Sunən İbn MəcəMiras kitabı

Kitab 23

Miras kitabı

كِتَابُ الْفَرَائِضِ

25

hədis

Fəsil 1

Övlada düşən mirasın hissələri

بَابُ فَرَائِضِ الصُّلْبِ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ أَبِي عُمَرَ الْعَدَنِيُّ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ عَبْدِ اللهِ بْنِ مُحَمَّدِ بْنِ عَقِيلٍ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ قَالَ : جَاءَتِ امْرَأَةُ سَعْدِ بْنِ الرَّبِيعِ بِابْنَتَيْ سَعْدٍ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَقَالَتْ : يَا رَسُولَ اللهِ ، هَاتَانِ ابْنَتَا سَعْدٍ قُتِلَ مَعَكَ يَوْمَ أُحُدٍ ، وَإِنَّ عَمَّهُمَا أَخَذَ جَمِيعَ مَا تَرَكَ أَبُوهُمَا ، وَإِنَّ الْمَرْأَةَ لاَ تُنْكَحُ إِلاَّ عَلَى مَالِهَا ، فَسَكَتَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ حَتَّى أُنْزِلَتْ آيَةُ الْمِيرَاثِ ، فَدَعَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَخَا سَعْدِ بْنِ الرَّبِيعِ فَقَالَ : أَعْطِ ابْنَتَيْ سَعْدٍ ثُلُثَيْ مَالِهِ ، وَأَعْطِ امْرَأَتَهُ الثُّمُنَ ، وَخُذْ أَنْتَ مَا بَقِيَ.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵂ demişdir: “Bir dəfə Səd ibn ər-Rabinin zövcəsi Sədin iki qızını Peyğəmbərin ﷺ yanına gətirərək dedi: “Ey Allahın Elçisi, bunlar Sədin qızlarıdır. Səd səninlə birlikdə olduqda Uhud döyüşündə şəhid edildi. Bu qızların əmisi atalarının bunlar üçün qoyduğu mal-dövlətin hamısını götürdü. Şübhəsiz, qadınla, əsasən, var-dövlətinə görə evlənirlər”. Allah Elçisi susdu və miras ayəsi nazil oldu. Sonra Allah Elçisi Səd ibn ər-Rabinin qardaşını çağıtdırıb ona dedi: “Sədin var-dövlətinin üçdəikisini onun qızlarına ver. Zövcəsinə isə səkkizdə birini ver. Qalanını da sən götür”.”

Cabir ibn Abdullah
Həsənİbn Məcə, 2720 (Miras, 1)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا سُفْيَانُ ، عَنْ أَبِي قَيْسٍ الأَوْدِيِّ ، عَنِ الْهُزَيْلِ بْنِ شُرَحْبِيلَ قَالَ : جَاءَ رَجُلٌ إِلَى أَبِي مُوسَى الأَشْعَرِيِّ وَسَلْمَانَ بْنِ رَبِيعَةَ الْبَاهِلِيِّ فَسَأَلَهُمَا عَنِ ابْنَةٍ ، وَابْنَةِ ابْنٍ ، وَأُخْتٍ لأَبٍ وَأُمٍّ ، فَقَالاَ : لِلاِبْنَةِ النِّصْفُ ، وَمَا بَقِيَ فَلِلأُخْتِ ، وَائْتِ ابْنَ مَسْعُودٍ ، فَسَيُتَابِعُنَا ، فَأَتَى الرَّجُلُ ابْنَ مَسْعُودٍ فَسَأَلَهُ ، وَأَخْبَرَهُ بِمَا قَالاَ : فَقَالَ عَبْدُ اللهِ : قَدْ ضَلَلْتُ إِذًا وَمَا أَنَا مِنَ الْمُهْتَدِينَ ، وَلَكِنِّي سَأَقْضِي بِمَا قَضَى بِهِ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، لِلاِبْنَةِ النِّصْفُ ، وَلاِبْنَةِ الاِبْنِ السُّدُسُ ، تَكْمِلَةَ الثُّلُثَيْنِ ، وَمَا بَقِيَ فَلِلأُخْتِ.

“Rəvayət edilir ki, əl-Huzeyl ibn Şurahbil ﵀ demişdir: “Bir dəfə bir kişi (Kufənin valisi) Əbu Musa əl-Əşari və (Kufənin qazisi) Salman ibn ər-Rabia əl-Bəhilinin yanlarına gəlib onlardan vəfat edən adamın bir qızına, qızının oğluna və doğma bacısına düşən miras haqda soruşdu. Onlar dedilər: “Vəfat edənin var-dövlətinin yarısı qızına, yarısı da bacısına düşür. Sən İbn Məsudun yanına gedib ondan soruş, yəqin biz deyəni deyəcək”. Həmin kişi İbn Məsudun yanına getdi, sualını verdi və Əbu Musa ilə Salmanın cavablarını da ona xəbər verdi. Abdullah dedi: “Əgər mən onların verdiyi fətvaya uyğun fətva versəm, zəlalətə düşmüş olaram. Mən Allah Elçisinin ﷺ verdiyi hökmə uyğun hökm verəcəyəm. Vəfat edənin qızına onun mal-dövlətinin yarısı, oğlunun qızına qalan malın üçdəikisini tamamlamaq üçün altıdabiri, bacısına isə qalan üçdəbiri düşür”.”

