Sunən İbn MəcəVəsiyyətlər kitabı

Kitab 22

Vəsiyyətlər kitabı

كِتَابُ الْوَصَايَا

18

hədis

Fəsil 1

Allah Elçisi ﷺ nə vəsiyyət etmişdir?

بَابُ هَلْ أَوْصَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ نُمَيْرٍ ، حَدَّثَنَا أَبِي وَأَبُو مُعَاوِيَةَ (ح) وحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَعَلِيُّ بْنُ مُحَمَّدٍ قَالاَ : حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، قَالَ : أَبُو بَكْرٍ ، وَعَبْدُ اللهِ بْنُ نُمَيْرٍ ، عَنِ الأَعْمَشِ ، عَنْ شَقِيقٍ ، عَنْ مَسْرُوقٍ ، عَنْ عَائِشَةَ قَالَتْ : مَا تَرَكَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ دِينَارًا وَلاَ دِرْهَمًا ، وَلاَ شَاةً وَلاَ بَعِيرًا ، وَلاَ أَوْصَى بِشَيْءٍ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ nə dinar, nə də dirhəm, nə qoyun, nə də dəvə – ümumiyyətlə heç bir şey qoymayıb getdi”.”

Aişə
Səhihİbn Məcə, 2695 (Vəsiyyətlər, 1)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنْ مَالِكِ بْنِ مِغْوَلٍ ، عَنْ طَلْحَةَ بْنِ مُصَرِّفٍ قَالَ : قُلْتُ لِعَبْدِ اللهِ بْنِ أَبِي أَوْفَى أَوْصَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ بِشَيْءٍ ؟ قَالَ : لاَ ، قُلْتُ : فَكَيْفَ أَمَرَ الْمُسْلِمِينَ بِالْوَصِيَّةِ ، قَالَ : أَوْصَى بِكِتَابِ اللَّهِ. قَالَ مَالِكٌ : وَقَالَ طَلْحَةُ بْنُ مُصَرِّفٍ : قَالَ الْهُزَيْلُ بْنُ شُرَحْبِيلَ : أَبُو بَكْرٍ كَانَ يَتَأَمَّرُ عَلَى وَصِيِّ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ؟ وَدَّ أَبُو بَكْرٍ أَنَّهُ وَجَدَ مِنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَهْدًا ، فَخَزَمَ أَنْفَهُ بِخِزَامٍ.

“Rəvayət edilir ki, Təlhə ibn Musarrif ﵀ demişdir: “Mən Abdullah ibn Əbu Aufəyə dedim: “Allah Elçisi ﷺ bir şey vəsiyyət etmişdimi?” O: “Xeyr”- dedi. Mən dedim: “Bəs o, müsəlmanlara necə vəsiyyət etmələrini əmr etmişdi?” Abdullah dedi: “O, müsəlmanlara Allahın Kitabı (ilə əməl edilməsini) vəsiyyət etmişdi”. Ravi Malik dedi: “Təlhə ibn Musarrif əl-Huzeyl ibn Musarrifin belə dediyini rəvayət etmişdir: “Əbu Bəkr Allah Elçisinin ﷺ (bəzilərinin iddia etdiyi kimi) vəsiyyət etdiyi şəxs olmağına baxmayaraq, xəlifə olmağa çalışmışdımı? Əbu Bəkr Allah Elçisindən ﷺ (hansısa bir səhabənin xəlifəliyi haqda) bir əhdini tapıb özünün onun hökmü altında olmağını daha çox arzulamışdı”.”

Təlhə ibn Musarrif
Səhihİbn Məcə, 2696 (Vəsiyyətlər, 2)

حَدَّثَنَا أَحْمَدُ بْنُ الْمِقْدَامِ ، حَدَّثَنَا الْمُعْتَمِرُ بْنُ سُلَيْمَانَ قَالَ : سَمِعْتُ أَبِي يُحَدِّثُ ، عَنْ قَتَادَةَ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ : كَانَتْ عَامَّةُ وَصِيَّةِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ حِينَ حَضَرَتْهُ الْوَفَاةُ ، وَهُوَ يُغَرْغِرُ بِنَفْسِهِ الصَّلاَةَ ، وَمَا مَلَكَتْ أَيْمَانُكُمْ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisinin ﷺ vəfat edəcəyi son anlarında ruhu boğazına gəldikdə etdiyi vəsiyyəti: “Namazı və əliniz altında olanların haqqını qoruyun!”- əmri olmuşdur”.”

