Vəsiyyətlər kitabı

Varis olana vəsiyyət yoxdur

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ ، أَخْبَرَنَا سَعِيدُ بْنُ أَبِي عَرُوبَةَ ، عَنْ قَتَادَةَ ، عَنْ شَهْرِ بْنِ حَوْشَبٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ غَنْمٍ ، عَنْ عَمْرِو بْنِ خَارِجَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ خَطَبَهُمْ وَهُوَ عَلَى رَاحِلَتِهِ ، وَإِنَّ رَاحِلَتَهُ لَتَقْصَعُ بِجِرَّتِهَا ، وَإِنَّ لُغَامَهَا لَيَسِيلُ بَيْنَ كَتِفَيَّ ، قَالَ : إِنَّ اللَّهَ قَسَمَ لِكُلِّ وَارِثٍ نَصِيبَهُ مِنَ الْمِيرَاثِ ، فَلاَ تَجُوزُ لِوَارِثٍ وَصِيَّةٌ . الْوَلَدُ لِلْفِرَاشِ وَلِلْعَاهِرِ الْحَجَرُ ، وَمَنِ ادَّعَى إِلَى غَيْرِ أَبِيهِ ، أَوْ تَوَلَّى غَيْرَ مَوَالِيهِ ، فَعَلَيْهِ لَعْنَةُ اللهِ وَالْمَلاَئِكَةِ وَالنَّاسِ أَجْمَعِينَ ، لاَ يُقْبَلُ مِنْهُ صَرْفٌ وَلاَ عَدْلٌ ، أَوْ قَالَ : عَدْلٌ وَلاَ صَرْفٌ -.

“Amr ibn Xaricə ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ dəvəsinin üzərində xütbə deyəndə dəvəsi gövşəyirdi və ağzının köpüyü çiyinlərimin arasına tökülürdü. Peyğəmbər ﷺ buyurdu: “Həqiqətən, Allah hər bir varisə mirasdan olan qismətini təyin etmişdir. Ona görə də heç bir varisə (əlavə bir şey) vəsiyyət etmək icazəli deyil. Uşaq yataq sahibinə nisbət edilir. Zina edən (kişi) isə bundan məhrumdur. Kim atasından başqa birinin oğlu olduğunu iddia edər və ya önu köləlikdən azad edənlərdən başqa birisinin onu köləlikdən azad etdiyini söyləsə, Allahın, mələklərin və bütün insanların lənəti o kimsənin üzərinə olsun. Ondan nə tövbə, nə də fidyə qəbul olunar”.”

Amr ibn Xaricə
Səhih

İstinad

İbn Məcə, 2712 (Vəsiyyətlər, 18)

Sunən İbn Məcə — Vəsiyyətlər kitabı