Qanbahasına aid fəsillər

Birinin əlini dişlədikdə əlini çəkən zaman dişləyən adamın dişlərinin düşməsi

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا عَبْدُ الرَّحِيمِ بْنُ سُلَيْمَانَ ، عَنْ مُحَمَّدِ بْنِ إِسْحَاقَ ، عَنْ عَطَاءٍ ، عَنْ صَفْوَانَ بْنِ عَبْدِ اللهِ ، عَنْ عَمَّيْهِ يَعْلَى , وَسَلَمَةَ ابْنَيْ أُمَيَّةَ , قَالاَ : خَرَجْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِي غَزْوَةِ تَبُوكَ , وَمَعَنَا صَاحِبٌ لَنَا ، فَاقْتَتَلَ هُوَ وَرَجُلٌ آخَرُ , وَنَحْنُ بِالطَّرِيقِ ، قَالَ : فَعَضَّ الرَّجُلُ يَدَ صَاحِبِهِ ، فَجَذَبَ صَاحِبُهُ يَدَهُ مِنْ فِيهِ ، فَطَرَحَ ثَنِيَّتَهُ ، فَأَتَى رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَلْتَمِسُ عَقْلَ ثَنِيَّتِهِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : يَعْمِدُ أَحَدُكُمْ إِلَى أَخِيهِ فَيَعَضُّهُ كَعِضَاضِ الْفَحْلِ ، ثُمَّ يَأْتِي يَلْتَمِسُ الْعَقْلَ , لاَ عَقْلَ لَهَا , فَأَبْطَلَهَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ.

“Safvən ibn Abdullah Bəni Umeyyə tayfasından olan əmiləri Yalə və Sələmənin ﵄ belə dediklərini rəvayət etmişdir: “Biz Allah Elçisi ﷺ birlikdə Təbuk döyüşünə çıxmışdıq. Bizimlə birlikdə bir yoldaşımız da var idi. Yolda yoldaşımız bir nəfərlə dalaşdı. O, dalaşdığı adamın əlindən dişlədi. Bu vaxt əli dişlənən adam əlini onun ağzından çəkəndə dişləyən adamın qabaq dişi çıxdı. Dişi çıxan adam Allah Elçisinin ﷺ yanına gələrək qabaq dişlərinin qanbahasını istədi. Allah Elçisi ﷺ də buyurdu: “Sizdən biri yoldaşına yönələrək onu erkək dəvənin dişlədiyi kimi dişləyir, sonra da gəlib (düşən dişinə görə) qanbahası tələb edir. Düşən dişə görə qanbahası yoxdur”. Beləliklə, Allah Elçisi ﷺ düşən dişin qanbahasının batil olduğuna hökm verdi”.”

Yalə və Sələmə
Səhih

İstinad

İbn Məcə, 2656 (Qanbahası, 42)

Sunən İbn Məcə — Qanbahasına aid fəsillər