Ənəs ibn Malik
Səhihİbn Məcə, 2697 (Vəsiyyətlər, 3)

حَدَّثَنَا سَهْلُ بْنُ أَبِي سَهْلٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ فُضَيْلٍ ، عَنْ مُغِيرَةَ ، عَنْ أُمِّ مُوسَى ، عَنْ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ قَالَ : كَانَ آخِرُ كَلاَمِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : الصَّلاَةَ وَمَا مَلَكَتْ أَيْمَانُكُمْ.

“Rəvayət edilir ki, Əli ibn Əbu Talib ﵁ demişdir: “Peyğəmbərin ﷺ son kəlamı: “Namazı və əliniz altında olanların haqqını qoruyun!” əmri olmuşdur”.”

Əli ibn Əbu Talib
Səhihİbn Məcə, 2698 (Vəsiyyətlər, 4)

Fəsil 2

Vəsiyyət etməyə təşviq

بَابُ الْحَثِّ عَلَى الْوَصِيَّةِ

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ نُمَيْرٍ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عُمَرَ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَا حَقُّ امْرِئٍ مُسْلِمٍ أَنْ يَبِيتَ لَيْلَتَيْنِ وَلَهُ شَيْءٌ يُوصِي فِيهِ ، إِلاَّ وَوَصِيَّتُهُ مَكْتُوبَةٌ عِنْدَهُ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Vəsiyyət edəcəyi bir şeyi olub yanında yazılı şəkildə olmadan iki gecə keçirmək müsəlmanın haqqı deyil”.”

İbn Ömər
Səhihİbn Məcə, 2699 (Vəsiyyətlər, 5)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ مَعْمَرٍ ، حَدَّثَنَا رَوْحٌ , عَنِ ابْنِ عَوْنٍ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : مَا حَقُّ امْرِئٍ مُسْلِمٍ يَبِيتُ لَيْلَتَيْنِ وَلَهُ شَيْءٌ يُوصِي بِهِ ، إِلاَّ وَوَصِيَّتُهُ مَكْتُوبَةٌ عِنْدَهُ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Vəsiyyət edəcəyi bir şeyi olub yanında yazılı şəkildə olmadan iki gecə keçirmək müsəlmanın haqqı deyil”.”

İbn Ömər
Səhihİbn Məcə, 2702 (Vəsiyyətlər, 8)

