Qatil öldürüləni necə öldürülübsə, elə də öldürülür
حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ (ح) وحَدَّثَنَا إِسْحَاقُ بْنُ مَنْصُورٍ ، أَخْبَرَنَا النَّضْرُ بْنُ شُمَيْلٍ , قَالاَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ هِشَامِ بْنِ زَيْدٍ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، أَنَّ يَهُودِيًّا قَتَلَ جَارِيَةً عَلَى أَوْضَاحٍ لَهَا ، فَقَالَ لَهَا : أَقَتَلَكِ فُلاَنٌ ؟ فَأَشَارَتْ بِرَأْسِهَا : أَنْ لاَ ، ثُمَّ سَأَلَهَا الثَّانِيَةَ ، فَأَشَارَتْ بِرَأْسِهَا : أَنْ لاَ ، ثُمَّ سَأَلَهَا الثَّالِثَةَ ، فَأَشَارَتْ بِرَأْسِهَا : أَنْ نَعَمْ ، فَقَتَلَهُ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ بَيْنَ حَجَرَيْنِ.
“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, bir dəfə bir yəhudi (ənsardan olan) gənc bir qadını üzərindəki gümüşdən olan zinət əşyasına görə başını iki daşın arasında sıxaraq onu öldürmüşdü. Qadın hələ can verməmiş Allah Elçisinin ﷺ yanına gətirildi. Allah Elçisi ﷺ dedi: “Səni filankəs vurdu?” Qadın başı ilə “xeyr” cavabını verdi. Allah Elçisi ﷺ ikinci dəfə başqa birisinin adını çəkərək dedi: “Səni filankəs vurdu?” Qadın başı ilə yenə “xeyr” cavabını verdi. Sonra Allah Elçisi ﷺ üçüncü dəfə başqa birisinin adını çəkərək dedi: “Səni filankəs vurdu?” Qadın başı ilə “bəli” cavabını verdi. Allah Elçisinin ﷺ əmri ilə qatilin başı iki daş arasında əzilərək öldürüldü.”
İstinad
İbn Məcə, 2666 (Qanbahası, 52)
Sunən İbn Məcə — Qanbahasına aid fəsillər