Sunən İbn MəcəCihad kitabı

Kitab 24

Cihad kitabı

كِتَابُ الْجِهَادِ

104

hədis

Fəsil 1

Allah yolunda cihad etməyin fəziləti

بَابُ فَضْلِ الْجِهَادِ فِي سَبِيلِ اللَّهِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْفُضَيْلِ ، عَنْ عُمَارَةَ بْنِ الْقَعْقَاعِ ، عَنْ أَبِي زُرْعَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَعَدَّ اللَّهُ لِمَنْ خَرَجَ فِي سَبِيلِهِ لاَ يُخْرِجُهُ إِلاَّ جِهَادٌ فِي سَبِيلِي ، وَإِيمَانٌ بِي ، وَتَصْدِيقٌ بِرُسُلِي ، فَهُوَ عَلَيَّ ضَامِنٌ أَنْ أُدْخِلَهُ الْجَنَّةَ ، أَوْ أَرْجِعَهُ إِلَى مَسْكَنِهِ الَّذِي خَرَجَ مِنْهُ ، نَائِلاً مَا نَالَ مِنْ أَجْرٍ أَوْ غَنِيمَةٍ , ثُمَّ قَالَ وَالَّذِي نَفْسِي بِيَدِهِ ، لَوْلاَ أَنْ أَشُقَّ عَلَى الْمُسْلِمِينَ مَا قَعَدْتُ خِلاَفَ سَرِيَّةٍ تَخْرُجُ فِي سَبِيلِ اللهِ أَبَدًا ، وَلَكِنْ لاَ أَجِدُ سَعَةً فَأَحْمِلَهُمْ ، وَلاَ يَجِدُونَ سَعَةً فَيَتَّبِعُونِي ، وَلاَ تَطِيبُ أَنْفُسُهُمْ فَيَتَخَلَّفُونَ بَعْدِي ، وَالَّذِي نَفْسُ مُحَمَّدٍ بِيَدِهِ لَوَدِدْتُ أَنْ أَغْزُوَ فِي سَبِيلِ اللهِ فَأُقْتَلَ ، ثُمَّ أَغْزُوَ فَأُقْتَلَ ثُمَّ أَغْزُوَ فَأُقْتَلَ. «انْتَدَبَ اللَّهُ لِمَنْ خَرَجَ فِى سَبِيلِهِ لاَ يُخْرِجُهُ إِلاَّ إِيمَانٌ بِى وَتَصْدِيقٌ بِرُسُلِى أَنْ أُرْجِعَهُ بِمَا نَالَ مِنْ أَجْرٍ أَوْ غَنِيمَةٍ، أَوْ أُدْخِلَهُ الْجَنَّةَ، وَلَوْلاَ أَنْ أَشُقَّ عَلَى أُمَّتِى مَا قَعَدْتُ خَلْفَ سَرِيَّةٍ، وَلَوَدِدْتُ أَنِّى أُقْتَلُ فِى سَبِيلِ اللَّهِ ثُمَّ أُحْيَا، ثُمَّ أُقْتَلُ ثُمَّ أُحْيَا، ثُمَّ أُقْتَلُ»

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allah Onun yolunda cihada çıxan kimsənin mükafatını tez verər. (Allah buyurur): “Onu (evindən) çıxaran yalnız Mənim yolumda olan cihad, Mənə olan inamı və elçilərimi təsdiq etməsidir. Onu Cənnətə daxil etmək və ya nail olduğu savab və qənimətlə (sağ-salamat) yurduna qaytarmaq Mənim zəmanətimdədir”. Sonra Allah Elçisi ﷺ buyurdu: “Canım Əlində Olana and olsun ki, əgər müsəlmanları əziyyətə salmaq qorxusu olmasaydı, (döyüşə gedən) heç bir dəstənin arxasında qalmazdım. Amma mən minmək üçün minik tapa bilmirəm. Onlar da ardımca getmək üçün minik tapa bilmirlər. Mən döyüşə girdikdən sonra onların könülləri döyüşdən geri qalmağa razı olmaz. Muhəmmədin canı Əlində Olana and olsun ki, Allah yolunda döyüşərək öldürülməyi, sonra dirildilməyimi, sonra yenə döyüşərək öldürülməyimi, sonra yenə dirildilib döyüşərək yenə öldürülməyimi istərdim”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2753 (Cihad, 1)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَأَبُو كُرَيْبٍ قَالاَ : حَدَّثَنَا عُبَيْدُ اللهِ بْنُ مُوسَى ، عَنْ شَيْبَانَ ، عَنْ فِرَاسٍ ، عَنْ عَطِيَّةَ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : الْمُجَاهِدُ فِي سَبِيلِ اللهِ مَضْمُونٌ عَلَى اللهِ ، إِمَّا أَنْ يَكْفِتَهُ إِلَى مَغْفِرَتِهِ وَرَحْمَتِهِ ، وَإِمَّا أَنْ يَرْجِعَهُ بِأَجْرٍ وَغَنِيمَةٍ ، وَمَثَلُ الْمُجَاهِدِ فِي سَبِيلِ اللهِ ، كَمَثَلِ الصَّائِمِ الْقَائِمِ ، الَّذِي لاَ يَفْتُرُ حَتَّى يَرْجِعَ.

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Allah yolunda cihad edən şəxs Allahın zaminliyi altındadır. Allah ya onu məğfirətinə və rəhmətinə qovuşdurar, ya da onu savab və qənimətlə evinə qaytarar. Allah yolunda cihad edənin misalı evinə qayıdana qədər səhərlər oruc tutan, gecələr namaz qılanın misalı kimidir”.”

Əbu Səid əl-Xudri
Səhihİbn Məcə, 2754 (Cihad, 2)

Fəsil 2

Səhər və axşam Allah yolunda olmağın fəziləti

بَابُ فَضْلِ الْغَدْوَةِ وَالرَّوْحَةِ فِي سَبِيلِ اللهِ عَزَّ وَجَلَّ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَعَبْدُ اللهِ بْنُ سَعِيدٍ قَالاَ : حَدَّثَنَا أَبُو خَالِدٍ الأَحْمَرُ ، عَنِ ابْنِ عَجْلاَنَ ، عَنْ أَبِي حَازِمٍ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : غَدْوَةٌ أَوْ رَوْحَةٌ فِي سَبِيلِ اللهِ خَيْرٌ مِنَ الدُّنْيَا وَمَا فِيهَا.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Səhər və axşam Allah yolunda olmaq dünya və onun içində olanlardan xeyirlidir”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2755 (Cihad, 3)

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا زَكَرِيَّا بْنُ مَنْظُورٍ ، حَدَّثَنَا أَبُو حَازِمٍ ، عَنْ سَهْلِ بْنِ سَعْدٍ السَّاعِدِيِّ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : غَدْوَةٌ أَوْ رَوْحَةٌ فِي سَبِيلِ اللهِ خَيْرٌ مِنَ الدُّنْيَا وَمَا فِيهَا.

“Rəvayət edilir ki, Səd əs-Səidi ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Səhər və axşam Allah yolunda olmaq dünya və onun içində olanlardan xeyirlidir”.”

Səhl ibn Səd əs-Səidi
Səhihİbn Məcə, 2756 (Cihad, 4)

حَدَّثَنَا نَصْرُ بْنُ عَلِيٍّ الْجَهْضَمِيُّ ، وَمُحَمَّدُ بْنُ الْمُثَنَّى قَالاَ : حَدَّثَنَا عَبْدُ الْوَهَّابِ الثَّقَفِيُّ ، حَدَّثَنَا حُمَيْدٌ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : لَغَدْوَةٌ أَوْ رَوْحَةٌ فِي سَبِيلِ اللهِ خَيْرٌ مِنَ الدُّنْيَا وَمَا فِيهَا.