Fəsil 3

Həyatı boyu malını xərcləməyib ölüm yaxınlaşdıqda xərcləməyin qadağan olması

بَابُ النَّهْيِ عَنِ الإِمْسَاكِ فِي الْحَيَاةِ وَالتَّبْذِيرِ عِنْدَ الْمَوْتِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا شَرِيكٌ ، عَنْ عُمَارَةَ بْنِ الْقَعْقَاعِ ، وَابْنِ شُبْرُمَةَ ، عَنْ أَبِي زُرْعَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : جَاءَ رَجُلٌ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَقَالَ : يَا رَسُولَ اللهِ ، نَبِّئْنِي بِأَحَقِّ النَّاسِ مِنِّي بِحُسْنِ الصُّحْبَةِ ؟ فَقَالَ : نَعَمْ ، وَأَبِيكَ لَتُنَبَّأَنَّ أُمُّكَ . قَالَ : ثُمَّ مَنْ ؟ قَالَ : ثُمَّ أُمُّكَ . قَالَ : ثُمَّ مَنْ ؟ قَالَ : ثُمَّ أُمُّكَ . قَالَ : ثُمَّ مَنْ ؟ قَالَ : ثُمَّ أَبُوكَ . قَالَ : نَبِّئْنِي يَا رَسُولَ اللهِ ، عَنْ مَالِي كَيْفَ أَتَصَدَّقُ فِيهِ ؟ قَالَ : نَعَمْ ، وَاللَّهِ لَتُنَبَّأَنَّ ، تَصَدَّقَ وَأَنْتَ صَحِيحٌ شَحِيحٌ تَأْمُلُ الْعَيْشَ وَتَخَافُ الْفَقْرَ ، وَلاَ تُمْهِلْ ، حَتَّى إِذَا بَلَغَتْ نَفْسُكَ هَاهُنَا ، قُلْتَ : مَالِي لِفُلاَنٍ ، وَمَالِي لِفُلاَنٍ ، وَهُوَ لَهُمْ ، وَإِنْ كَرِهْتَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir kişi Peyğəmbərin ﷺ yanına gələrək dedi: “Ey Allahın Elçisi, üzərimdə ən çox haqqı olan insan kimdir?” Peyğəmbər ﷺ buyurdu: “Bəli, atana and olsun ki, bu haqda sənə mütləq xəbər veriləcək. (Bu insan) anandır”. Kişi dedi: “Sonra kimdir?” Peyğəmbər ﷺ yenə: “Sonra da anandır”. Kişi dedi: “Bəs sonra kimdir?” Peyğəmbər ﷺ buyurdu: “Sonra yenə anandır”. Kişi dedi: “(Anamdan) sonra kimdir?” Peyğəmbər ﷺ buyurdu: “Sonra atandır”. Kişi dedi: “Var-dövlətimdən mənə xəbər ver, ey Allahın Elçisi! Ondan sədəqəni necə verim?” Peyğəmbər ﷺ buyurdu: “Yaxşı, Allaha and olsun ki, bu haqda sən mütləq xəbərdar ediləcəksən. Sən sağlam ikən, yaşamaq həvəsi olaraq və kasıblıqdan qorxaraq verdiyin sədəqə (ən fəzilətli) sədəqədir. Nəbadə, sədəqə verməyi gecikdirəsən. Ruhun xirtdəyinə çatanda: “Malım filnakəsə və filankəsə olsun”- deyirsən. Halbuki, sənin xoşuna gəlməsə belə, (ölümünə görə malın) onlara çatacaq”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2706 (Vəsiyyətlər, 12)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ ، أَخْبَرَنَا حَرِيزُ بْنُ عُثْمَانَ , حَدَّثَنِي عَبْدُ الرَّحْمَنِ بْنُ مَيْسَرَةَ ، عَنْ جُبَيْرِ بْنِ نُفَيْرٍ ، عَنْ بُسْرِ بْنِ جَحَّاشٍ الْقُرَشِيِّ قَالَ : بَزَقَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِي كَفِّهِ ، ثُمَّ وَضَعَ أُصْبُعَهُ السَّبَّابَةَ وَقَالَ : يَقُولُ اللَّهُ عَزَّ وَجَلَّ : أَنَّى تُعْجِزُنِي ابْنَ آدَمَ وَقَدْ خَلَقْتُكَ مِنْ مِثْلِ هَذِهِ ، فَإِذَا بَلَغَتْ نَفْسُكَ هَذِهِ ، وَأَشَارَ إِلَى حَلْقِهِ ، قُلْتَ : أَتَصَدَّقُ ، وَأَنَّى أَوَانُ الصَّدَقَةِ ؟.

“Rəvayət edilir ki, Busr ibn Cəhhaş əl-Quraşi ﵁ demişdir: “Peyğəmbər ﷺ ovcunun içinə tüpürüb şəhadət barmağını onun üzərinə qoydu və dedi: “Allah ﷿ buyurur: “Ey Adəm övladı! Sən Məni necə aciz saya bilərsən ki, Mən səni bunun bənzərindən yaratdım”. Allah Elçisi ﷺ hülqumunu göstərərək buyurdu: “Ruhun bura çatdıqda sən: “Sədəqə verəcəyəm”- deyirsən, o zaman sədəqə verməyin nə faydası var?!””

Busr ibn Cəhhaş əl-Quraşi
Həsənİbn Məcə, 2707 (Vəsiyyətlər, 13)

Fəsil 4

Var-dövlətin üçdəbirini vəsiyyət etmək

بَابُ الْوَصِيَّةِ بِالثُّلُثِ

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، وَالْحُسَيْنُ بْنُ الْحَسَنِ الْمَرْوَزِيُّ ، وَسَهْلٌ قَالُوا : حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عَامِرِ بْنِ سَعْدٍ ، عَنْ أَبِيهِ قَالَ : مَرِضْتُ عَامَ الْفَتْحِ حَتَّى أَشْفَيْتُ عَلَى الْمَوْتِ ، فَعَادَنِي رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقُلْتُ : أَيْ رَسُولَ اللهِ ، إِنَّ لِي مَالاً كَثِيرًا وَلَيْسَ يَرِثُنِي إِلاَّ ابْنَةٌ لِي ، أَفَأَتَصَدَّقُ بِثُلُثَيْ مَالِي ؟ قَالَ : لاَ . قُلْتُ : فَالشَّطْرُ ؟ قَالَ : لاَ . قُلْتُ : فَالثُّلُثُ ؟ قَالَ : الثُّلُثُ ، وَالثُّلُثُ كَثِيرٌ إِنَّكَ أَنْ تَتْرُكَ وَرَثَتَكَ أَغْنِيَاءَ ، خَيْرٌ مِنْ أَنْ تَتْرُكَهُمْ عَالَةً يَتَكَفَّفُونَ النَّاسَ.