əl-Huzeyl ibn Şurahbil
Səhihİbn Məcə, 2721 (Miras, 2)

Fəsil 2

Babanın mirası

بَابُ فَرَائِضِ الْجَدِّ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا شَبَابَةُ ، حَدَّثَنَا يُونُسُ بْنُ أَبِي إِسْحَاقَ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ عَمْرِو بْنِ مَيْمُونٍ ، عَنْ مَعْقِلِ بْنِ يَسَارٍ الْمُزَنِيِّ قَالَ : سَمِعْتُ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ أُتِيَ بِفَرِيضَةٍ فِيهَا جَدٌّ ، فَأَعْطَاهُ ثُلُثًا ، أَوْ سُدُسًا.

“Rəvayət edilir ki, Məqil ibn Yəsar əl-Muzəni ﵁ demişdir: “Mən Peyğəmbərdən ﷺ eşitdim ki, onun yanına içində babanın da olduğu miras məsələsi ərz edilmişdi və o, babaya üçdəbir və ya altıdabir hissə vermişdir”.”

Məqil ibn Yəsar əl-Muzəni
Səhihİbn Məcə, 2722 (Miras, 3)

قَالَ أَبُو الْحَسَنِ الْقَطَّانُ : حَدَّثَنَا أَبُو حَاتِمٍ ، حَدَّثَنَا ابْنُ الطَّبَّاعِ ، حَدَّثَنَا هُشَيْمٌ ، عَنْ يُونُسَ ، عَنِ الْحَسَنِ ، عَنْ مَعْقِلِ بْنِ يَسَارٍ قَالَ : قَضَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِي جَدٍّ كَانَ فِينَا بِالسُّدُسِ.

“Rəvayət edilir ki, Məqil ibn Yəsar əl-Muzəni ﵁ demişdir: “Allah Elçisi ﷺ babaya mirasın altıdabir hissəsinin verilməsinə hökm etmişdir”.”

Məqil ibn Yəsar
Səhihİbn Məcə, 2723 (Miras, 4)

Fəsil 3

Kələlə

بَابُ الْكَلاَلَةِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا إِسْمَاعِيلُ ابْنُ عُلَيَّةَ ، عَنْ سَعِيدٍ ، عَنْ قَتَادَةَ ، عَنْ سَالِمِ بْنِ أَبِي الْجَعْدِ ، عَنْ مَعْدَانَ بْنِ أَبِي طَلْحَةَ الْيَعْمُرِيِّ ، أَنَّ عُمَرَ بْنَ الْخَطَّابِ ، قَامَ خَطِيبًا يَوْمَ الْجُمُعَةِ ، أَوْ خَطَبَهُمْ يَوْمَ الْجُمُعَةِ ، فَحَمِدَ اللَّهَ وَأَثْنَى عَلَيْهِ وَقَالَ : إِنِّي وَاللَّهِ مَا أَدَعُ بَعْدِي شَيْئًا هُوَ أَهَمُّ إِلَيَّ مِنْ أَمْرِ الْكَلاَلَةِ ، وَقَدْ سَأَلْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَمَا أَغْلَظَ لِي فِي شَيْءٍ مَا أَغْلَظَ لِي فِيهَا ، حَتَّى طَعَنَ بِإِصْبَعِهِ فِي جَنْبِي ، أَوْ فِي صَدْرِي ، ثُمَّ قَالَ : يَا عُمَرُ ، تَكْفِيكَ آيَةُ الصَّيْفِ الَّتِي نَزَلَتْ فِي آخِرِ سُورَةِ النِّسَاءِ.

“Mədən ibn Əbu Təlhə əl-Yamuri ﵀ rəvayət edir ki, Ömər ibn əl-Xattab Cümə günü xütbə demək üçün ayağa durdu, Allahı həmd-səna edərək təriflədi və dedi: “Allaha and olsun ki, mən özümdən sonraya “kələlə” mövzusundan daha önəmli bir məsələ buraxmıram. Mən “kələlə” mövzusunu Allah Elçisindən ﷺ soruşmuşdum. Mənə qarşı heç bir mövzuda bu mövzudakı kimi sərtlik göstərməmişdi. Belə ki, barmağı ilə sinəmdən vurdu, sonra isə dedi: “Ey Ömər, “ən-Nisa” surəsinin sonunda nazil olan “yay ayəsi” sənə kifayət edər”.”

