Qanbahasına aid fəsillər

Müsəlmanların qanbahaları bərabər hüquq sahibidirlər

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا حَاتِمُ بْنُ إِسْمَاعِيلَ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ عَيَّاشٍ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ , قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : يَدُ الْمُسْلِمِينَ عَلَى مَنْ سِوَاهُمْ , تَتَكَافَأُ دِمَاؤُهُمْ ، وَيُجِيرُ عَلَى الْمُسْلِمِينَ أَدْنَاهُمْ ، وَيَرُدُّ عَلَى الْمُسْلِمِينَ أَقْصَاهُمْ.

“Amr ibn Şueyb atasının və babasının ﵄ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Müsəlmanlar düşmənlərə qarşı bir yumruq kimi olmalıdırlar və onlar qanbahalarında bərabər hüquq sahibidirlər. Müsəlmanların ən aşağı səviyyədə olanı belə onların hamısının adından kafirlərə zəmanət verə bilər və qəniməti dəstədə ən uzaq olana da verilir”.”

Amr ibn Şueyb atasından və babasından
Səhih

İstinad

İbn Məcə, 2685 (Qanbahası, 71)

Sunən İbn Məcə — Qanbahasına aid fəsillər