Mömin kafirin qətlinə görə öldürülmür
حَدَّثَنَا عَلْقَمَةُ بْنُ عَمْرٍو الدَّارِمِيُّ ، حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ عَيَّاشٍ ، عَنْ مُطَرِّفٍ ، عَنِ الشَّعْبِيِّ ، عَنْ أَبِي جُحَيْفَةَ , قَالَ : قُلْتُ لِعَلِيِّ بْنِ أَبِي طَالِبٍ : هَلْ عِنْدَكُمْ شَيْءٌ مِنَ الْعِلْمِ لَيْسَ عِنْدَ النَّاسِ ؟ قَالَ : لاَ وَاللَّهِ مَا عِنْدَنَا إِلاَّ مَا عِنْدَ النَّاسِ ، إِلاَّ أَنْ يَرْزُقَ اللَّهُ رَجُلاً فَهْمًا فِي الْقُرْآنِ ، أَوْ مَا فِي هَذِهِ الصَّحِيفَةِ , فِيهَا الدِّيَاتُ عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ , وَأَنْ لاَ يُقْتَلَ مُسْلِمٌ بِكَافِرٍ.
“Rəvayət edilir ki, Əbu Cuheyfə ﵀ demişdir: “Mən Əli ibn Əbu Talibə dedim: “Sizin bilib, insanların isə bilmədiyi bir şey varmı?” Əli dedi: “Xeyr, Allaha and olsun ki, bizim bildiyimiz, insanların isə bilmədiyi heç nə yoxdur. Yalnız Allahın bir adama Quran hökmlərini dərk etmək qabiliyyəti verməsi və bu səhifədə olan hökmlər var. Bu səhifədə Allah Elçisi ﷺ tərəfindən buyurulan qanbahalarının hökmləri və müsəlmanın kafiri qətlə yetirməsinə görə öldürülməməsi hökmü var”.”
İstinad
İbn Məcə, 2658 (Qanbahası, 44)
Sunən İbn Məcə — Qanbahasına aid fəsillər