Mədən ibn Əbu Təlhə əl-Yamuri
Səhihİbn Məcə, 2726 (Miras, 7)

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا سُفْيَانُ ، عَنْ مُحَمَّدِ بْنِ الْمُنْكَدِرِ ، سَمِعَ جَابِرَ بْنَ عَبْدِ اللهِ يَقُولُ : مَرِضْتُ فَأَتَانِي رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَعُودُنِي هُوَ وَأَبُو بَكْرٍ مَعَهُ وَهُمَا مَاشِيَانِ ، وَقَدْ أُغْمِيَ عَلَيَّ ، فَتَوَضَّأَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَصَبَّ عَلَيَّ مِنْ وَضُوئِهِ ، فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، كَيْفَ أَصْنَعُ ، كَيْفَ أَقْضِي فِي مَالِي ؟ حَتَّى نَزَلَتْ آيَةُ الْمِيرَاثِ فِي آخِرِ النِّسَاءِ : {وَإِنْ كَانَ رَجُلٌ يُورَثُ كَلاَلَةً} الآيَةَ . {وَيَسْتَفْتُونَكَ قُلِ اللَّهُ يُفْتِيكُمْ فِي الْكَلاَلَةِ} الآيَةَ.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Bir dəfə mən xəstələnmişdim. Allah Elçisi ﷺ və Əbu Bəkr mənə baş çəkmək üçün piyada gəldilər. Mən bu əsnada özümdən getmişdim. Allah Elçisi ﷺ dəstəmaz alıb o sudan mənin üzümə səpdi. (Mən ayıldıqdan sonra) dedim: “Ey Allahın Elçisi, mən nə edim, malımı necə bölüşdürüm?” Allah da miras haqqında “ən-Nisa” surəsinin axırında olan ayəni nazil etdi: “Allah övladlarınız haqqında sizə (belə) tövsiyə edir...” (ən-Nisa, 11) və “Səndən fətva istəyirlər. De: ”Valideyni və övladı olmayan kəsin mirası barəsində fətvanı sizə Allah verir...” (ən-Nisa, 176)”.”

Cabir ibn Abdullah
Səhihİbn Məcə, 2728 (Miras, 9)

Fəsil 4

Müsəlmanların şirk əhlinin varisi olmaları

بَابُ مِيرَاثِ أَهْلِ الإِسْلاَمِ مِنْ أَهْلِ الشِّرْكِ

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، وَمُحَمَّدُ بْنُ الصَّبَّاحِ قَالاَ : حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عَلِيِّ بْنِ الْحُسَيْنِ ، عَنْ عَمْرِو بْنِ عُثْمَانَ ، عَنْ أُسَامَةَ بْنِ زَيْدٍ ، رَفَعَهُ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : لاَ يَرِثُ الْمُسْلِمُ الْكَافِرَ ، وَلاَ الْكَافِرُ الْمُسْلِمَ.

“Usamə ibn Zeyd ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Müsəlman kafirə, kafir də müsəlmana varis ola bilməz”.”

Usamə ibn Zeyd
Səhihİbn Məcə, 2729 (Miras, 10)

حَدَّثَنَا أَحْمَدُ بْنُ عَمْرِو بْنِ السَّرْحِ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ وَهْبٍ ، أَخْبَرَنَا يُونُسُ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ عَلِيِّ بْنِ الْحُسَيْنِ ، أَنَّهُ حَدَّثَهُ أَنَّ عَمْرَو بْنَ عُثْمَانَ أَخْبَرَهُ ، عَنْ أُسَامَةَ بْنِ زَيْدٍ ، أَنَّهُ قَالَ : يَا رَسُولَ اللهِ ، أَتَنْزِلُ فِي دَارِكَ بِمَكَّةَ ؟ قَالَ : وَهَلْ تَرَكَ لَنَا عَقِيلٌ مِنْ رِبَاعٍ أَوْ دُورٍ ؟ وَكَانَ عَقِيلٌ وَرِثَ أَبَا طَالِبٍ هُوَ وَطَالِبٌ ، وَلَمْ يَرِثْ جَعْفَرٌ وَلاَ عَلِيٌّ شَيْئًا ، لأَنَّهُمَا كَانَا مُسْلِمَيْنِ ، وَكَانَ عَقِيلٌ وَطَالِبٌ كَافِرَيْنِ. فَكَانَ عُمَرُ مِنْ أَجْلِ ذَلِكَ يَقُولُ : لاَ يَرِثُ الْمُؤْمِنُ الْكَافِرَ. وَقَالَ أُسَامَةُ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لاَ يَرِثُ الْمُسْلِمُ الْكَافِرَ وَلاَ الْكَافِرُ الْمُسْلِمَ.

“Rəvayət edilir ki, Usamə ibn Zeyd ﵁ demişdir: “Ey Allahın Elçisi, Məkkədəki evinə gedəcəksən?” Allah Elçisi ﷺ buyurdu: “Aqil bizə yurd və ya ev buraxdı ki?!” Aqil və qardaşı Talib ataları Əbu Talibin varisləri olmuşdular. Əbu Talibin digər oğulları Cəfər və Əli heç nəyə varis olmamışdılar, çünki Əbu Talib öləndə müsəlman deyildi. Aqil ilə Talib isə kafir idilər. Buna görə də Ömər deyirdi: “Mömin kafirə varis ola bilməz”. Usamə demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Müsəlman kafirə, kafir də müsəlmana varis ola bilməz”.”

Usamə ibn Zeyd
Səhihİbn Məcə, 2730 (Miras, 11)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ ، أَخْبَرَنَا ابْنُ لَهِيعَةَ ، عَنْ خَالِدِ بْنِ يَزِيدَ ، أَنَّ الْمُثَنَّى بْنَ الصَّبَّاحِ ، أَخْبَرَهُ عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : لاَ يَتَوَارَثُ أَهْلُ مِلَّتَيْنِ.