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Səhər və axşam Allah yolunda olmaq dünya və onun içində olanlardan xeyirlidir”.”

Ənəs ibn Malik
Səhihİbn Məcə, 2757 (Cihad, 5)

Fəsil 3

Qazini təchiz edən

بَابُ مَنْ جَهَّزَ غَازِيًا

حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ سَعِيدٍ ، حَدَّثَنَا عَبْدَةُ بْنُ سُلَيْمَانَ ، عَنْ عَبْدِ الْمَلِكِ بْنِ أَبِي سُلَيْمَانَ ، عَنْ عَطَاءٍ ، عَنْ زَيْدِ بْنِ خَالِدٍ الْجُهَنِيِّ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ جَهَّزَ غَازِيًا فِي سَبِيلِ اللهِ ، كَانَ لَهُ مِثْلُ أَجْرِهِ مِنْ غَيْرِ أَنْ يَنْقُصَ مِنْ أَجْرِ الْغَازِي شَيْئًا.

“Rəvayət edilir ki, Zeyd ibn Xalid əl-Cuhəni ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim Allah yolunda olan qazini təchiz edərsə, o da qazinin mükafatından bir şey əskilmədən onun kimi mükafat qazanar”.”

Zeyd ibn Xalid əl-Cuhəni
Səhihİbn Məcə, 2759 (Cihad, 7)

Fəsil 4

Uca Allahın yolunda xərcləmək

بَابُ فَضْلِ النَّفَقَةِ فِي سَبِيلِ اللهِ تَعَالَى

حَدَّثَنَا عِمْرَانُ بْنُ مُوسَى اللَّيْثِيُّ ، حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ ، حَدَّثَنَا أَيُّوبُ ، عَنْ أَبِي قِلاَبَةَ ، عَنْ أَبِي أَسْمَاءَ ، عَنْ ثَوْبَانَ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَفْضَلُ دِينَارٍ يُنْفِقُهُ الرَّجُلُ دِينَارٌ يُنْفِقُهُ عَلَى عِيَالِهِ ، وَدِينَارٌ يُنْفِقُهُ عَلَى فَرَسٍ فِي سَبِيلِ اللهِ ، وَدِينَارٌ يُنْفِقُهُ الرَّجُلُ عَلَى أَصْحَابِهِ فِي سَبِيلِ اللَّهِ.

“Rəvayət edilir ki, Səvban ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ən fəzilətli dinar kişinin öz ailəsi üçün xərclədiyi, Allah yolunda atına xərclədiyi və Allah yolunda olan dostuna xərclədiyi dinardır”.”

Səvban
Səhihİbn Məcə, 2760 (Cihad, 8)

Fəsil 5

Cihadın tərk olunmasının qınanması

بَابُ التَّغْلِيظِ فِي تَرْكِ الْجِهَادِ

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا الْوَلِيدُ بْنُ مُسْلِمٍ ، حَدَّثَنَا يَحْيَى بْنُ الْحَارِثِ الذِّمَارِيُّ ، عَنِ الْقَاسِمِ ، عَنْ أَبِي أُمَامَةَ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : مَنْ لَمْ يَغْزُ أَوْ يُجَهِّزْ غَازِيًا أَوْ يَخْلُفْ غَازِيًا فِي أَهْلِهِ بِخَيْرٍ ، أَصَابَهُ اللَّهُ سُبْحَانَهُ بِقَارِعَةٍ قَبْلَ يَوْمِ الْقِيَامَةِ.

“Əbu Umamə ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim döyüşə getməz və ya bir qazini təchiz etməzsə və yaxud döyüşə gedən bir qazinin ailəsinə xeyirlə baxmazsa, nöqsansız olan Allah Qiyamət günündən qabaq onun başına ani bir fəlakət gətirər”.”

Əbu Umamə
Həsənİbn Məcə, 2762 (Cihad, 10)

Fəsil 6

Üzrlü səbəbə görə cihada getməyən

بَابُ مَنْ حَبَسَهُ الْعُذْرُ عَنِ الْجِهَادِ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، حَدَّثَنَا ابْنُ أَبِي عَدِيٍّ ، عَنْ حُمَيْدٍ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ : لَمَّا رَجَعَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ مِنْ غَزْوَةِ تَبُوكَ فَدَنَا مِنَ الْمَدِينَةِ قَالَ : إِنَّ بِالْمَدِينَةِ لَقَوْمًا مَا سِرْتُمْ مِنْ مَسِيرٍ ، وَلاَ قَطَعْتُمْ وَادِيًا ، إِلاَّ كَانُوا مَعَكُمْ فِيهِ . قَالُوا : يَا رَسُولَ اللهِ ، وَهُمْ بِالْمَدِينَةِ ؟ قَالَ : وَهُمْ بِالْمَدِينَةِ حَبَسَهُمُ الْعُذْرُ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ Təbuk döyüşündən qayıdıb Mədinəyə yaxınlaşdıqda belə buyurdu: “Həqiqətən, Mədinədə elə bir toplum var ki, getdiyiniz yol boyu və keçdiyiniz hər dərədə sizinlə (savab baxımından) bir idilər”. Səhabələr dedilər: “Ey Allahın Elçisi, onlar Mədinədə ola-ola belə idi?” Allah Elçisi ﷺ buyurdu: “Bəli, onlar Mədinədə idilər və üzrlü səbəbə görə sizinlə gələ bilmədilər”.”

Ənəs ibn Malik
Səhihİbn Məcə, 2764 (Cihad, 12)

حَدَّثَنَا أَحْمَدُ بْنُ سِنَانٍ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ أَبِي سُفْيَانَ ، عَنْ جَابِرٍ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنَّ بِالْمَدِينَةِ رِجَالاً مَا قَطَعْتُمْ وَادِيًا ، وَلاَ سَلَكْتُمْ طَرِيقًا ، إِلاَّ شَرِكُوكُمْ فِي الأَجْرِ ، حَبَسَهُمُ الْعُذْرُ. قَالَ أَبُو عَبْدِ اللهِ ابْنُ مَاجَةَ : أَوْ كَمَا قَالَ كَتَبْتُهُ لَفْظًا.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, Mədinədə elə kişilər var ki, keçdiyiniz hər dərədə və getdiyiniz yol boyu savab (baxımından) sizə şərik oldular, çünki üzrlü səbəbə görə sizinlə gələ bilmədilər”.”

Cabir
Səhihİbn Məcə, 2765 (Cihad, 13)

Fəsil 7

Allah yolunda keşik çəkmək

بَابُ فَضْلِ الرِّبَاطِ فِي سَبِيلِ اللَّهِ

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ زَيْدِ بْنِ أَسْلَمَ ، عَنْ أَبِيهِ ، عَنْ مُصْعَبِ بْنِ ثَابِتٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ الزُّبَيْرِ ، قَالَ : خَطَبَ عُثْمَانُ بْنُ عَفَّانَ النَّاسَ فَقَالَ : يَا أَيُّهَا النَّاسُ ، إِنِّي سَمِعْتُ حَدِيثًا مِنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ لَمْ يَمْنَعْنِي أَنْ أُحَدِّثَكُمْ بِهِ إِلاَّ الضِّنُّ بِكَمْ وَبِصَحَابَتِكُمْ ، فَلْيَخْتَرْ مُخْتَارٌ لِنَفْسِهِ أَوْ لِيَدَعْ ، سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : مَنْ رَابَطَ لَيْلَةً فِي سَبِيلِ اللهِ سُبْحَانَهُ ، كَانَتْ كَأَلْفِ لَيْلَةٍ صِيَامِهَا وَقِيَامِهَا.

