Vəsiyyətlər kitabı

Uca Allahın bu kəlamı: “...yoxsul isə (o maldan) ehtiyacı olduğu qədər yesin...” (ən-Nisa, 6)

حَدَّثَنَا أَحْمَدُ بْنُ الأَزْهَرِ ، حَدَّثَنَا رَوْحُ بْنُ عُبَادَةَ ، حَدَّثَنَا حُسَيْنٌ الْمُعَلِّمُ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ قَالَ : جَاءَ رَجُلٌ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَقَالَ : لاَ أَجِدُ شَيْئًا وَلَيْسَ لِي مَالٌ ، وَلِي يَتِيمٌ لَهُ مَالٌ ، قَالَ صَلَّى الله عَليْهِ وسَلَّمَ : كُلْ مِنْ مَالِ يَتِيمِكَ ، غَيْرَ مُسْرِفٍ وَلاَ مُتَأَثِّلٍ مَالاً ، قَالَ : وَأَحْسِبُهُ قَالَ : وَلاَ تَقِي مَالَكَ بِمَالِهِ.

“Amr ibn Şueyb atasının və babasının ﵄ belə dediyini rəvayət etmişdir: “Bir dəfə bir kişi Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Dolanışığım üçün bir şey tapa bilmirəm. Malım da yoxdur, amma malı olan bir yetimim var”. Allah Elçisi ﷺ buyurdu: “İsraf etmədən və özünə bir şey yığmadan yetimin malından ye!” Ravi deyir: “Mən Allah Elçisinin ﷺ bunu da dediyini zənn edirəm: “Sən malını yetimin malı ilə qoruma!””

Amr ibn Şueyb atasından və babasından
Səhih

İstinad

İbn Məcə, 2718 (Vəsiyyətlər, 24)

Sunən İbn Məcə — Vəsiyyətlər kitabı