Vəsiyyətlər kitabı

Var-dövlətin üçdəbirini vəsiyyət etmək

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، وَالْحُسَيْنُ بْنُ الْحَسَنِ الْمَرْوَزِيُّ ، وَسَهْلٌ قَالُوا : حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عَامِرِ بْنِ سَعْدٍ ، عَنْ أَبِيهِ قَالَ : مَرِضْتُ عَامَ الْفَتْحِ حَتَّى أَشْفَيْتُ عَلَى الْمَوْتِ ، فَعَادَنِي رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقُلْتُ : أَيْ رَسُولَ اللهِ ، إِنَّ لِي مَالاً كَثِيرًا وَلَيْسَ يَرِثُنِي إِلاَّ ابْنَةٌ لِي ، أَفَأَتَصَدَّقُ بِثُلُثَيْ مَالِي ؟ قَالَ : لاَ . قُلْتُ : فَالشَّطْرُ ؟ قَالَ : لاَ . قُلْتُ : فَالثُّلُثُ ؟ قَالَ : الثُّلُثُ ، وَالثُّلُثُ كَثِيرٌ إِنَّكَ أَنْ تَتْرُكَ وَرَثَتَكَ أَغْنِيَاءَ ، خَيْرٌ مِنْ أَنْ تَتْرُكَهُمْ عَالَةً يَتَكَفَّفُونَ النَّاسَ.

“Amir ibn Səd atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Mən Məkkənin fəthi olan il ölümə yaxınlaşmaq dərəcəsində xəstələnmişdim. Allah Elçisi ﷺ məni ziyarət etdi. Mən ona dedim: “Ey Allahın Elçisi, mənim çoxlu mal-dövlətim və yalnız bir qızım var. Mən dövlətimin üçdəikisini sədəqə olaraq vəsiyyət edə bilərəmmi?” Allah Elçisi ﷺ: “Xeyr”- dedi. Mən dedim: “Bəs yarısını?” O yenə: “Xeyr”- dedi. Mən dedim: “Bəs üçdəbirini?” Allah Elçisi ﷺ buyurdu: “Üçdəbir... Üçdəbiri də çoxdur, çünki sənin varislərini varlı qoyub getməyin onları insanlara əl açıb dilənəcək dərəcədə kasıb qoyub getməyindən daha xeyirlidir”.”

Amir ibn Səd atasından
Səhih

İstinad

İbn Məcə, 2708 (Vəsiyyətlər, 14)

Sunən İbn Məcə — Vəsiyyətlər kitabı