Üzrlü səbəbə görə cihada getməyən
حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، حَدَّثَنَا ابْنُ أَبِي عَدِيٍّ ، عَنْ حُمَيْدٍ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ : لَمَّا رَجَعَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ مِنْ غَزْوَةِ تَبُوكَ فَدَنَا مِنَ الْمَدِينَةِ قَالَ : إِنَّ بِالْمَدِينَةِ لَقَوْمًا مَا سِرْتُمْ مِنْ مَسِيرٍ ، وَلاَ قَطَعْتُمْ وَادِيًا ، إِلاَّ كَانُوا مَعَكُمْ فِيهِ . قَالُوا : يَا رَسُولَ اللهِ ، وَهُمْ بِالْمَدِينَةِ ؟ قَالَ : وَهُمْ بِالْمَدِينَةِ حَبَسَهُمُ الْعُذْرُ.
“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ Təbuk döyüşündən qayıdıb Mədinəyə yaxınlaşdıqda belə buyurdu: “Həqiqətən, Mədinədə elə bir toplum var ki, getdiyiniz yol boyu və keçdiyiniz hər dərədə sizinlə (savab baxımından) bir idilər”. Səhabələr dedilər: “Ey Allahın Elçisi, onlar Mədinədə ola-ola belə idi?” Allah Elçisi ﷺ buyurdu: “Bəli, onlar Mədinədə idilər və üzrlü səbəbə görə sizinlə gələ bilmədilər”.”
İstinad
İbn Məcə, 2764 (Cihad, 12)
Sunən İbn Məcə — Cihad kitabı