الْحَمِقِ الْخُزَاعِيِّ لَمَشَيْتُ فِيمَا بَيْنَ رَأْسِ الْمُخْتَارِ وَجَسَدِهِ , سَمِعْتُهُ يَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ أَمِنَ رَجُلاً عَلَى دَمِهِ فَقَتَلَهُ , فَإِنَّهُ يَحْمِلُ لِوَاءَ غَدْرٍ يَوْمَ الْقِيَامَةِ.

“Rəvayət edilir ki, Rifəa ibn Şəddad əl-Fityani ﵀ demişdir: “Amr ibn əl-Hamiq əl-Xuzaidən eşitdiyim bir kəlmə olmasaydı, Muxtarın başı ilə bədəni arasında yeriyərdim. O, Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişdir: “Kim bir adama qoruma təminatı verib sonra onu öldürərsə, şübhəsiz, o, Qiyamət günü zülm bayrağını daşıyacaq”.”

Rifəa ibn Şəddad əl-Fityani
Səhih

İstinad

İbn Məcə, 2688 (Qanbahası, 74)

Sunən İbn Məcə — Qanbahasına aid fəsillər