“Rəvayət edilir ki, Abdullah ibn əz-Zubeyr ﵄ demişdir: “Osman ibn Əffan insanlara belə bir xütbə dedi: “Ey insanlar! Həqiqətən, mən Allah Elçisindən ﷺ bir hədis eşitdim. Sizə və yoldaşlarınıza olan bağlılığımdan başqa bir şey o hədisi danışmağa mənə mane olmamışdı. Artıq kim istəsə, sərhəddə keşik çəkməyi seçsin və ya onu tərk etsin. Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Kim nöqsansız Allahın yolunda sərhəddə bir gecə keşik çəkərsə, min gün (nafilə) oruc və min gecə (nafilə) namaz kimi olar”.”

Abdullah ibn əz-Zubeyr
Səhihİbn Məcə, 2766 (Cihad, 14)

حَدَّثَنَا يُونُسُ بْنُ عَبْدِ الأَعْلَى ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ وَهْبٍ ، أَخْبَرَنِي اللَّيْثُ ، عَنْ زُهْرَةَ بْنِ مَعْبَدٍ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : مَنْ مَاتَ مُرَابِطًا فِي سَبِيلِ اللهِ أَجْرَى عَلَيْهِ أَجْرَ عَمَلِهِ الصَّالِحِ الَّذِي كَانَ يَعْمَلُ ، وَأَجْرَى عَلَيْهِ رِزْقَهُ ، وَأَمِنَ مِنَ الْفَتَّانِ ، وَبَعَثَهُ اللَّهُ يَوْمَ الْقِيَامَةِ آمِنًا مِنَ الْفَزَعِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim Allah yolunda sərhədin keşiyini çəkərək ölərsə, etdiyi yaxşı əməllər (ölümündən sonra da) ona yazılır və (qəbirdə) ruzisi verilir, (qəbir) imtahanından əmin olur və Allah onu Qiyamət günü olan qorxudan əmin olaraq dirildir”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2767 (Cihad, 15)

Fəsil 8

Allah yolunda keşik çəkməyin və təkbir etməyin fəziləti

بَابُ فَضْلِ الْحَرَسِ وَالتَّكْبِيرِ فِي سَبِيلِ اللَّهِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنْ أُسَامَةَ بْنِ زَيْدٍ ، عَنْ سَعِيدٍ الْمَقْبُرِيِّ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ لِرَجُلٍ : أُوصِيكَ بِتَقْوَى اللهِ ، وَالتَّكْبِيرِ عَلَى كُلِّ شَرَفٍ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ bir kişiyə belə buyurdu: “Sənə Allahdan qorxmağı və hər bir yüksək yerdə təkbir etməyi tövsiyə edirəm”.”

Əbu Hureyra
Həsənİbn Məcə, 2771 (Cihad, 19)

Fəsil 9

Kafirlərlə döyüşə gedən dəstədə olmaq

بَابُ الْخُرُوجِ فِي النَّفِيرِ

حَدَّثَنَا أَحْمَدُ بْنُ عَبْدَةَ ، أَخْبَرَنَا حَمَّادُ بْنُ زَيْدٍ ، عَنْ ثَابِتٍ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ : ذُكِرَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَقَالَ : كَانَ أَحْسَنَ النَّاسِ ، وَكَانَ أَجْوَدَ النَّاسِ ، وَكَانَ أَشْجَعَ النَّاسِ . وَلَقَدْ فَزِعَ أَهْلُ الْمَدِينَةِ لَيْلَةً ، فَانْطَلَقُوا قِبَلَ الصَّوْتِ ، فَتَلَقَّاهُمْ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ وَقَدْ سَبَقَهُمْ إِلَى الصَّوْتِ ، وَهُوَ عَلَى فَرَسٍ لأَبِي طَلْحَةَ عُرْيٍ ، مَا عَلَيْهِ سَرْجٌ فِي عُنُقِهِ السَّيْفُ ، وَهُوَ يَقُولُ : يَا أَيُّهَا النَّاسُ ، لَنْ تُرَاعُوا يَرُدُّهُمْ ، ثُمَّ قَالَ : لِلْفَرَسِ وَجَدْنَاهُ بَحْرًا أَوْ إِنَّهُ لَبَحْرٌ. قَالَ حَمَّادٌ : وَحَدَّثَنِي ثَابِتٌ أَوْ غَيْرُهُ قَالَ : كَانَ فَرَسًا لأَبِي طَلْحَةَ يُبَطَّأُ فَمَا سُبِقَ بَعْدَ ذَلِكَ الْيَوْمِ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ Peyğəmbəri ﷺ xatırlayaraq belə demişdir: “O, insanların ən yaxşısı, insanların ən əliaçığı və insanların ən mərdi idi. Bir dəfə gecə vaxtı Mədinə camaatı bir səs eşidib o səsə doğru getdi. Allah Elçisi ﷺ də Əbu Təlhənin yəhərsiz atının üstündə, boynunda qılınc olan halda səs gələn yerə hamıdan qabaq getdi, sonra da oradan qayıdıb Mədinə camaatı ilə rastlaşdı və onları geriyə çevirib buyurdu: “Ey insanlar, siz qorxudulmayacaqsınız!” Sonra at üçün dedi: “Biz onun bir çay kimi (axıcı olduğunu) gördük” və ya ”o, çay kimidir (axıcıdır)”. Ravi Həmməd deyir: “Sabit və ya başqası mənə bu hədisi rəvayət edərək demişdir: “O at Əbu Təlhənin ləng tərpənən bir atı idi. Lakin həmin gündən sonra onu sürətdə keçən olmadı”.”

Ənəs ibn Malik
Səhihİbn Məcə, 2772 (Cihad, 20)

حَدَّثَنَا أَحْمَدُ بْنُ عَبْدِ الرَّحْمَنِ بْنِ بَكَّارِ بْنِ عَبْدِ الْمَلِكِ بْنِ الْوَلِيدِ بْنِ بُسْرِ بْنِ أَبِي أَرْطَاةَ ، حَدَّثَنَا الْوَلِيدُ , حَدَّثَنِي شَيْبَانُ ، عَنِ الأَعْمَشِ ، عَنْ أَبِي صَالِحٍ ، عَنِ ابْنِ عَبَّاسٍ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : إِذَا اسْتُنْفِرْتُمْ فَانْفِرُوا.

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Sizdən cihada çıxmanız tələb edildiyi zaman cihada çıxın”.”

İbn Abbas
Səhihİbn Məcə, 2773 (Cihad, 21)

حَدَّثَنَا يَعْقُوبُ بْنُ حُمَيْدِ بْنِ كَاسِبٍ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، مَوْلَى آلِ طَلْحَةَ ، عَنْ عِيسَى بْنِ طَلْحَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : لاَ يَجْتَمِعُ غُبَارٌ فِي سَبِيلِ اللهِ ، وَدُخَانُ جَهَنَّمَ فِي جَوْفِ عَبْدٍ مُسْلِمٍ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Allah yolunda olan toz və Cəhənnəmin dumanı müsəlman bir bəndənin daxilində cəm olmaz”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2774 (Cihad, 22)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ سَعِيدِ بْنِ يَزِيدَ بْنِ إِبْرَاهِيمَ التُّسْتَرِيُّ ، حَدَّثَنَا أَبُو عَاصِمٍ ، عَنْ شَبِيبٍ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ رَاحَ رَوْحَةً فِي سَبِيلِ اللهِ ، كَانَ لَهُ بِمِثْلِ مَا أَصَابَهُ مِنَ الْغُبَارِ مِسْكًا يَوْمَ الْقِيَامَةِ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim günün az bir qismində Allah yolunda olarsa, o gedişinə görə ona hopan toz Qiyamət günü müşk olar”.”