“Amr ibn Şueyb atasından və babasından ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “İki toplumun insanları bir-birinə varis ola bilməz”.”

Amr ibn Şueyb atasından və babasından
Səhihİbn Məcə, 2731 (Miras, 12)

Fəsil 5

Azad olunan kölənin miras haqqı

بَابُ مِيرَاثِ الْوَلاَءِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا أَبُو أُسَامَةَ ، حَدَّثَنَا حُسَيْنٌ الْمُعَلِّمُ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ قَالَ : تَزَوَّجَ رِئَابُ بْنُ حُذَيْفَةَ بْنِ سَعِيدِ بْنِ سَهْمٍ أُمَّ وَائِلٍ بِنْتَ مَعْمَرٍ الْجُمَحِيَّةَ ، فَوَلَدَتْ لَهُ ثَلاَثَةً ، فَتُوُفِّيَتْ أُمُّهُمْ ، فَوَرِثَهَا بَنُوهَا ، رِبَاعًا وَوَلاَءَ مَوَالِيهَا ، فَخَرَجَ بِهِمْ عَمْرُو بْنُ الْعَاصِ إِلَى الشَّامِ ، فَمَاتُوا فِي طَاعُونِ عَمْوَاسٍ ، فَوَرِثَهُمْ عَمْرُو ، وَكَانَ عَصَبَتَهُمْ ، فَلَمَّا رَجَعَ عَمْرُو بْنُ الْعَاصِ جَاءَ بَنُو مَعْمَرٍ ، يُخَاصِمُونَهُ فِي وَلاَءِ أُخْتِهِمْ إِلَى عُمَرَ ، فَقَالَ عُمَرُ : أَقْضِي بَيْنَكُمْ بِمَا سَمِعْتُ مِنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، سَمِعْتُهُ يَقُولُ : مَا أَحْرَزَ الْوَلَدُ وَالْوَالِدُ فَهُوَ لِعَصَبَتِهِ ، مَنْ كَانَ . قَالَ : فَقَضَى لَنَا بِهِ ، وَكَتَبَ لَنَا بِهِ ، كِتَابًا فِيهِ شَهَادَةُ عَبْدِ الرَّحْمَنِ بْنِ عَوْفٍ وَزَيْدِ بْنِ ثَابِتٍ وَآخَرَ ، حَتَّى إِذَا اسْتُخْلِفَ عَبْدُ الْمَلِكِ بْنُ مَرْوَانَ ، تُوُفِّيَ مَوْلًى لَهَا ، وَتَرَكَ أَلْفَيْ دِينَارٍ ، فَبَلَغَنِي أَنَّ ذَلِكَ الْقَضَاءَ قَدْ غُيِّرَ ، فَخَاصَمُوا إِلَى هِشَامِ بْنِ إِسْمَاعِيلَ ، فَرَفَعَنَا إِلَى عَبْدِ الْمَلِكِ فَأَتَيْنَاهُ بِكِتَابِ عُمَرَ ، فَقَالَ : إِنْ كُنْتُ لأَرَى أَنَّ هَذَا مِنَ الْقَضَاءِ الَّذِي لاَ يُشَكُّ فِيهِ ، وَمَا كُنْتُ أَرَى أَنَّ أَمْرَ أَهْلِ الْمَدِينَةِ بَلَغَ هَذَا ، أَنْ يَشُكُّوا فِي هَذَا الْقَضَاءِ. فَقَضَى لَنَا فِيهِ فَلَمْ نَزَلْ فِيهِ بَعْدُ.

“Amr ibn Şueyb atasının və babasının ﵄ belə dediyini rəvayət etmişdir: “Riab ibn Huzeyfə ibn Səid ibn Səhm Ummu Vail bint Məmər əl-Cuməhiyyə ilə evləndi və onların üç oğlan uşağı dünyaya gəldi. Sonra uşaqların anası vəfat etdi. Oğlan uşaqları analarının bir evinə və analarının azad etmək haqqına varis oldular. Sonra isə Amr ibn əl-As uşaqları Şama apardı. Uşaqlar Əmvasda yayılan taun xəstəliyindən öldülər. Onların himayədarı sayılan Amr onlara varis oldu. Amr ibn əl-As qayıtdıqda Məmərin oğlanları gəlib (xəlifə olan) Ömərə müraciət edərək bacılarının varisləri olmları haqda Amrla iddia qaldırdılar. Ömər dedi: “Mən Allah Elçisindən ﷺ eşitdiyimin əsasında hökm verəcəyəm. Mən onun belə dediyini eşitdim: “Övlad və valideynin miras haqqı (uşağın və ya valideynin) qohumlarınındır”. Ravi deyir: “Ömər Ummu Vailin qohumluq haqqının bizə aid olduğu hökmünü verdi və bizim üçün bu hökmə dair bir yazı da verdi. Bu yazıda Abdur-Rahmən ibn Auf, Zeyd ibn Sabit və başqa birisinin şahidliyi var idi. Abdul-Məlik ibn Mərvan xəlifə olduğu vaxt Ummu Vailin köləlikdən azad etdiyi bir nəfər vəfat etdi və iki min dinar miras qoyub getdi. Mənə bu hökmün dəyişdirildiyi xəbəri çatdı. Məmərin oğlanları, yəni Ummu Vailin oğlanları bu dəfə qohumluq haqqına görə Hişam ibn İsmailə müraciət edərək bizə iddia qaldırdılar. Hişam da bizi xəlifə Abdul-Məlikə yönəltdi. Biz isə Ömərin yazılı hökmünü Abdul-Məlikə göstərdik. Abdul-Məlik dedi: “Mən bu hökmün şübhə olmayan bir hökm növündən olduğu fikrində idim. Mədinə əhlinin bu hökmdə tərəddüd edə biləcək dərəcəyə çatdığını sanmırdım”. Sonra Abdul-Məlik Ummu Vailin qohumluq haqqının bizə aid olduğuna hökm verdi. Bu vaxta qədər biz bu haqqımıza davam edirik”.”