“Amir ibn Səd atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Mən Məkkənin fəthi olan il ölümə yaxınlaşmaq dərəcəsində xəstələnmişdim. Allah Elçisi ﷺ məni ziyarət etdi. Mən ona dedim: “Ey Allahın Elçisi, mənim çoxlu mal-dövlətim və yalnız bir qızım var. Mən dövlətimin üçdəikisini sədəqə olaraq vəsiyyət edə bilərəmmi?” Allah Elçisi ﷺ: “Xeyr”- dedi. Mən dedim: “Bəs yarısını?” O yenə: “Xeyr”- dedi. Mən dedim: “Bəs üçdəbirini?” Allah Elçisi ﷺ buyurdu: “Üçdəbir... Üçdəbiri də çoxdur, çünki sənin varislərini varlı qoyub getməyin onları insanlara əl açıb dilənəcək dərəcədə kasıb qoyub getməyindən daha xeyirlidir”.”

Amir ibn Səd atasından
Səhihİbn Məcə, 2708 (Vəsiyyətlər, 14)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنْ طَلْحَةَ بْنِ عَمْرٍو ، عَنْ عَطَاءٍ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنَّ اللَّهَ تَصَدَّقَ عَلَيْكُمْ ، عِنْدَ وَفَاتِكُمْ ، بِثُلُثِ أَمْوَالِكُمْ ، زِيَادَةً لَكُمْ فِي أَعْمَالِكُمْ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, Allah əməllərinizi artırmaq üçün ölüm ayağında var-dövlətinizin üçdəbirini sədəqə olaraq vəsiyyət etməyinizə izin verdi”.”

Əbu Hureyra
Həsənİbn Məcə, 2709 (Vəsiyyətlər, 15)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنِ ابْنِ عَبَّاسٍ قَالَ : وَدِدْتُ أَنَّ النَّاسَ غَضُّوا مِنَ الثُّلُثِ إِلَى الرُّبُعِ ، لأَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : الثُّلُثُ كَبِيرٌ ، أَوْ كَثِيرٌ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Mən insanların var-dövlətdən olan vəsiyyətlərinin üçdəbirdən dörddəbirə endirmələrini istəyərdim, çünki Allah Elçisi ﷺ belə buyurmuşdur: “Üçdəbir (böyükdür və ya) çoxdur”.”

İbn Abbas
Səhihİbn Məcə, 2711 (Vəsiyyətlər, 17)

Fəsil 5

Varis olana vəsiyyət yoxdur

بَابُ لاَ وَصِيَّةَ لِوَارِثٍ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ ، أَخْبَرَنَا سَعِيدُ بْنُ أَبِي عَرُوبَةَ ، عَنْ قَتَادَةَ ، عَنْ شَهْرِ بْنِ حَوْشَبٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ غَنْمٍ ، عَنْ عَمْرِو بْنِ خَارِجَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ خَطَبَهُمْ وَهُوَ عَلَى رَاحِلَتِهِ ، وَإِنَّ رَاحِلَتَهُ لَتَقْصَعُ بِجِرَّتِهَا ، وَإِنَّ لُغَامَهَا لَيَسِيلُ بَيْنَ كَتِفَيَّ ، قَالَ : إِنَّ اللَّهَ قَسَمَ لِكُلِّ وَارِثٍ نَصِيبَهُ مِنَ الْمِيرَاثِ ، فَلاَ تَجُوزُ لِوَارِثٍ وَصِيَّةٌ . الْوَلَدُ لِلْفِرَاشِ وَلِلْعَاهِرِ الْحَجَرُ ، وَمَنِ ادَّعَى إِلَى غَيْرِ أَبِيهِ ، أَوْ تَوَلَّى غَيْرَ مَوَالِيهِ ، فَعَلَيْهِ لَعْنَةُ اللهِ وَالْمَلاَئِكَةِ وَالنَّاسِ أَجْمَعِينَ ، لاَ يُقْبَلُ مِنْهُ صَرْفٌ وَلاَ عَدْلٌ ، أَوْ قَالَ : عَدْلٌ وَلاَ صَرْفٌ -.

