Qohumların varisliyi
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا شَبَابَةُ (ح) وحَدَّثَنَا مُحَمَّدُ بْنُ الْوَلِيدِ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ قَالاَ : حَدَّثَنَا شُعْبَةُ , حَدَّثَنِي بُدَيْلُ بْنُ مَيْسَرَةَ الْعُقَيْلِيُّ ، عَنْ عَلِيِّ بْنِ أَبِي طَلْحَةَ ، عَنْ رَاشِدِ بْنِ سَعْدٍ ، عَنْ أَبِي عَامِرٍ الْهَوْزَنِيِّ ، عَنِ الْمِقْدَامِ أَبِي كَرِيمَةَ ، رَجُلٌ مِنْ أَهْلِ الشَّامِ مِنْ أَصْحَابِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ تَرَكَ مَالاً فَلِوَرَثَتِهِ ، وَمَنْ تَرَكَ كَلاًّ فَإِلَيْنَا ، وَرُبَّمَا قَالَ : فَإِلَى اللهِ وَإِلَى رَسُولِهِ ، وَأَنَا وَارِثُ مَنْ لاَ وَارِثَ لَهُ أَعْقِلُ عَنْهُ وَأَرِثُهُ ، وَالْخَالُ وَارِثُ مَنْ لاَ وَارِثَ لَهُ يَعْقِلُ عَنْهُ وَيَرِثُهُ.
“Rəvayət edilir ki, Allah Elçisinin ﷺ səhabələrindən və Şam əhlindən olan Miqdam ibn Kərimə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurmuşdur: “Kim vəfat edərək var-dövlət qoyub gedərsə, o var-dövlət onun varislərinindir. Kim vəfat edərək özündən sonra yetim qoyub gedərsə, onlara baxmaq bizə (və ya Allaha və Onun Elçisinə) aiddir. Mən varisi olmayanın varisiyəm. Onun yerinə qanbahası verirəm və onun mirasını alıram. Dayı da ondan başqa varisi olmayanın varisidir, onun yerinə qanbahasını ödəyir və ona varis olur”.”
İstinad
İbn Məcə, 2738 (Miras, 19)
Sunən İbn Məcə — Miras kitabı