Ənəs ibn Malik
Həsənİbn Məcə, 2775 (Cihad, 23)

Fəsil 10

Dəniz döyüşünün fəziləti

بَابُ فَضْلِ غَزْوِ الْبَحْرِ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ ، أَخْبَرَنَا اللَّيْثُ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنِ ابْنِ حَبَّانَ هُوَ مُحَمَّدُ بْنُ يَحْيَى بْنِ حَبَّانَ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، عَنْ خَالَتِهِ أُمِّ حَرَامٍ بِنْتِ مِلْحَانَ ، أَنَّهَا قَالَتْ : نَامَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَوْمًا قَرِيبًا مِنِّي ثُمَّ اسْتَيْقَظَ يَتَبَسَّمُ ، فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، مَا أَضْحَكَكَ ؟ قَالَ : نَاسٌ مِنْ أُمَّتِي عُرِضُوا عَلَيَّ يَرْكَبُونَ ظَهْرَ هَذَا الْبَحْرِ كَالْمُلُوكِ عَلَى الأَسِرَّةِ . قَالَتْ : فَادْعُ اللَّهَ أَنْ يَجْعَلَنِي مِنْهُمْ ، قَالَ : فَدَعَا لَهَا ، ثُمَّ نَامَ الثَّانِيَةَ ، فَفَعَلَ مِثْلَهَا ، ثُمَّ قَالَتْ مِثْلَ قَوْلِهَا ، فَأَجَابَهَا مِثْلَ جَوَابِهِ الأَوَّلِ ، قَالَتْ : فَادْعُ اللَّهَ أَنْ يَجْعَلَنِي مِنْهُمْ ، قَالَ : أَنْتِ مِنَ الأَوَّلِينَ. قَالَ : فَخَرَجَتْ مَعَ زَوْجِهَا عُبَادَةَ بْنِ الصَّامِتِ غَازِيَةً أَوَّلَ مَا رَكِبَ الْمُسْلِمُونَ الْبَحْرَ مَعَ مُعَاوِيَةَ بْنِ أَبِي سُفْيَانَ ، فَلَمَّا انْصَرَفُوا مِنْ غَزَاتِهِمْ قَافِلِينَ ، فَنَزَلُوا الشَّامَ ، فَقُرِّبَتْ إِلَيْهَا دَابَّةٌ لِتَرْكَبَ فَصَرَعَتْهَا فَمَاتَتْ.

“Ənəs ibn Malik ﵁ xalası Ummu Haram bint Milhanın belə dediyini rəvayət etmişdir: “Bir gün Allah Elçisi ﷺ mənim yaxınlığımda yatmışdı. Bu əsnada gülümsədi və oyandı. Mən dedim: “Ey Allahın Elçisi, səni güldürən nədir?” Allah Elçisi ﷺ buyurdu: “Yuxumda mənə ümmətimdən Allah yolunda vuruşan bəzi kimsələr göstərildi, onlar padşahların taxtlarına əyləşdiyi kimi dəniz üstündəki vasitələrə əyləşərək döyüşə gedirdilər”. Mən dedim: “Dua et, mən də onlardan olum”. Allah Elçisi ﷺ də dua etdi. Sonra Allah Elçisi ﷺ ikinci dəfə yuxuya getdi. Oyandıqdan sonra yenə gülümsədi. Sonra Ummu Haram ilk dəfə dediyini dedi və Allah Elçisi ﷺ ilk dəfə verdiyi cavabı verdi. Ummu Haram dedi: “Dua et, mən də onlardan olum”. Allah Elçisi ﷺ buyurdu: “Sən əvvəlkilərdənsən”. Ənəs deyir: “Ummu Haram əri Ubadə ibn əs-Samitlə Müaviyənin başçılığı altında müsəlmanların təşkil etdiyi ilk dəniz döyüşündə iştirak etdi. Müaviyə o vaxtlar Şamın valisi idi. Ummu Haram dənizdən quruya çıxarkən mindirildiyi heyvandan yıxılaraq vəfat etdi”.”

Ənəs ibn Malik
Səhihİbn Məcə, 2776 (Cihad, 24)

Fəsil 11

Valideynləri sağ ola-ola döyüşə gedən kişi

بَابُ الرَّجُلِ يَغْزُو وَلَهُ أَبَوَانِ

حَدَّثَنَا أَبُو يُوسُفَ مُحَمَّدُ بْنُ أَحْمَدَ الرَّقِّيُّ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ الْحَرَّانِيُّ ، عَنْ مُحَمَّدِ بْنِ إِسْحَاقَ ، عَنْ مُحَمَّدِ بْنِ طَلْحَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي بَكْرٍ الصِّدِّيقِ ، عَنْ مُعَاوِيَةَ بْنِ جَاهِمَةَ السُّلَمِيِّ قَالَ : أَتَيْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، إِنِّي كُنْتُ أَرَدْتُ الْجِهَادَ مَعَكَ أَبْتَغِي بِذَلِكَ وَجْهَ اللهِ وَالدَّارَ الآخِرَةَ ، قَالَ : وَيْحَكَ ، أَحَيَّةٌ أُمُّكَ ؟ قُلْتُ : نَعَمْ ، قَالَ : ارْجِعْ فَبَرَّهَا ثُمَّ أَتَيْتُهُ مِنَ الْجَانِبِ الآخَرِ ، فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، إِنِّي كُنْتُ أَرَدْتُ الْجِهَادَ مَعَكَ ، أَبْتَغِي بِذَلِكَ وَجْهَ اللهِ وَالدَّارَ الآخِرَةَ ، قَالَ : وَيْحَكَ ، أَحَيَّةٌ أُمُّكَ ؟ قُلْتُ : نَعَمْ ، يَا رَسُولَ اللهِ ، قَالَ : فَارْجِعْ إِلَيْهَا فَبَرَّهَا ثُمَّ أَتَيْتُهُ مِنْ أَمَامِهِ ، فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، إِنِّي كُنْتُ أَرَدْتُ الْجِهَادَ مَعَكَ ، أَبْتَغِي بِذَلِكَ وَجْهَ اللهِ وَالدَّارَ الآخِرَةَ ، قَالَ : وَيْحَكَ ، أَحَيَّةٌ أُمُّكَ ؟ قُلْتُ : نَعَمْ ، يَا رَسُولَ اللهِ ، قَالَ : وَيْحَكَ ، الْزَمْ رِجْلَهَا ، فَثَمَّ الْجَنَّةُ. قَالَ أَبُو عَبْدِ اللهِ بْنُ مَاجَةَ : هَذَا جَاهِمَةُ بْنُ عَبَّاسِ بْنِ مِرْدَاسٍ السُّلَمِيُّ الَّذِي عَاتَبَ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَوْمَ حُنَيْنٍ.

