Azad olunan kölənin miras haqqı
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَعَلِيُّ بْنُ مُحَمَّدٍ قَالاَ : حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الأَصْبَهَانِيِّ ، عَنْ مُجَاهِدِ بْنِ وَرْدَانَ ، عَنْ عُرْوَةَ بْنِ الزُّبَيْرِ ، عَنْ عَائِشَةَ ، أَنَّ مَوْلًى لِلنَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ وَقَعَ مِنْ نَخْلَةٍ ، فَمَاتَ وَتَرَكَ مَالاً وَلَمْ يَتْرُكْ وَلَدًا وَلاَ حَمِيمًا . فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَعْطُوا مِيرَاثَهُ رَجُلاً مِنْ أَهْلِ قَرْيَتِهِ.
“Aişə ﵂ rəvayət edir ki, Peyğəmbərin ﷺ köləlikdən azad etdiyi bir adam xurma ağacından yıxılıb öldü. Özündən sonra isə bir az mal qoyub getmişdi. Onun nə uşağı, nə başqa yaxını var idi. Peyğəmbər ﷺ də buyurdu: ”Onun mirasını kəndlilərindən bir adama verin”.”
İstinad
İbn Məcə, 2733 (Miras, 14)
Sunən İbn Məcə — Miras kitabı