“Amr ibn Xaricə ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ dəvəsinin üzərində xütbə deyəndə dəvəsi gövşəyirdi və ağzının köpüyü çiyinlərimin arasına tökülürdü. Peyğəmbər ﷺ buyurdu: “Həqiqətən, Allah hər bir varisə mirasdan olan qismətini təyin etmişdir. Ona görə də heç bir varisə (əlavə bir şey) vəsiyyət etmək icazəli deyil. Uşaq yataq sahibinə nisbət edilir. Zina edən (kişi) isə bundan məhrumdur. Kim atasından başqa birinin oğlu olduğunu iddia edər və ya önu köləlikdən azad edənlərdən başqa birisinin onu köləlikdən azad etdiyini söyləsə, Allahın, mələklərin və bütün insanların lənəti o kimsənin üzərinə olsun. Ondan nə tövbə, nə də fidyə qəbul olunar”.”

Amr ibn Xaricə
Səhihİbn Məcə, 2712 (Vəsiyyətlər, 18)

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ عَيَّاشٍ ، حَدَّثَنَا شُرَحْبِيلُ بْنُ مُسْلِمٍ الْخَوْلاَنِيُّ قَالَ : سَمِعْتُ أَبَا أُمَامَةَ الْبَاهِلِيَّ يَقُولُ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ فِي خُطْبَتِهِ عَامَ حِجَّةِ الْوَدَاعِ إِنَّ اللَّهَ قَدْ أَعْطَى كُلَّ ذِي حَقٍّ حَقَّهُ ، فَلاَ وَصِيَّةَ لِوَارِثٍ.

“Rəvayət edilir ki, Əbu Umamə əl-Bəhili ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ Vida həccində xütbə deyərkən belə buyurduğunu eşitdim: “Şübhəsiz, Allah hər haqq sahibinə (mirasdan) haqqını vermişdir, ona görə də varisə (əlavə) vəsiyyət etmək yoxdur”.”

Əbu Umamə əl-Bəhili
Səhihİbn Məcə, 2713 (Vəsiyyətlər, 19)

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ شُعَيْبِ بْنِ شَابُورَ ، حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ يَزِيدَ بْنِ جَابِرٍ ، عَنْ سَعِيدِ بْنِ أَبِي سَعِيدٍ ، أَنَّهُ حَدَّثَهُ عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ : إِنِّي لَتَحْتَ نَاقَةِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَسِيلُ عَلَيَّ لُعَابُهَا , فَسَمِعْتُهُ يَقُولُ : إِنَّ اللَّهَ قَدْ أَعْطَى كُلَّ ذِي حَقٍّ حَقَّهُ ، أَلاَ لاَ وَصِيَّةَ لِوَارِثٍ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ dəvəsinin boynunun altında idim. Onun dəvəsinin ağzının köpüyü üstümə tökülürdü. Mən Allah Elçisinin ﷺ xütbədə belə buyurduğunu eşitdim: “Şübhəsiz, Allah hər haqq sahibinə (mirasdan) haqqını vermişdir. Bilin ki, varisə (əlavə) vəsiyyət etmək yoxdur”.”

Ənəs ibn Malik
Səhihİbn Məcə, 2714 (Vəsiyyətlər, 20)

Fəsil 6

Vəsiyyətdən qabaq borc ödənməlidir

بَابُ الدَّيْنِ قَبْلَ الْوَصِيَّةِ

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا سُفْيَانُ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنِ الْحَارِثِ ، عَنْ عَلِيٍّ قَالَ : قَضَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ بِالدَّيْنِ قَبْلَ الْوَصِيَّةِ ، وَأَنْتُمْ تَقْرَؤُونَهَا : { مِنْ بَعْدِ وَصِيَّةٍ يُوصَى بِهَا أَوْ دَيْنٍ } ، وَإِنَّ أَعْيَانَ بَنِي الأُمِّ لَيَتَوَارَثُونَ دُونَ بَنِي الْعَلاَّتِ.

“Rəvayət edilir ki, Əli ﵁ demişdir: “Allah Elçisi ﷺ vəsiyyətdən qabaq borcun ödənilməsinə hökm etdi. Siz bu ayəni “Bu bölgü ölənin vəsiyəti yerinə yetirildikdən və borcu ödənildikdən sonra aparılır” (ən-Nisa, 11) oxuyursunuz”. Allah Elçisi ﷺ anabir, atabir qardaşların bir-birinə varis olduqlarına, lakin atabir qardaşların varis olmadıqlarına hökm etdi”.”