“Rəvayət edilir ki, Müaviyə ibn Cəhimə əs-Suləmi ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ yanına gedib dedim: “Ey Allahın Elçisi, mən Allah rizası və Axirət yurdu üçün səninlə birlikdə cihada getmək istəyirəm”. Allah Elçisi ﷺ dedi: “Vay olsun sənə! Anan sağdır?” Mən: “Bəli”- dedim. Allah Elçisi ﷺ buyurdu: “Qayıt, anana yaxşılıq et!” Sonra mən Allah Elçisinin ﷺ yanına digər tərəfdən gəlib dedim: “Ey Allahın Elçisi, mən Allah rizası və Axirət yurdu üçün səninlə birlikdə cihada getmək istəyirəm”. Allah Elçisi ﷺ dedi: “Vay olsun sənə! Anan sağdır?” Mən: “Bəli” - dedim. Allah Elçisi ﷺ buyurdu: “Qayıt və anana yaxşılıq et!” Sonra mən Allah Elçisinin ﷺ qarşısına keçib dedim: “Ey Allahın Elçisi, mən Allah rizası və Axirət yurdu üçün səninlə birlikdə cihada getmək istəyirəm”. Allah Elçisi ﷺ dedi: “Vay olsun sənə! Anan sağdır?” Mən: “Bəli”- dedim. Allah Elçisi ﷺ buyurdu: “Vay olsun sənə! Ananın ayağına sarıl, çünki Cənnət oradadır”. Əbu Abdullah İbn Məcə deyir: “Cəhimə ibn Abbas ibn Mirdas Huneyn döyüşü olan gün Peyğəmbəri ﷺ ələ salan Abbas ibn Mirdas əs-Suləminin oğludur”.”

Müaviyə ibn Cəhimə əs-Suləmi
Səhihİbn Məcə, 2781 (Cihad, 29)

حَدَّثَنَا أَبُو كُرَيْبٍ مُحَمَّدُ بْنُ الْعَلاَءِ ، حَدَّثَنَا الْمُحَارِبِيُّ ، عَنْ عَطَاءِ بْنِ السَّائِبِ ، عَنْ أَبِيهِ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو قَالَ : أَتَى رَجُلٌ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَقَالَ : يَا رَسُولَ اللهِ ، إِنِّي جِئْتُ أُرِيدُ الْجِهَادَ مَعَكَ ، أَبْتَغِي وَجْهَ اللهِ وَالدَّارَ الآخِرَةَ ، وَلَقَدْ أَتَيْتُ وَإِنَّ وَالِدَيَّ لَيَبْكِيَانِ ، قَالَ : فَارْجِعْ إِلَيْهِمَا ، فَأَضْحِكْهُمَا كَمَا أَبْكَيْتَهُمَا.

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Bir kişi Allah Elçisinin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, mən Allah rizası və Axirət yurdu üçün səninlə birlikdə cihada getmək istəyirəm. Amma buraya atam və anamın (mənə görə) ağladıqları halda gəldim”. Allah Elçisi ﷺ buyurdu: “Onların yanına qayıt və necə ağlatmısansa, elə də güldür”.”

Abdullah ibn Amr
Səhihİbn Məcə, 2782 (Cihad, 30)

Fəsil 12

Döyüşdə niyyət

بَابُ النِّيَّةِ فِي الْقِتَالِ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ نُمَيْرٍ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ شَقِيقٍ ، عَنْ أَبِي مُوسَى قَالَ : سُئِلَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَنِ الرَّجُلِ يُقَاتِلُ شَجَاعَةً ، وَيُقَاتِلُ حَمِيَّةً ، وَيُقَاتِلُ رِيَاءً ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ قَاتَلَ لِتَكُونَ كَلِمَةُ اللهِ هِيَ الْعُلْيَا ، فَهُوَ فِي سَبِيلِ اللَّهِ.

“Rəvayət edilir ki, Əbu Musa ﵁ demişdir: “Bir kişi Allah Elçisinə ﷺ qəhrəmanlıq, qohumlarına təəssübkeşliyə görə və riya üçün döyüşən haqda sual verdi. Allah Elçisi ﷺ buyurdu: “Kim yalnız Allahın kəlməsi üstün olsun deyə döyüşərsə, o, Allah yolunda (döyüşmüş) sayılır”.”

Əbu Musa
Səhihİbn Məcə, 2783 (Cihad, 31)

حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ إِبْرَاهِيمَ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ يَزِيدَ ، حَدَّثَنَا حَيْوَةُ ، أَخْبَرَنِي أَبُو هَانِئٍ ، أَنَّهُ سَمِعَ أَبَا عَبْدِ الرَّحْمَنِ الْحُبُلِيَّ يَقُولُ : إِنَّهُ سَمِعَ عَبْدَ اللهِ بْنَ عَمْرٍو يَقُولُ : سَمِعْتُ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : مَا مِنْ غَازِيَةٍ تَغْزُو فِي سَبِيلِ اللهِ فَيُصِيبُوا غَنِيمَةً ، إِلاَّ تَعَجَّلُوا ثُلُثَيْ أَجْرِهِمْ . فَإِنْ لَمْ يُصِيبُوا غَنِيمَةً تَمَّ لَهُمْ أَجْرُهُمْ.

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Allah yolunda döyüşən dəstə qənimətlə qayıdarsa, mükafatlarının üçdəikisini dünyada almış olurlar. Əgər qənimət götürə bilməsələr, qənimətləri tam olar”.”

Abdullah ibn Amr
Səhihİbn Məcə, 2785 (Cihad, 33)

Fəsil 13

Allah yolunda atla hazır olmaq

بَابُ ارْتِبَاطِ الْخَيْلِ فِي سَبِيلِ اللَّهِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا أَبُو الأَحْوَصِ ، عَنْ شَبِيبِ بْنِ غَرْقَدَةَ ، عَنْ عُرْوَةَ الْبَارِقِيِّ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : الْخَيْرُ مَعْقُودٌ بِنَوَاصِي الْخَيْلِ إِلَى يَوْمِ الْقِيَامَةِ.

“Rəvayət edilir ki, Urva əl-Bəriqi ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Xeyir Qiyamət gününə qədər atın alnına tökülən saçlarında düyünlənmişdir”.”

Urva əl-Bəriqi
Səhihİbn Məcə, 2786 (Cihad, 34)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ ، أَخْبَرَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، عَنْ نَافِعٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَنَّهُ قَالَ : الْخَيْلُ فِي نَوَاصِيهَا الْخَيْرُ إِلَى يَوْمِ الْقِيَامَةِ.

“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Xeyir Qiyamət gününə qədər atın alnına tökülən saçlarındadır”.”

