Allah Elçisi ﷺ nə vəsiyyət etmişdir?
حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنْ مَالِكِ بْنِ مِغْوَلٍ ، عَنْ طَلْحَةَ بْنِ مُصَرِّفٍ قَالَ : قُلْتُ لِعَبْدِ اللهِ بْنِ أَبِي أَوْفَى أَوْصَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ بِشَيْءٍ ؟ قَالَ : لاَ ، قُلْتُ : فَكَيْفَ أَمَرَ الْمُسْلِمِينَ بِالْوَصِيَّةِ ، قَالَ : أَوْصَى بِكِتَابِ اللَّهِ. قَالَ مَالِكٌ : وَقَالَ طَلْحَةُ بْنُ مُصَرِّفٍ : قَالَ الْهُزَيْلُ بْنُ شُرَحْبِيلَ : أَبُو بَكْرٍ كَانَ يَتَأَمَّرُ عَلَى وَصِيِّ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ؟ وَدَّ أَبُو بَكْرٍ أَنَّهُ وَجَدَ مِنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَهْدًا ، فَخَزَمَ أَنْفَهُ بِخِزَامٍ.
“Rəvayət edilir ki, Təlhə ibn Musarrif ﵀ demişdir: “Mən Abdullah ibn Əbu Aufəyə dedim: “Allah Elçisi ﷺ bir şey vəsiyyət etmişdimi?” O: “Xeyr”- dedi. Mən dedim: “Bəs o, müsəlmanlara necə vəsiyyət etmələrini əmr etmişdi?” Abdullah dedi: “O, müsəlmanlara Allahın Kitabı (ilə əməl edilməsini) vəsiyyət etmişdi”. Ravi Malik dedi: “Təlhə ibn Musarrif əl-Huzeyl ibn Musarrifin belə dediyini rəvayət etmişdir: “Əbu Bəkr Allah Elçisinin ﷺ (bəzilərinin iddia etdiyi kimi) vəsiyyət etdiyi şəxs olmağına baxmayaraq, xəlifə olmağa çalışmışdımı? Əbu Bəkr Allah Elçisindən ﷺ (hansısa bir səhabənin xəlifəliyi haqda) bir əhdini tapıb özünün onun hökmü altında olmağını daha çox arzulamışdı”.”
İstinad
İbn Məcə, 2696 (Vəsiyyətlər, 2)
Sunən İbn Məcə — Vəsiyyətlər kitabı