Varis olana vəsiyyət yoxdur
حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ شُعَيْبِ بْنِ شَابُورَ ، حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ يَزِيدَ بْنِ جَابِرٍ ، عَنْ سَعِيدِ بْنِ أَبِي سَعِيدٍ ، أَنَّهُ حَدَّثَهُ عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ : إِنِّي لَتَحْتَ نَاقَةِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَسِيلُ عَلَيَّ لُعَابُهَا , فَسَمِعْتُهُ يَقُولُ : إِنَّ اللَّهَ قَدْ أَعْطَى كُلَّ ذِي حَقٍّ حَقَّهُ ، أَلاَ لاَ وَصِيَّةَ لِوَارِثٍ.
“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ dəvəsinin boynunun altında idim. Onun dəvəsinin ağzının köpüyü üstümə tökülürdü. Mən Allah Elçisinin ﷺ xütbədə belə buyurduğunu eşitdim: “Şübhəsiz, Allah hər haqq sahibinə (mirasdan) haqqını vermişdir. Bilin ki, varisə (əlavə) vəsiyyət etmək yoxdur”.”
İstinad
İbn Məcə, 2714 (Vəsiyyətlər, 20)
Sunən İbn Məcə — Vəsiyyətlər kitabı