Abdullah ibn Ömər
Səhihİbn Məcə, 2787 (Cihad, 35)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الْمَلِكِ بْنِ أَبِي الشَّوَارِبِ ، حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ الْمُخْتَارِ ، حَدَّثَنَا سُهَيْلٌ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : الْخَيْلُ فِي نَوَاصِيهَا الْخَيْرُ ، أَوْ قَالَ : الْخَيْلُ مَعْقُودٌ فِي نَوَاصِيهَا الْخَيْرُ ، قَالَ سُهَيْلٌ : أَنَا أَشُكُّ الْخَيْرُ ، إِلَى يَوْمِ الْقِيَامَةِ . الْخَيْلُ ثَلاَثَةٌ : فَهِيَ لِرَجُلٍ أَجْرٌ ، وَلِرَجُلٍ سِتْرٌ ، وَعَلَى رَجُلٍ وِزْرٌ. فَأَمَّا الَّذِي هِيَ لَهُ أَجْرٌ فَالرَّجُلُ يَتَّخِذُهَا فِي سَبِيلِ اللهِ ، وَيُعِدُّهَا لَهُ ، فَلاَ تُغَيِّبُ شَيْئًا فِي بُطُونِهَا إِلاَّ كُتِبَ لَهُ أَجْرٌ ، وَلَوْ رَعَاهَا فِي مَرْجٍ ، مَا أَكَلَتْ شَيْئًا إِلاَّ كُتِبَ لَهُ بِهَا أَجْرٌ ، وَلَوْ سَقَاهَا مِنْ نَهَرٍ جَارٍ كَانَ لَهُ بِكُلِّ قَطْرَةٍ تُغَيِّبُهَا فِي بُطُونِهَا أَجْرٌ ، حَتَّى ذَكَرَ الأَجْرَ فِي أَبْوَالِهَا وَأَرْوَاثِهَا ، وَلَوِ اسْتَنَّتْ شَرَفًا أَوْ شَرَفَيْنِ ، كُتِبَ لَهُ بِكُلِّ خُطْوَةٍ تَخْطُوهَا أَجْرٌ. وَأَمَّا الَّذِي هِيَ لَهُ سِتْرٌ ، فَالرَّجُلُ يَتَّخِذُهَا تَكَرُّمًا وَتَجَمُّلاً وَلاَ يَنْسَى حَقَّ ظُهُورِهَا وَبُطُونِهَا فِي عُسْرِهَا وَيُسْرِهَا. وَأَمَّا الَّذِي هِيَ عَلَيْهِ وِزْرٌ ، فَالَّذِي يَتَّخِذُهَا أَشَرًا وَبَطَرًا وَبَذَخًا وَرِيَاءَ النَّاسِ ، فَذَلِكَ الَّذِي هِيَ عَلَيْهِ وِزْرٌ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Xeyir atın alnına tökülən saçlarındadır” və ya “Xeyir atın alnına tökülən saçlarında düyünlənmişdir”. Suheyl dedi: “At (yiyələri) üç qismdir; bəzi adamlara at mükafat gətirir, bəzilərinə bir pərdədir, bəzilərinə də bir şərdir. Yiyəsi üçün mükafat olan at – bu adam atı Allah yolunda istifadə etmək üçün bəsləyir. Atın yediyi hər şey üçün yiyəsinə savab yazılır. Yiyəsi onu ot olan sahədə otarırsa, atın yediyi hər şeyə görə yiyəsinə savab yazılır. Yiyəsi onu bir çaydan suvarırsa, atın qarnına daxil olan hər su damcısına, sidiyinə və peyininə görə yiyəsinə savab yazılır. Əgər at şahə qalxıb bir və ya iki dəfə addım atsa belə, hər addıma görə yiyəsi üçün bir savab yazılır. Yiyəsi üçün pərdə olan at – bu adam şərəfini, namusunu qorumaq və gözəl ruzi yemək məqsədilə at saxlayır və atların bellərinə və qarınlarına aid haqqını çətinlikdə də, asanlıqda da unutmur. Yiyəsi üçün şər olan at – bu adam təkkəbbür göstərmək, lovğalanmaq və özünü camaata göstərmək üçün at saxlayır. Atı özü üçün şər olan adam da budur”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2788 (Cihad, 36)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا وَهْبُ بْنُ جَرِيرٍ ، حَدَّثَنَا أَبِي قَالَ : سَمِعْتُ يَحْيَى بْنَ أَيُّوبَ ، يُحَدِّثُ عَنْ يَزِيدَ بْنِ أَبِي حَبِيبٍ ، عَنْ عُلَيِّ بْنِ رَبَاحٍ ، عَنْ أَبِي قَتَادَةَ الأَنْصَارِيِّ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : خَيْرُ الْخَيْلِ الأَدْهَمُ ، الأَقْرَحُ ، الْمُحَجَّلُ ، الأَرْثَمُ طَلْقُ الْيَدِ الْيُمْنَى ، فَإِنْ لَمْ يَكُنْ أَدْهَمَ فَكُمَيْتٌ عَلَى هَذِهِ الشِّيَةِ.

“Əbu Qatədə əl-Ənsari ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Ən xeyirli at tünd qara rəngli, alnında kiçik xal, ayaqlarında ağ halqa olan, burnu və üst dodağı ağ və sağ qabaq ayağında ləkə olmayan atdır. Əgər qaraşın olmasa, belə əlaməti olan at da xeyirlidir”.”

Əbu Qatədə əl-Ənsari
Səhihİbn Məcə, 2789 (Cihad, 37)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنْ سُفْيَانَ ، عَنْ سَلْمِ بْنِ عَبْدِ الرَّحْمَنِ النَّخَعِيِّ ، عَنْ أَبِي زُرْعَةَ بْنِ عَمْرِو بْنِ جَرِيرٍ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : كَانَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، يَكْرَهُ الشِّكَالَ مِنَ الْخَيْلِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Peyğəmbər ﷺ atın ayaqlarında çarpaz şəkildə olan ləkələri xoşlamazdı”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2790 (Cihad, 38)

حَدَّثَنَا أَبُو عُمَيْرٍ عِيسَى بْنُ مُحَمَّدٍ الرَّمْلِيُّ ، حَدَّثَنَا أَحْمَدُ بْنُ يَزِيدَ بْنِ رَوْحٍ الدَّارِيُّ ، عَنْ مُحَمَّدِ بْنِ عُقْبَةَ الْقَاضِي ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، عَنْ تَمِيمٍ الدَّارِيِّ قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : مَنِ ارْتَبَطَ فَرَسًا فِي سَبِيلِ اللهِ ، ثُمَّ عَالَجَ عَلَفَهُ بِيَدِهِ ، كَانَ لَهُ بِكُلِّ حَبَّةٍ حَسَنَةٌ.

“Rəvayət edilir ki, Təmim əd-Dari ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Kim Allah yolunda döyüşmək üçün bir at saxlayar və öz əli ilə yemləyərsə, hər yem dənəsinə görə ona bir savab olar”.”

Təmim əd-Dari
Səhihİbn Məcə, 2791 (Cihad, 39)

Fəsil 14

Pak və Uca Allahın yolunda döyüşmək

بَابُ الْقِتَالِ فِي سَبِيلِ اللهِ سُبْحَانَهُ وَتَعَالَى

حَدَّثَنَا بِشْرُ بْنُ آدَمَ ، حَدَّثَنَا الضَّحَّاكُ بْنُ مَخْلَدٍ ، حَدَّثَنَا ابْنُ جُرَيْجٍ ، حَدَّثَنَا سُلَيْمَانُ بْنُ مُوسَى ، حَدَّثَنَا مَالِكُ بْنُ يُخَامِرَ ، حَدَّثَنَا مُعَاذُ بْنُ جَبَلٍ ، أَنَّهُ سَمِعَ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : مَنْ قَاتَلَ فِي سَبِيلِ اللهِ عَزَّ وَجَلَّ مِنْ رَجُلٍ مُسْلِمٍ فُوَاقَ نَاقَةٍ ، وَجَبَتْ لَهُ الْجَنَّةُ.

“Rəvayət edilir ki, Muaz ibn Cəbəl ﵁ Peyğəmbərin ﷺ belə buyurduğunu eşitmişdir: “Müsəlman bir kişi Allah ﷿ yolunda döyüşmək üçün bir dişi dəvənin iki sağımı arasındakı müddət qədər döyüşərsə, ona Cənnət vacib olar”.”

Muaz ibn Cəbəl
Səhihİbn Məcə, 2792 (Cihad, 40)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا عَفَّانُ ، حَدَّثَنَا دَيْلَمُ بْنُ غَزْوَانَ ، حَدَّثَنَا ثَابِتٌ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ : حَضَرْتُ حَرْبًا فَقَالَ عَبْدُ اللهِ بْنُ رَوَاحَةَ : يَا نَفْسِ أَلاَ أَرَاكِ تَكْرَهِينَ الْجَنَّهْ... أَحْلِفُ بِاللَّهِ لَتَنْزِلِنَّهْ …طَائِعَةً أَوْ لَتُكْرَهِنَّهْ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Mən bir döyüşdə iştirak edirdim. Abdullah ibn Ravaha belə dedi: “Ey nəfsim, sənin Cənnətə girmək istəmədiyini görürəm. Allaha and olsun, sən ya itaətkarlıqla Cənnətə girəcəksən, ya da buna məcbur ediləcəksən”.”

