Qəsdən öldürməyin təzminatı ağırlaşdırmadır
حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ مُحَمَّدٍ الزُّهْرِيُّ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنِ ابْنِ جُدْعَانَ ، سَمِعَهُ مِنَ الْقَاسِمِ بْنِ رَبِيعَةَ ، عَنِ ابْنِ عُمَرَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَامَ يَوْمَ فَتْحِ مَكَّةَ , وَهُوَ عَلَى دَرَجِ الْكَعْبَةِ , فَحَمِدَ اللَّهَ وَأَثْنَى عَلَيْهِ , فَقَالَ : الْحَمْدُ لِلَّهِ الَّذِي صَدَقَ وَعْدَهُ ، وَنَصَرَ عَبْدَهُ ، وَهَزَمَ الأَحْزَابَ وَحْدَهُ ، أَلاَ إِنَّ قَتِيلَ الْخَطَأِ ، قَتِيلُ السَّوْطِ وَالْعَصَا , فِيهِ مِئَةٌ مِنَ الإِبِلِ ، مِنْهَا أَرْبَعُونَ خَلِفَةً ، فِي بُطُونِهَا أَوْلاَدُهَا ، أَلاَ إِنَّ كُلَّ مَأْثُرَةٍ كَانَتْ فِي الْجَاهِلِيَّةِ وَدَمٍ تَحْتَ قَدَمَيَّ هَاتَيْنِ ، إِلاَّ مَا كَانَ مِنْ سِدَانَةِ الْبَيْتِ , وَسِقَايَةِ الْحَاجِّ ، أَلاَ إِنِّي قَدْ أَمْضَيْتُهُمَا لأَهْلِهِمَا كَمَا كَانَا.
“İbn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ Məkkənin fəth olunduğu gün Kəbənin nərdivanında ayağa durub Allaha həmd-səna edib Onu təriflədi və belə buyurdu: “Vədinə sadiq olan, quluna kömək edən və (düşmənlərdən olan) dəstələri tək məğlub edən Allaha həmd olsun! Qəsdən adam öldürməyə bənzəyən (xəta ilə) öldürmək hadisəsində öldürülən qamçı və dəyənək ilə öldürülən kəsdir. Bunun təzminatı yüz dəvədir. Dəvələrin qırxı bətnlərində balaları olan “xalifa” dəvələrdir. Bilin ki, cahiliyyət dövründə fəxrə səbəb olan hər şey və bütün qan davaları bu ayaqlarımın altındadır (batildir). Ancaq Kəbəyə xidmət etmək və hacılara su verilməsi bu hökmdən istisnadır. Bilin ki, bu iki işi əvvəllər olduğu kimi öz əhlinə verməyi dəstəkləyirəm”.”
İstinad
İbn Məcə, 2628 (Qanbahası, 14)
Sunən İbn Məcə — Qanbahasına aid fəsillər