Amr ibn Şueyb atasından və babasından
Həsənİbn Məcə, 2732 (Miras, 13)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَعَلِيُّ بْنُ مُحَمَّدٍ قَالاَ : حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الأَصْبَهَانِيِّ ، عَنْ مُجَاهِدِ بْنِ وَرْدَانَ ، عَنْ عُرْوَةَ بْنِ الزُّبَيْرِ ، عَنْ عَائِشَةَ ، أَنَّ مَوْلًى لِلنَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ وَقَعَ مِنْ نَخْلَةٍ ، فَمَاتَ وَتَرَكَ مَالاً وَلَمْ يَتْرُكْ وَلَدًا وَلاَ حَمِيمًا . فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَعْطُوا مِيرَاثَهُ رَجُلاً مِنْ أَهْلِ قَرْيَتِهِ.

“Aişə ﵂ rəvayət edir ki, Peyğəmbərin ﷺ köləlikdən azad etdiyi bir adam xurma ağacından yıxılıb öldü. Özündən sonra isə bir az mal qoyub getmişdi. Onun nə uşağı, nə başqa yaxını var idi. Peyğəmbər ﷺ də buyurdu: ”Onun mirasını kəndlilərindən bir adama verin”.”

Aişə
Səhihİbn Məcə, 2733 (Miras, 14)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا حُسَيْنُ بْنُ عَلِيٍّ ، عَنْ زَائِدَةَ ، عَنْ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي لَيْلَى ، عَنِ الْحَكَمِ ، عَنْ عَبْدِ اللهِ بْنِ شَدَّادٍ ، عَنْ بِنْتِ حَمْزَةَ ، قَالَ مُحَمَّدٌ يَعْنِي ابْنَ أَبِي لَيْلَى ، وَهِيَ أُخْتُ ابْنِ شَدَّادٍ لأُمِّهِ ، قَالَتْ : مَاتَ مَوْلاَيَ وَتَرَكَ ابْنَةً فَقَسَمَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ مَالَهُ بَيْنِي وَبَيْنَ ابْنَتِهِ ، فَجَعَلَ لِي النِّصْفَ ، وَلَهَا النِّصْفَ.

“Rəvayət edilir ki, Abdullah ibn Şəddadın anabir bacısı Həmzənin qızı ﵄ demişdir: “Mənim köləlikdən azad etdiyim şəxs vəfat etmiş və bir qız qoyub getmişdi. Allah Elçisi ﷺ onun malını mənimlə onun qızı arasında bölüşdürdü. Malın yarısını mənə, yarısını da onun qızına verdi”.”

Həmzənin qızı
Həsənİbn Məcə, 2734 (Miras, 15)

Fəsil 6

Qatilin varisliyi

بَابُ مِيرَاثِ الْقَاتِلِ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ ، أَخْبَرَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، عَنْ إِسْحَاقَ بْنِ أَبِي فَرْوَةَ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ حُمَيْدِ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ عَوْفٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَنَّهُ قَالَ : الْقَاتِلُ لاَ يَرِثُ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Qatil (öldürdüyü adama) varis ola bilməz”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2735 (Miras, 16)

Fəsil 7

Qohumların varisliyi

بَابُ ذَوِي الأَرْحَامِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَعَلِيُّ بْنُ مُحَمَّدٍ قَالاَ : حَدَّثَنَا وَكِيعٌ ، عَنْ سُفْيَانَ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الْحَارِثِ بْنِ عَيَّاشِ بْنِ أَبِي رَبِيعَةَ الزُّرَقِيِّ ، عَنْ حَكِيمِ بْنِ حَكِيمِ بْنِ عَبَّادِ بْنِ حُنَيْفٍ الأَنْصَارِيِّ ، عَنْ أَبِي أُمَامَةَ بْنِ سَهْلِ بْنِ حُنَيْفٍ ، أَنَّ رَجُلاً رَمَى رَجُلاً بِسَهْمٍ فَقَتَلَهُ ، وَلَيْسَ لَهُ وَارِثٌ إِلاَّ خَالٌ ، فَكَتَبَ فِي ذَلِكَ أَبُو عُبَيْدَةَ بْنُ الْجَرَّاحِ إِلَى عُمَرَ ، فَكَتَبَ إِلَيْهِ عُمَرُ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : اللَّهُ وَرَسُولُهُ مَوْلَى مَنْ لاَ مَوْلَى لَهُ ، وَالْخَالُ وَارِثُ مَنْ لاَ وَارِثَ لَهُ.