Ənəs ibn Malik
Səhihİbn Məcə, 2793 (Cihad, 41)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا يَعْلَى بْنُ عُبَيْدٍ ، حَدَّثَنَا حَجَّاجُ بْنُ دِينَارٍ ، عَنْ مُحَمَّدِ بْنِ ذَكْوَانَ ، عَنْ شَهْرِ بْنِ حَوْشَبٍ ، عَنْ عَمْرِو بْنِ عَبَسَةَ قَالَ : أَتَيْتُ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، أَيُّ الْجِهَادِ أَفْضَلُ ؟ قَالَ : مَنْ أُهَرِيقَ دَمُهُ وَعُقِرَ جَوَادُهُ.

“Rəvayət edilir ki, Amr ibn Abəsə ﵁ demişdir: “Mən Peyğəmbərin ﷺ yanına gəlib dedim: “Ey Allahın Elçisi, ən fəzilətli cihad hansıdır?” Peyğəmbər ﷺ buyurdu: “Qanı axıdılan və atı da yaralanan kimsənin (cihadı)”.”

Amr ibn Abəsə
Səhihİbn Məcə, 2794 (Cihad, 42)

حَدَّثَنَا بِشْرُ بْنُ آدَمَ ، وَأَحْمَدُ بْنُ ثَابِتٍ الْجَحْدَرِيُّ قَالاَ : حَدَّثَنَا صَفْوَانُ بْنُ عِيسَى ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَجْلاَنَ ، عَنِ الْقَعْقَاعِ بْنِ حَكِيمٍ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَا مِنْ مَجْرُوحٍ يُجْرَحُ فِي سَبِيلِ اللهِ ، وَاللَّهُ أَعْلَمُ بِمَنْ يُجْرَحُ فِي سَبِيلِهِ ، إِلاَّ جَاءَ يَوْمَ الْقِيَامَةِ وَجُرْحُهُ كَهَيْئَتِهِ يَوْمَ جُرِحَ ، اللَّوْنُ لَوْنُ دَمٍ ، وَالرِّيحُ رِيحُ مِسْكٍ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allah yolunda yara alan yaralı – Allah Onun yolunda yaralananı hamıdan daha yaxşı tanıyır – Qiyamət günü yarası yaralanan gündəki kimi: rəngi qan rəngində, qoxusu da müşk qoxusu olaraq gələcək”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2795 (Cihad, 43)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ نُمَيْرٍ ، حَدَّثَنَا يَعْلَى بْنُ عُبَيْدٍ , حَدَّثَنِي إِسْمَاعِيلُ بْنُ أَبِي خَالِدٍ قَالَ : سَمِعْتُ عَبْدَ اللهِ بْنَ أَبِي أَوْفَى يَقُولُ : دَعَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَلَى الأَحْزَابِ فَقَالَ : اللَّهُمَّ مُنْزِلَ الْكِتَابِ ، سَرِيعَ الْحِسَابِ ، اهْزِمِ الأَحْزَابَ ، اللَّهُمَّ اهْزِمْهُمْ وَزَلْزِلْهُمْ.

“Rəvayət edilir ki, Abdullah ibn Əbu Əufə ﵁ demişdir: “Allah Elçisi ﷺ düşmən dəstələrinə bəddua edərək belə buyurdu: “Kitabı nazil edən, haqq-hesabı tez çəkən Allahım! Düşmənlərdən olan dəstələri darmadağın et! Allahım, onları yerlə yeksan et və onları sarsıt!””

Abdullah ibn Əbu Əufə
Səhihİbn Məcə, 2796 (Cihad, 44)

حَدَّثَنَا حَرْمَلَةُ بْنُ يَحْيَى ، وَأَحْمَدُ بْنُ عِيسَى الْمِصْرِيَّانِ قَالاَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ وَهْبٍ ، حَدَّثَنِي أَبُو شُرَيْحٍ عَبْدُ الرَّحْمَنِ بْنُ شُرَيْحٍ ، أَنَّ سَهْلَ بْنَ أَبِي أُمَامَةَ بْنِ سَهْلِ بْنِ حُنَيْفٍ ، حَدَّثَهُ عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : مَنْ سَأَلَ اللَّهَ الشَّهَادَةَ بِصِدْقٍ مِنْ قَلْبِهِ ، بَلَّغَهُ اللَّهُ مَنَازِلَ الشُّهَدَاءِ ، وَإِنْ مَاتَ عَلَى فِرَاشِهِ.

“Səhl ibn Əbu Umamə ibn Səhl ibn Huneyf atasından və babasından ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Kim Allahdan sidq ürəklə şəhid olmağı istəyərsə, yatağında ölsə belə, Allah onu şəhidlərin məqamına çatdırar”.”

Səhl ibn Əbu Umamə ibn Səhl ibn Huneyf atasından və babasından
Səhihİbn Məcə, 2797 (Cihad, 45)

Fəsil 15

Allahın yolunda şəhid olmağın fəziləti

بَابُ فَضْلِ الشَّهَادَةِ فِي سَبِيلِ اللَّهِ

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ عَيَّاشٍ , حَدَّثَنِي بَحِيرُ بْنُ سَعْدٍ ، عَنْ خَالِدِ بْنِ مَعْدَانَ ، عَنِ الْمِقْدَامِ بْنِ مَعْدِي كَرِبَ ، عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : لِلشَّهِيدِ عِنْدَ اللهِ سِتُّ خِصَالٍ : يَغْفِرُ لَهُ فِي أَوَّلِ دُفْعَةٍ مِنْ دَمِهِ ، وَيُرَى مَقْعَدَهُ مِنَ الْجَنَّةِ ، وَيُجَارُ مِنْ عَذَابِ الْقَبْرِ ، وَيَأْمَنُ مِنَ الْفَزَعِ الأَكْبَرِ ، وَيُحَلَّى حُلَّةَ الإِيمَانِ ، وَيُزَوَّجُ مِنَ الْحُورِ الْعِينِ ، وَيُشَفَّعُ فِي سَبْعِينَ إِنْسَانًا مِنْ أَقَارِبِهِ.

“Miqdəm ibn Mədi Kərib ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Şəhidin Allah dərgahında altı xüsusiyyəti var; ilk (qan damcısı ilə) bağışlanır, Cənnətdəki yerini görür, qəbir əzabından qorunur, Qiyamət gününün dəhşətli qorxusundan arxayın olur, huri ilə evləndirilir və qohum-əqrəbasından yetmiş nəfərə şəfaət edir”.”

