Miras kitabı

Övlada düşən mirasın hissələri

حَدَّثَنَا مُحَمَّدُ بْنُ أَبِي عُمَرَ الْعَدَنِيُّ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ عَبْدِ اللهِ بْنِ مُحَمَّدِ بْنِ عَقِيلٍ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ قَالَ : جَاءَتِ امْرَأَةُ سَعْدِ بْنِ الرَّبِيعِ بِابْنَتَيْ سَعْدٍ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَقَالَتْ : يَا رَسُولَ اللهِ ، هَاتَانِ ابْنَتَا سَعْدٍ قُتِلَ مَعَكَ يَوْمَ أُحُدٍ ، وَإِنَّ عَمَّهُمَا أَخَذَ جَمِيعَ مَا تَرَكَ أَبُوهُمَا ، وَإِنَّ الْمَرْأَةَ لاَ تُنْكَحُ إِلاَّ عَلَى مَالِهَا ، فَسَكَتَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ حَتَّى أُنْزِلَتْ آيَةُ الْمِيرَاثِ ، فَدَعَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَخَا سَعْدِ بْنِ الرَّبِيعِ فَقَالَ : أَعْطِ ابْنَتَيْ سَعْدٍ ثُلُثَيْ مَالِهِ ، وَأَعْطِ امْرَأَتَهُ الثُّمُنَ ، وَخُذْ أَنْتَ مَا بَقِيَ.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵂ demişdir: “Bir dəfə Səd ibn ər-Rabinin zövcəsi Sədin iki qızını Peyğəmbərin ﷺ yanına gətirərək dedi: “Ey Allahın Elçisi, bunlar Sədin qızlarıdır. Səd səninlə birlikdə olduqda Uhud döyüşündə şəhid edildi. Bu qızların əmisi atalarının bunlar üçün qoyduğu mal-dövlətin hamısını götürdü. Şübhəsiz, qadınla, əsasən, var-dövlətinə görə evlənirlər”. Allah Elçisi susdu və miras ayəsi nazil oldu. Sonra Allah Elçisi Səd ibn ər-Rabinin qardaşını çağıtdırıb ona dedi: “Sədin var-dövlətinin üçdəikisini onun qızlarına ver. Zövcəsinə isə səkkizdə birini ver. Qalanını da sən götür”.”

Cabir ibn Abdullah
Həsən

İstinad

İbn Məcə, 2720 (Miras, 1)

Sunən İbn Məcə — Miras kitabı