Vəsiyyətlər kitabı

Həyatı boyu malını xərcləməyib ölüm yaxınlaşdıqda xərcləməyin qadağan olması

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ ، أَخْبَرَنَا حَرِيزُ بْنُ عُثْمَانَ , حَدَّثَنِي عَبْدُ الرَّحْمَنِ بْنُ مَيْسَرَةَ ، عَنْ جُبَيْرِ بْنِ نُفَيْرٍ ، عَنْ بُسْرِ بْنِ جَحَّاشٍ الْقُرَشِيِّ قَالَ : بَزَقَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِي كَفِّهِ ، ثُمَّ وَضَعَ أُصْبُعَهُ السَّبَّابَةَ وَقَالَ : يَقُولُ اللَّهُ عَزَّ وَجَلَّ : أَنَّى تُعْجِزُنِي ابْنَ آدَمَ وَقَدْ خَلَقْتُكَ مِنْ مِثْلِ هَذِهِ ، فَإِذَا بَلَغَتْ نَفْسُكَ هَذِهِ ، وَأَشَارَ إِلَى حَلْقِهِ ، قُلْتَ : أَتَصَدَّقُ ، وَأَنَّى أَوَانُ الصَّدَقَةِ ؟.

“Rəvayət edilir ki, Busr ibn Cəhhaş əl-Quraşi ﵁ demişdir: “Peyğəmbər ﷺ ovcunun içinə tüpürüb şəhadət barmağını onun üzərinə qoydu və dedi: “Allah ﷿ buyurur: “Ey Adəm övladı! Sən Məni necə aciz saya bilərsən ki, Mən səni bunun bənzərindən yaratdım”. Allah Elçisi ﷺ hülqumunu göstərərək buyurdu: “Ruhun bura çatdıqda sən: “Sədəqə verəcəyəm”- deyirsən, o zaman sədəqə verməyin nə faydası var?!””

Busr ibn Cəhhaş əl-Quraşi
Həsən

İstinad

İbn Məcə, 2707 (Vəsiyyətlər, 13)

Sunən İbn Məcə — Vəsiyyətlər kitabı