Miqdəm ibn Mədi Kərib
Səhihİbn Məcə, 2799 (Cihad, 47)

حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ الْمُنْذِرِ الْحِزَامِيُّ ، حَدَّثَنَا مُوسَى بْنُ إِبْرَاهِيمَ الْحَرَامِيُّ الأَنْصَارِيُّ قَالَ : سَمِعْتُ طَلْحَةَ بْنَ خِرَاشٍ قَالَ : سَمِعْتُ جَابِرَ بْنَ عَبْدِ اللهِ يَقُولُ : لَمَّا قُتِلَ عَبْدُ اللهِ بْنُ عَمْرِو بْنِ حَرَامٍ يَوْمَ أُحُدٍ ، قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : يَا جَابِرُ ، أَلاَ أُخْبِرُكَ مَا قَالَ اللَّهُ عَزَّ وَجَلَّ لأَبِيكَ ؟ قُلْتُ : بَلَى ، قَالَ : مَا كَلَّمَ اللَّهُ أَحَدًا إِلاَّ مِنْ وَرَاءِ حِجَابٍ ، وَكَلَّمَ أَبَاكَ كِفَاحًا فَقَالَ : يَا عَبْدِي ، تَمَنَّ عَلَيَّ أُعْطِكَ ، قَالَ : يَا رَبِّ ، تُحْيِينِي فَأُقْتَلُ فِيكَ ثَانِيَةً ، قَالَ : إِنَّهُ سَبَقَ مِنِّي أَنَّهُمْ إِلَيْهَا لاَ يُرْجَعُونَ . قَالَ : يَا رَبِّ ، فَأَبْلِغْ مَنْ وَرَائِي ، فَأَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ هَذِهِ الآيَةَ : {وَلاَ تَحْسَبَنَّ الَّذِينَ قُتِلُوا فِي سَبِيلِ اللهِ أَمْوَاتًا} الآيَةَ كُلَّهَا.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Abdullah ibn Amr ibn Haram Uhud döyüşündə öldürüldükdə Allah Elçisi ﷺ belə buyurdu: “Ey Cabir, Allahın ﷿ sənin atana nə dediyini sənə xəbər verimmi?” Mən: “Bəli!”- deyə cavab verdim. O dedi: “İndiyədək Allah danışdığı kimsə ilə yalnız pərdə arxasından danışıb. Sənin atanı diriltdikdən sonra isə onunla arasında heç bir pərdə olmadan bilavasitə danışıb dedi: “Ey qulum! Məndən istə, Mən də sənə (istədiyini) verim!” Atan dedi: “Ya Rəbbim! Məni yenidən dirilt ki, Sənin yolunda (vuruşub) bir daha şəhid olum”. Allah isə ona belə buyurdu: “Mən hər kəsin öldükdən sonra dirilib dünyaya qayıtmayacağını artıq əzəldən müəyyən etmişəm”. Atan dedi: “Ya Rəbbim! Məndən arxada (dünyada) qalanlara bunu çatdır”. Allah ﷿ bu ayəni tam şəkildə nazil etdi: “Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, (onlar) diridirlər” (Ali-İmran, 169)”.”

Cabir ibn Abdullah
Həsənİbn Məcə, 2800 (Cihad, 48)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، حَدَّثَنَا الأَعْمَشُ ، عَنْ عَبْدِ اللهِ بْنِ مُرَّةَ ، عَنْ مَسْرُوقٍ ، عَنْ عَبْدِ اللهِ ، فِي قَوْلِهِ : {وَلاَ تَحْسَبَنَّ الَّذِينَ قُتِلُوا فِي سَبِيلِ اللهِ أَمْوَاتًا بَلْ أَحْيَاءٌ عِنْدَ رَبِّهِمْ يُرْزَقُونَ} قَالَ : أَمَا إِنَّا سَأَلْنَا عَنْ ذَلِكَ ، فَقَالَ : أَرْوَاحُهُمْ كَطَيْرٍ خُضْرٍ تَسْرَحُ فِي الْجَنَّةِ فِي أَيِّهَا شَاءَتْ ، ثُمَّ تَأْوِي إِلَى قَنَادِيلَ مُعَلَّقَةٍ بِالْعَرْشِ ، فَبَيْنَمَا هُمْ كَذَلِكَ ، إِذِ اطَّلَعَ عَلَيْهِمْ رَبُّكَ اطِّلاَعَةً ، فَيَقُولُ : سَلُونِي مَا شِئْتُمْ ، قَالُوا : رَبَّنَا ، وَمَاذَا نَسْأَلُكَ وَنَحْنُ نَسْرَحُ فِي الْجَنَّةِ فِي أَيِّهَا شِئْنَا ؟ فَلَمَّا رَأَوْا أَنَّهُمْ لاَ يُتْرَكُونَ مِنْ أَنْ يَسْأَلُوا ، قَالُوا : نَسْأَلُكَ أَنْ تَرُدَّ أَرْوَاحَنَا فِي أَجْسَادِنَا إِلَى الدُّنْيَا حَتَّى نُقْتَلَ فِي سَبِيلِكَ ، فَلَمَّا رَأَى أَنَّهُمْ لاَ يَسْأَلُونَ إِلاَّ ذَلِكَ ، تُرِكُوا.

“Rəvayət edilir ki, Abdullah ﵁ Allahın bu “Allah yolunda öldürülənləri əsla ölü sanma. Əksinə, onlar diridirlər; özlərinin Rəbbi yanında onlara ruzi verilir” (Ali-İmran, 169) kəlamı haqda demişdir: “Bilin ki, biz bu haqda Allah Elçisindən ﷺ soruşduqda o belə buyurdu: “Onların ruhları yaşıl quşlar kimidir, hansı Cənnətə istəsələr, oraya gedirlər. Sonra Ərşdən asılan çıraqlara qayıdırlar. Onlar bu vəziyyətdə olarkən sənin Rəbbin onlara nəzər salıb buyurar: “Məndən nə istəyirsizsə, istəyin”. Onlar deyərlər: “Ya Rəbbimiz! Hansı Cənnətə istəsək gedirik, bundan artıq nə istəyək?!” Sonra onlar Rəblərinin nə istədiklərini soruşmaqda israr etdiyini görüncə deyərlər: “Biz istəyirik ki, ruhlarımızı dünyada bədənlərimizə qaytarasan və Sənin yolunda yenə şəhid olaq”. Allah onların bundan başqa heç bir istəklərinin olmadığını gördükdə onlardan bir şey soruşmaz”.”

Abdullah
Səhihİbn Məcə, 2801 (Cihad, 49)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، وَأَحْمَدُ بْنُ إِبْرَاهِيمَ الدَّوْرَقِيُّ ، وَبِشْرُ بْنُ آدَمَ قَالُوا : حَدَّثَنَا صَفْوَانُ بْنُ عِيسَى ، أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَجْلاَنَ ، عَنِ الْقَعْقَاعِ بْنِ حَكِيمٍ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَا يَجِدُ الشَّهِيدُ مَسَّ الْقَتْلِ ، إِلاَّ كَمَا يَجِدُ أَحَدُكُمْ مَسَّ الْقَرْصَةِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Şəhid öldürülməyini birinizin çimdik hiss etməsi kimi hiss edir”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2802 (Cihad, 50)

Fəsil 16

Şəhidlik olması ümid edilən əməllər

بَابُ مَا يُرْجَى فِيهِ الشَّهَادَةُ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنْ أَبِي الْعُمَيْسِ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَبْدِ اللهِ بْنِ جَابِرِ بْنِ عَتِيكٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، أَنَّهُ مَرِضَ فَأَتَاهُ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَعُودُهُ ، فَقَالَ قَائِلٌ مِنْ أَهْلِهِ : إِنْ كُنَّا لَنَرْجُو أَنْ تَكُونَ وَفَاتُهُ قَتْلَ شَهَادَةٍ فِي سَبِيلِ اللهِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنَّ شُهَدَاءَ أُمَّتِي إِذًا لَقَلِيلٌ ، الْقَتْلُ فِي سَبِيلِ اللهِ شَهَادَةٌ ، وَالْمَطْعُونُ شَهَادَةٌ ، وَالْمَرْأَةُ تَمُوتُ بِجُمْعٍ شَهَادَةٌ ، يَعْنِي الْحَامِلَ ، وَالْغَرِقُ ، وَالْحَرِقُ وَالْمَجْنُوبُ ، يَعْنِي ذَاتَ الْجَنْبِ ، شَهَادَةٌ.

“Abdullah ibn Abdullah ibn Cabir ibn Atik atasından və babasından ﵄ rəvayət edir ki, bir dəfə o xəstələnmişdi. