Miras kitabı

Övlada düşən mirasın hissələri

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا سُفْيَانُ ، عَنْ أَبِي قَيْسٍ الأَوْدِيِّ ، عَنِ الْهُزَيْلِ بْنِ شُرَحْبِيلَ قَالَ : جَاءَ رَجُلٌ إِلَى أَبِي مُوسَى الأَشْعَرِيِّ وَسَلْمَانَ بْنِ رَبِيعَةَ الْبَاهِلِيِّ فَسَأَلَهُمَا عَنِ ابْنَةٍ ، وَابْنَةِ ابْنٍ ، وَأُخْتٍ لأَبٍ وَأُمٍّ ، فَقَالاَ : لِلاِبْنَةِ النِّصْفُ ، وَمَا بَقِيَ فَلِلأُخْتِ ، وَائْتِ ابْنَ مَسْعُودٍ ، فَسَيُتَابِعُنَا ، فَأَتَى الرَّجُلُ ابْنَ مَسْعُودٍ فَسَأَلَهُ ، وَأَخْبَرَهُ بِمَا قَالاَ : فَقَالَ عَبْدُ اللهِ : قَدْ ضَلَلْتُ إِذًا وَمَا أَنَا مِنَ الْمُهْتَدِينَ ، وَلَكِنِّي سَأَقْضِي بِمَا قَضَى بِهِ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، لِلاِبْنَةِ النِّصْفُ ، وَلاِبْنَةِ الاِبْنِ السُّدُسُ ، تَكْمِلَةَ الثُّلُثَيْنِ ، وَمَا بَقِيَ فَلِلأُخْتِ.

“Rəvayət edilir ki, əl-Huzeyl ibn Şurahbil ﵀ demişdir: “Bir dəfə bir kişi (Kufənin valisi) Əbu Musa əl-Əşari və (Kufənin qazisi) Salman ibn ər-Rabia əl-Bəhilinin yanlarına gəlib onlardan vəfat edən adamın bir qızına, qızının oğluna və doğma bacısına düşən miras haqda soruşdu. Onlar dedilər: “Vəfat edənin var-dövlətinin yarısı qızına, yarısı da bacısına düşür. Sən İbn Məsudun yanına gedib ondan soruş, yəqin biz deyəni deyəcək”. Həmin kişi İbn Məsudun yanına getdi, sualını verdi və Əbu Musa ilə Salmanın cavablarını da ona xəbər verdi. Abdullah dedi: “Əgər mən onların verdiyi fətvaya uyğun fətva versəm, zəlalətə düşmüş olaram. Mən Allah Elçisinin ﷺ verdiyi hökmə uyğun hökm verəcəyəm. Vəfat edənin qızına onun mal-dövlətinin yarısı, oğlunun qızına qalan malın üçdəikisini tamamlamaq üçün altıdabiri, bacısına isə qalan üçdəbiri düşür”.”

əl-Huzeyl ibn Şurahbil
Səhih

İstinad

İbn Məcə, 2721 (Miras, 2)

Sunən İbn Məcə — Miras kitabı