Qanbahasına aid fəsillər

Səhvən adam öldürənin qanbahası

حَدَّثَنَا إِسْحَاقُ بْنُ مَنْصُورٍ الْمَرْوَزِيُّ ، حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ ، أَخْبَرَنَا مُحَمَّدُ بْنُ رَاشِدٍ ، عَنْ سُلَيْمَانَ بْنِ مُوسَى ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : مَنْ قُتِلَ خَطَأً فَدِيَتُهُ مِنَ الإِبِلِ ثَلاَثُونَ بِنْتَ مَخَاضٍ , وَثَلاَثُونَ بِنْتَ لَبُونٍ , وَثَلاَثُونَ حِقَّةً , وَعَشَرٌ بَنِي لَبُونٍ , وَكَانَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يُقَوِّمُهَا عَلَى أَهْلِ الْقُرَى أَرْبَعَ مِئَةِ دِينَارٍ ، أَوْ عَدْلَهَا مِنَ الْوَرِقِ ، وَيُقَوِّمُهَا عَلَى أَزْمَانِ الإِبِلِ إِذَا غَلَتْ رَفَعَ فِي ثَمَنِهَا , وَإِذَا هَانَتْ نَقَصَ مِنْ ثَمَنِهَا ، عَلَى نَحْوِ الزَّمَانِ مَا كَانَ , فَبَلَغَ قِيمَتُهَا عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ مَا بَيْنَ الأَرْبَعِ مِئَةِ دِينَارٍ إِلَى ثَمَانِ مِئَةِ دِينَارٍ ، أَوْ عَدْلُهَا مِنَ الْوَرِقِ ثَمَانِيَةُ آلاَفِ دِرْهَمٍ ، وَقَضَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَنَّ مَنْ كَانَ عَقْلُهُ فِي الْبَقَرِ ، عَلَى أَهْلِ الْبَقَرِ مِئَتَيْ بَقَرَةٍ ، وَمَنْ كَانَ عَقْلُهُ فِي الشَّاءِ ، عَلَى أَهْلِ الشَّاءِ أَلْفَيْ شَاةٍ.

“Amr ibn Şueyb atasından və babasından ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim səhvən adam öldürərsə, onun təzminatı otuz məxad (bir yaşı tamam olan dəvə), otuz ləbun (iki yaşı tamam olan dişi dəvə), otuz hiqqa (üç yaşı tamam olan dişi dəvə) və on iki yaşı tamam olan erkək dəvədir”. Allah Elçisi ﷺ kəndlilərin ödəyəcəyi bu qanbahası üçün dörd yüz dinar və ya buna bərabər olan gümüş təyin edərdi. Dəvə yiyələrinin ödəyəcəyi qanbahası üçün qiymət təyin edərdi. Dəvələr bahalaşdıqda qanbahasının əvəzini də artırırdı və dəvələrin qiyməti düşdükdə qiymətini azaldırdı. Allah Elçisi ﷺ o dövrün tələbinə görə təyin edərdi. Allah Elçisinin ﷺ dövründə belə bir qanbahasının qiyməti dörd yüz ilə səkkiz yüz dinar və ya bunun gümüşdən olan dəyərinə bərabər olan səkkiz yüz dirhəmə çatırdı. Allah Elçisi ﷺ inək sürüsünün yiyələri üçün öldürülənin qanbahasının iki yüz inək olduğuna və qoyun sürüsü yiyələri üçün öldürülənin qanbahasının iki min qoyun olmasına hökm etdi”.”

Amr ibn Şueyb atasından və babasından
Həsən

İstinad

İbn Məcə, 2630 (Qanbahası, 16)

Sunən İbn Məcə — Qanbahasına aid fəsillər