Əli
Həsənİbn Məcə, 2715 (Vəsiyyətlər, 21)

Fəsil 7

Vəsiyyət etmədən ölən şəxsin yerinə sədəqə vermək olarmı?

بَابُ مَنْ مَاتَ وَلَمْ يُوصِ هَلْ يُتَصَدَّقُ عَنْهُ

حَدَّثَنَا أَبُو مَرْوَانَ مُحَمَّدُ بْنُ عُثْمَانَ الْعُثْمَانِيُّ ، حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ أَبِي حَازِمٍ ، عَنِ الْعَلاَءِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَجُلاً سَأَلَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَقَالَ : إِنَّ أَبِي قَدْ مَاتَ وَتَرَكَ مَالاً وَلَمْ يُوصِ ، فَهَلْ يُكَفِّرُ عَنْهُ أَنْ تَصَدَّقْتُ عَنْهُ ؟ قَالَ : نَعَمْ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, bir kişi Allah Elçisinə ﷺ belə bir sual verdi: “Mənim atam vəfat edib, onun var-dövləti var, lakin vəsiyyət etməyib. Onun yerinə mənim sədəqə verməyim günahlarına kəffarə ola bilərmi?” Allah Elçisi ﷺ buyurdu: “Bəli, olar”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2716 (Vəsiyyətlər, 22)

حَدَّثَنَا إِسْحَاقُ بْنُ مَنْصُورٍ ، حَدَّثَنَا أَبُو أُسَامَةَ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ أَنَّ رَجُلاً أَتَى النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَقَالَ : إِنَّ أُمِّي افْتُلِتَتْ نَفْسُهَا وَلَمْ تُوصِ ، وَإِنِّي أَظُنُّهَا لَوْ تَكَلَّمَتْ لَتَصَدَّقَتْ ، فَلَهَا أَجْرٌ إِنْ تَصَدَّقْتُ عَنْهَا وَلِيَ أَجْرٌ ؟ فَقَالَ : نَعَمْ.

“Aişə ﵂ rəvayət edir ki, bir kişi Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Mənim anam vəsiyyət etmədən qəflətən vəfat etdi. Zənn edirəm ki, danışa bilsəydi, sədəqə verməyi vəsiyyət edərdi. Mən onun adından sədəqə versəm, ona da, mənə də savab olarmı?” Allah Elçisi ﷺ buyurdu: “Bəli, olar”.”

Aişə
Səhihİbn Məcə, 2717 (Vəsiyyətlər, 23)

Fəsil 8

Uca Allahın bu kəlamı: “...yoxsul isə (o maldan) ehtiyacı olduğu qədər yesin...” (ən-Nisa, 6)

بَابُ قَوْلِهِ تَعَالَى : {وَمَنْ كَانَ فَقِيرًا فَلْيَأْكُلْ بِالْمَعْرُوفِ}

حَدَّثَنَا أَحْمَدُ بْنُ الأَزْهَرِ ، حَدَّثَنَا رَوْحُ بْنُ عُبَادَةَ ، حَدَّثَنَا حُسَيْنٌ الْمُعَلِّمُ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ قَالَ : جَاءَ رَجُلٌ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَقَالَ : لاَ أَجِدُ شَيْئًا وَلَيْسَ لِي مَالٌ ، وَلِي يَتِيمٌ لَهُ مَالٌ ، قَالَ صَلَّى الله عَليْهِ وسَلَّمَ : كُلْ مِنْ مَالِ يَتِيمِكَ ، غَيْرَ مُسْرِفٍ وَلاَ مُتَأَثِّلٍ مَالاً ، قَالَ : وَأَحْسِبُهُ قَالَ : وَلاَ تَقِي مَالَكَ بِمَالِهِ.

“Amr ibn Şueyb atasının və babasının ﵄ belə dediyini rəvayət etmişdir: “Bir dəfə bir kişi Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Dolanışığım üçün bir şey tapa bilmirəm. Malım da yoxdur, amma malı olan bir yetimim var”. Allah Elçisi ﷺ buyurdu: “İsraf etmədən və özünə bir şey yığmadan yetimin malından ye!” Ravi deyir: “Mən Allah Elçisinin ﷺ bunu da dediyini zənn edirəm: “Sən malını yetimin malı ilə qoruma!””

Amr ibn Şueyb atasından və babasından
Səhihİbn Məcə, 2718 (Vəsiyyətlər, 24)