Miras kitabı

Övladının onun olduğunu iddia edən

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَكَّارِ بْنِ بِلاَلٍ الدِّمَشْقِيُّ ، أَخْبَرَنَا مُحَمَّدُ بْنُ رَاشِدٍ ، عَنْ سُلَيْمَانَ بْنِ مُوسَى ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : كُلُّ مُسْتَلْحَقٍ اسْتُلْحِقَ بَعْدَ أَبِيهِ الَّذِي يُدْعَى لَهُ ، ادَّعَاهُ وَرَثَتُهُ مِنْ بَعْدِهِ ، فَقَضَى أَنَّ مَنْ كَانَ مِنْ أَمَةٍ يَمْلِكُهَا يَوْمَ أَصَابَهَا ، فَقَدْ لَحِقَ بِمَنِ اسْتَلْحَقَهُ . وَلَيْسَ لَهُ فِيمَا قُسِمَ قَبْلَهُ مِنَ الْمِيرَاثِ شَيْءٌ ، وَمَا أَدْرَكَ مِنْ مِيرَاثٍ لَمْ يُقْسَمْ ، فَلَهُ نَصِيبُهُ ، وَلاَ يَلْحَقُ إِذَا كَانَ أَبُوهُ الَّذِي يُدْعَى لَهُ أَنْكَرَهُ ، وَإِنْ كَانَ مِنْ أَمَةٍ لاَ يَمْلِكُهَا أَوْ مِنْ حُرَّةٍ عَاهَرَ بِهَا ، فَإِنَّهُ لاَ يَلْحَقُ وَلاَ يُرَثُ ، وَإِنْ كَانَ الَّذِي يُدْعَى لَهُ هُوَ ادَّعَاهُ ، فَهُوَ وَلَدُ زِنًا ، لأَهْلِ أُمِّهِ مَنْ كَانُوا ، حُرَّةً أَوْ أَمَةً. قَالَ مُحَمَّدُ بْنُ رَاشِدٍ : يَعْنِي بِذَلِكَ مَا قُسِمَ فِي الْجَاهِلِيَّةِ قَبْلَ الإِسْلاَمِ.

“Amr ibn Şueyb atasından və babasından ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Atasına nisbət edilən uşaq, atası vəfat etdikdən sonra götürülən uşaq, atası olduğu iddia edilən adamın ölümündən sonra varislərin götürmək iddiasında olduqları şəxsdir. Bir kişi bir cariyə ilə cinsi yaxınlıq etdiyi vaxt ondan olan uşaq həmin kişinin uşağı sayılır, lakin uşağa olan iddiadan qabaq həmin kişinin mirasından varislərinə paylanmış malından o uşağa heç nə düşmür. Bölüşdürülməmiş mirasdan isə ona payı düşür. Nisbət edilən atası onu qəbul etmədikdə, o kişinin mirasından o uşağa heç nə düşmür. Əgər uşaq onun olmayan bir cariyədən və ya azad bir qadından olsa, uşaq o kişinin övladı sayılmır və uşağa varis ola bilməz. Ona nisbət edilən kişi həmin uşağın özünün olduğunu iddia etsə belə, hökm eynidir, çünki bu uşaq zinadan doğulan uşaqdır və o, azad və ya cariyə olan anasının varislərindən sayılır”. Ravi Muhəmməd ibn Raşid deyir: “Hədisdə olan: “Götürülən uşaqdan qabaq paylaşdırılmış mal” cümləsi ilə İslamdan qabaq cahiliyyət dövründə varislər arasında bölüşdürülmüş mal qəsd edilmişdir”.”

Amr ibn Şueyb atasından və babasından
Səhih

İstinad

İbn Məcə, 2746 (Miras, 27)

Sunən İbn Məcə — Miras kitabı