“Əbu Umamə ibn Səhl ibn Huneyf ﵁ rəvayət edir ki, bir dəfə bir nəfər ox ataraq başqa bir adamı öldürdü. Öldürülən adamın dayısından başqa heç bir varisi yox idi. Əbu Ubeydə ibn əl-Cərrah bu adamın miras məsələsini Ömərdən soruşduqda Ömər Əbu Ubeydəyə bir məktub yazdı: “Peyğəmbər ﷺ belə buyurmuşdur: “Varisi olmayanın varisi Allah və Onun Elçisidir. Dayı da ondan başqa varisi olmayanın varisidir”.”

Əbu Umamə ibn Səhl ibn Huneyf
Səhihİbn Məcə, 2737 (Miras, 18)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا شَبَابَةُ (ح) وحَدَّثَنَا مُحَمَّدُ بْنُ الْوَلِيدِ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ قَالاَ : حَدَّثَنَا شُعْبَةُ , حَدَّثَنِي بُدَيْلُ بْنُ مَيْسَرَةَ الْعُقَيْلِيُّ ، عَنْ عَلِيِّ بْنِ أَبِي طَلْحَةَ ، عَنْ رَاشِدِ بْنِ سَعْدٍ ، عَنْ أَبِي عَامِرٍ الْهَوْزَنِيِّ ، عَنِ الْمِقْدَامِ أَبِي كَرِيمَةَ ، رَجُلٌ مِنْ أَهْلِ الشَّامِ مِنْ أَصْحَابِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ تَرَكَ مَالاً فَلِوَرَثَتِهِ ، وَمَنْ تَرَكَ كَلاًّ فَإِلَيْنَا ، وَرُبَّمَا قَالَ : فَإِلَى اللهِ وَإِلَى رَسُولِهِ ، وَأَنَا وَارِثُ مَنْ لاَ وَارِثَ لَهُ أَعْقِلُ عَنْهُ وَأَرِثُهُ ، وَالْخَالُ وَارِثُ مَنْ لاَ وَارِثَ لَهُ يَعْقِلُ عَنْهُ وَيَرِثُهُ.

“Rəvayət edilir ki, Allah Elçisinin ﷺ səhabələrindən və Şam əhlindən olan Miqdam ibn Kərimə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurmuşdur: “Kim vəfat edərək var-dövlət qoyub gedərsə, o var-dövlət onun varislərinindir. Kim vəfat edərək özündən sonra yetim qoyub gedərsə, onlara baxmaq bizə (və ya Allaha və Onun Elçisinə) aiddir. Mən varisi olmayanın varisiyəm. Onun yerinə qanbahası verirəm və onun mirasını alıram. Dayı da ondan başqa varisi olmayanın varisidir, onun yerinə qanbahasını ödəyir və ona varis olur”.”

Miqdam
Səhihİbn Məcə, 2738 (Miras, 19)

Fəsil 8

Kişi qohumların varisliyi

بَابُ مِيرَاثِ الْعَصَبَةِ

حَدَّثَنَا يَحْيَى بْنُ حَكِيمٍ ، حَدَّثَنَا أَبُو بَحْرٍ الْبَكْرَاوِيُّ ، حَدَّثَنَا إِسْرَائِيلُ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنِ الْحَارِثِ ، عَنْ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ قَالَ : قَضَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَنَّ أَعْيَانَ بَنِي الأُمِّ يَتَوَارَثُونَ دُونَ بَنِي الْعَلاَّتِ ، يَرِثُ الرَّجُلُ أَخَاهُ لأَبِيهِ وَأُمِّهِ ، دُونَ إِخْوَتِهِ لأَبِيهِ.

“Rəvayət edilir ki, Əli ibn Əbu Talib ﵁ demişdir: “Allah Elçisi ﷺ anabir, atabir qardaşların bir-birinə varis olduqlarına, atabir qardaşların isə varis olmadıqlarına hökm etdi. Adam atabir, anabir qardaşının varisi olur, lakin o qardaşın yalnız atabir qardaşları varisi olmur”.”

Əli ibn Əbu Talib
Həsənİbn Məcə, 2739 (Miras, 20)

حَدَّثَنَا الْعَبَّاسُ بْنُ عَبْدِ الْعَظِيمِ الْعَنْبَرِيُّ ، حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ ، أَخْبَرَنَا مَعْمَرٌ ، عَنِ ابْنِ طَاوُوسٍ ، عَنْ أَبِيهِ ، عَنِ ابْنِ عَبَّاسٍ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : اقْسِمُوا الْمَالَ بَيْنَ أَهْلِ الْفَرَائِضِ ، عَلَى كِتَابِ اللهِ ، فَمَا تَرَكَتِ الْفَرَائِضُ ، فَلأَوْلَى رَجُلٍ ذَكَرٍ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ölənin malının müəyyən hissəsi yiyələri arasında bölüşdürülür”.”

İbn Abbas
Səhihİbn Məcə, 2740 (Miras, 21)

Fəsil 9

Övladının onun olmadığını iddia edən

بَابُ مَنْ أَنْكَرَ وَلَدَهُ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ عَبْدِ اللهِ ، حَدَّثَنَا سُلَيْمَانُ بْنُ بِلاَلٍ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : كُفْرٌ بِامْرِئٍ ادِّعَاءُ نَسَبٍ لاَ يَعْرِفُهُ ، أَوْ جَحْدُهُ ، وَإِنْ دَقَّ.

