Vəsiyyətdən qabaq borc ödənməlidir
حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا سُفْيَانُ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنِ الْحَارِثِ ، عَنْ عَلِيٍّ قَالَ : قَضَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ بِالدَّيْنِ قَبْلَ الْوَصِيَّةِ ، وَأَنْتُمْ تَقْرَؤُونَهَا : { مِنْ بَعْدِ وَصِيَّةٍ يُوصَى بِهَا أَوْ دَيْنٍ } ، وَإِنَّ أَعْيَانَ بَنِي الأُمِّ لَيَتَوَارَثُونَ دُونَ بَنِي الْعَلاَّتِ.
“Rəvayət edilir ki, Əli ﵁ demişdir: “Allah Elçisi ﷺ vəsiyyətdən qabaq borcun ödənilməsinə hökm etdi. Siz bu ayəni “Bu bölgü ölənin vəsiyəti yerinə yetirildikdən və borcu ödənildikdən sonra aparılır” (ən-Nisa, 11) oxuyursunuz”. Allah Elçisi ﷺ anabir, atabir qardaşların bir-birinə varis olduqlarına, lakin atabir qardaşların varis olmadıqlarına hökm etdi”.”
İstinad
İbn Məcə, 2715 (Vəsiyyətlər, 21)
Sunən İbn Məcə — Vəsiyyətlər kitabı