Azad olunan kölənin miras haqqı
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا حُسَيْنُ بْنُ عَلِيٍّ ، عَنْ زَائِدَةَ ، عَنْ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي لَيْلَى ، عَنِ الْحَكَمِ ، عَنْ عَبْدِ اللهِ بْنِ شَدَّادٍ ، عَنْ بِنْتِ حَمْزَةَ ، قَالَ مُحَمَّدٌ يَعْنِي ابْنَ أَبِي لَيْلَى ، وَهِيَ أُخْتُ ابْنِ شَدَّادٍ لأُمِّهِ ، قَالَتْ : مَاتَ مَوْلاَيَ وَتَرَكَ ابْنَةً فَقَسَمَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ مَالَهُ بَيْنِي وَبَيْنَ ابْنَتِهِ ، فَجَعَلَ لِي النِّصْفَ ، وَلَهَا النِّصْفَ.
“Rəvayət edilir ki, Abdullah ibn Şəddadın anabir bacısı Həmzənin qızı ﵄ demişdir: “Mənim köləlikdən azad etdiyim şəxs vəfat etmiş və bir qız qoyub getmişdi. Allah Elçisi ﷺ onun malını mənimlə onun qızı arasında bölüşdürdü. Malın yarısını mənə, yarısını da onun qızına verdi”.”
İstinad
İbn Məcə, 2734 (Miras, 15)
Sunən İbn Məcə — Miras kitabı