“Amr ibn Şueyb atasından və babasından ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Adamın bilmədiyi bir nəsəbə aid olmasını iddia etməsi və ya nəsəbi bilinməsə, bir nəsəbi rədd etməsi (nəsəb nemətinə olan) nankorluqdur”.”

Amr ibn Şueyb atasından və babasından
Səhihİbn Məcə, 2744 (Miras, 25)

Fəsil 10

Övladının onun olduğunu iddia edən

بَابٌ فِي ادِّعَاءِ الْوَلَدِ

حَدَّثَنَا أَبُو كُرَيْبٍ ، حَدَّثَنَا يَحْيَى بْنُ الْيَمَانِ ، عَنِ الْمُثَنَّى بْنِ الصَّبَّاحِ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ مَنْ عَاهَرَ أَمَةً أَوْ حُرَّةً ، فَوَلَدُهُ وَلَدُ زِنًا لاَ يَرِثُ وَلاَ يُورَثُ.

“Amr ibn Şueyb atasının və babasının ﵄ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim bir cariyə və ya bir azad qadınla zina edərsə, ondan olan uşaq zinadan olan uşaq sayılır. Uşaq həmin kişinin, həmin kişi də uşağın varisi ola bilməz”.”

Amr ibn Şueyb atasından və babasından
Həsənİbn Məcə, 2745 (Miras, 26)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَكَّارِ بْنِ بِلاَلٍ الدِّمَشْقِيُّ ، أَخْبَرَنَا مُحَمَّدُ بْنُ رَاشِدٍ ، عَنْ سُلَيْمَانَ بْنِ مُوسَى ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : كُلُّ مُسْتَلْحَقٍ اسْتُلْحِقَ بَعْدَ أَبِيهِ الَّذِي يُدْعَى لَهُ ، ادَّعَاهُ وَرَثَتُهُ مِنْ بَعْدِهِ ، فَقَضَى أَنَّ مَنْ كَانَ مِنْ أَمَةٍ يَمْلِكُهَا يَوْمَ أَصَابَهَا ، فَقَدْ لَحِقَ بِمَنِ اسْتَلْحَقَهُ . وَلَيْسَ لَهُ فِيمَا قُسِمَ قَبْلَهُ مِنَ الْمِيرَاثِ شَيْءٌ ، وَمَا أَدْرَكَ مِنْ مِيرَاثٍ لَمْ يُقْسَمْ ، فَلَهُ نَصِيبُهُ ، وَلاَ يَلْحَقُ إِذَا كَانَ أَبُوهُ الَّذِي يُدْعَى لَهُ أَنْكَرَهُ ، وَإِنْ كَانَ مِنْ أَمَةٍ لاَ يَمْلِكُهَا أَوْ مِنْ حُرَّةٍ عَاهَرَ بِهَا ، فَإِنَّهُ لاَ يَلْحَقُ وَلاَ يُرَثُ ، وَإِنْ كَانَ الَّذِي يُدْعَى لَهُ هُوَ ادَّعَاهُ ، فَهُوَ وَلَدُ زِنًا ، لأَهْلِ أُمِّهِ مَنْ كَانُوا ، حُرَّةً أَوْ أَمَةً. قَالَ مُحَمَّدُ بْنُ رَاشِدٍ : يَعْنِي بِذَلِكَ مَا قُسِمَ فِي الْجَاهِلِيَّةِ قَبْلَ الإِسْلاَمِ.

“Amr ibn Şueyb atasından və babasından ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Atasına nisbət edilən uşaq, atası vəfat etdikdən sonra götürülən uşaq, atası olduğu iddia edilən adamın ölümündən sonra varislərin götürmək iddiasında olduqları şəxsdir. Bir kişi bir cariyə ilə cinsi yaxınlıq etdiyi vaxt ondan olan uşaq həmin kişinin uşağı sayılır, lakin uşağa olan iddiadan qabaq həmin kişinin mirasından varislərinə paylanmış malından o uşağa heç nə düşmür. Bölüşdürülməmiş mirasdan isə ona payı düşür. Nisbət edilən atası onu qəbul etmədikdə, o kişinin mirasından o uşağa heç nə düşmür. Əgər uşaq onun olmayan bir cariyədən və ya azad bir qadından olsa, uşaq o kişinin övladı sayılmır və uşağa varis ola bilməz. Ona nisbət edilən kişi həmin uşağın özünün olduğunu iddia etsə belə, hökm eynidir, çünki bu uşaq zinadan doğulan uşaqdır və o, azad və ya cariyə olan anasının varislərindən sayılır”. Ravi Muhəmməd ibn Raşid deyir: “Hədisdə olan: “Götürülən uşaqdan qabaq paylaşdırılmış mal” cümləsi ilə İslamdan qabaq cahiliyyət dövründə varislər arasında bölüşdürülmüş mal qəsd edilmişdir”.”

