Həyatı boyu malını xərcləməyib ölüm yaxınlaşdıqda xərcləməyin qadağan olması
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا شَرِيكٌ ، عَنْ عُمَارَةَ بْنِ الْقَعْقَاعِ ، وَابْنِ شُبْرُمَةَ ، عَنْ أَبِي زُرْعَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : جَاءَ رَجُلٌ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَقَالَ : يَا رَسُولَ اللهِ ، نَبِّئْنِي بِأَحَقِّ النَّاسِ مِنِّي بِحُسْنِ الصُّحْبَةِ ؟ فَقَالَ : نَعَمْ ، وَأَبِيكَ لَتُنَبَّأَنَّ أُمُّكَ . قَالَ : ثُمَّ مَنْ ؟ قَالَ : ثُمَّ أُمُّكَ . قَالَ : ثُمَّ مَنْ ؟ قَالَ : ثُمَّ أُمُّكَ . قَالَ : ثُمَّ مَنْ ؟ قَالَ : ثُمَّ أَبُوكَ . قَالَ : نَبِّئْنِي يَا رَسُولَ اللهِ ، عَنْ مَالِي كَيْفَ أَتَصَدَّقُ فِيهِ ؟ قَالَ : نَعَمْ ، وَاللَّهِ لَتُنَبَّأَنَّ ، تَصَدَّقَ وَأَنْتَ صَحِيحٌ شَحِيحٌ تَأْمُلُ الْعَيْشَ وَتَخَافُ الْفَقْرَ ، وَلاَ تُمْهِلْ ، حَتَّى إِذَا بَلَغَتْ نَفْسُكَ هَاهُنَا ، قُلْتَ : مَالِي لِفُلاَنٍ ، وَمَالِي لِفُلاَنٍ ، وَهُوَ لَهُمْ ، وَإِنْ كَرِهْتَ.
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir kişi Peyğəmbərin ﷺ yanına gələrək dedi: “Ey Allahın Elçisi, üzərimdə ən çox haqqı olan insan kimdir?” Peyğəmbər ﷺ buyurdu: “Bəli, atana and olsun ki, bu haqda sənə mütləq xəbər veriləcək. (Bu insan) anandır”. Kişi dedi: “Sonra kimdir?” Peyğəmbər ﷺ yenə: “Sonra da anandır”. Kişi dedi: “Bəs sonra kimdir?” Peyğəmbər ﷺ buyurdu: “Sonra yenə anandır”. Kişi dedi: “(Anamdan) sonra kimdir?” Peyğəmbər ﷺ buyurdu: “Sonra atandır”. Kişi dedi: “Var-dövlətimdən mənə xəbər ver, ey Allahın Elçisi! Ondan sədəqəni necə verim?” Peyğəmbər ﷺ buyurdu: “Yaxşı, Allaha and olsun ki, bu haqda sən mütləq xəbərdar ediləcəksən. Sən sağlam ikən, yaşamaq həvəsi olaraq və kasıblıqdan qorxaraq verdiyin sədəqə (ən fəzilətli) sədəqədir. Nəbadə, sədəqə verməyi gecikdirəsən. Ruhun xirtdəyinə çatanda: “Malım filnakəsə və filankəsə olsun”- deyirsən. Halbuki, sənin xoşuna gəlməsə belə, (ölümünə görə malın) onlara çatacaq”.”
İstinad
İbn Məcə, 2706 (Vəsiyyətlər, 12)
Sunən İbn Məcə — Vəsiyyətlər kitabı