Amr ibn Şueyb atasından və babasından
Səhihİbn Məcə, 2746 (Miras, 27)

Fəsil 11

Azad edənin köləlikdən azad edilənə varis olma haqqının satılmasının və hədiyyə edilməsinin qadağan edilməsi

بَابُ النَّهْيِ عَنْ بَيْعِ الْوَلاَءِ وَعَنْ هِبَتِهِ

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا شُعْبَةُ ، وَسُفْيَانُ ، عَنْ عَبْدِ اللهِ بْنِ دِينَارٍ ، عَنِ ابْنِ عُمَرَ ، قَالَ : نَهَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَنْ بَيْعِ الْوَلاَءِ وَعَنْ هِبَتِهِ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ azad edənin köləlikdən azad edilənə varis olma haqqının satılmasını və hədiyyə edilməsini qadağan etmişdir”.”

İbn Ömər
Səhihİbn Məcə, 2747 (Miras, 28)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الْمَلِكِ بْنِ أَبِي الشَّوَارِبِ ، حَدَّثَنَا يَحْيَى بْنُ سُلَيْمٍ الطَّائِفِيُّ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عُمَرَ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، قَالَ : نَهَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَنْ بَيْعِ الْوَلاَءِ وَعَنْ هِبَتِهِ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ azad edənin köləlikdən azad edilənə varis olma haqqının satılmasını və hədiyyə edilməsini qadağan etmişdir”.”

İbn Ömər
Səhihİbn Məcə, 2748 (Miras, 29)

Fəsil 12

Mirasların bölüşdürülməsinin qisimləri

بَابُ قِسْمَةِ الْمَوَارِيثِ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ ، أَخْبَرَنَا عَبْدُ اللهِ بْنُ لَهِيعَةَ ، عَنْ عُقَيْلٍ ، أَنَّهُ سَمِعَ نَافِعًا ، يُخْبِرُ عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : مَا كَانَ مِنْ مِيرَاثٍ قُسِمَ فِي الْجَاهِلِيَّةِ فَهُوَ عَلَى قِسْمَةِ الْجَاهِلِيَّةِ ، وَمَا كَانَ مِنْ مِيرَاثٍ أَدْرَكَهُ الإِسْلاَمُ فَهُوَ عَلَى قِسْمَةِ الإِسْلاَمِ.

“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Cahiliyyət dövründə bölüşdürülən miras cahiliyyət dövründəki bölüşdürülmə şəklində qüvvədə qalır. İslam dininin yetişdiyi dövrdə isə mirasın İslam qaydası ilə bölüşdürülmə şəkli qüvvədə sayılır”.”

Abdullah ibn Ömər
Səhihİbn Məcə, 2749 (Miras, 30)

Fəsil 13

Doğulan uşaq səs çıxararsa, varis olur

بَابُ إِذَا اسْتَهَلَّ الْمَوْلُودُ وَرِثَ

حَدَّثَنَا الْعَبَّاسُ بْنُ الْوَلِيدِ الدِّمَشْقِيُّ ، حَدَّثَنَا مَرْوَانُ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا سُلَيْمَانُ بْنُ بِلاَلٍ , حَدَّثَنِي يَحْيَى بْنُ سَعِيدٍ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، وَالْمِسْوَرِ بْنِ مَخْرَمَةَ قَالاَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لاَ يَرِثُ الصَّبِيُّ حَتَّى يَسْتَهِلَّ صَارِخًا. قَالَ : وَاسْتِهْلاَلُهُ أَنْ يَبْكِيَ وَيَصِيحَ أَوْ يَعْطِسَ.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah və Misvər ibn Məxramə ﵃ demişlər: “Allah Elçisi ﷺ belə buyurdu: “Körpə dünyaya gəldikdə səs çıxarmadıqca varis olmaz”. Ravi deyir: “Körpənin doğularkən səs çıxarması – ağlaması, çığırması və ya asqırmasıdır”.”

Cabir ibn Abdullah və Misvər ibn Məxramə
Səhihİbn Məcə, 2751 (Miras, 32)

Fəsil 14

Bir adamın əli ilə müsəlman olan

بَابُ الرَّجُلِ يُسْلِمُ عَلَى يَدَيِ الرَّجُلِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنْ عَبْدِ الْعَزِيزِ بْنِ عُمَرَ ، عَنْ عَبْدِ اللهِ بْنِ مَوْهَبٍ قَالَ : سَمِعْتُ تَمِيمًا الدَّارِيَّ يَقُولُ : قُلْتُ : يَا رَسُولَ اللهِ ، مَا السُّنَّةُ فِي الرَّجُلِ مِنْ أَهْلِ الْكِتَابِ يُسْلِمُ عَلَى يَدَيِ الرَّجُلِ ؟ قَالَ : هُوَ أَوْلَى النَّاسِ بِمَحْيَاهُ وَمَمَاتِهِ.

“Rəvayət edilir ki, Təmim əd-Dari ﵁ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi, Kitab əhlindən olan adamın başqa adamın əli ilə müsəlman olmasında sünnə nədir?” Allah Elçisi ﷺ buyurdu: “(Dəvət edən) adam İslamı qəbul edənə həyatında və ölümündə hamıdan yaxın sayılır”.”

Təmim əd-Dari
Səhihİbn Məcə, 2752 (Miras, 33)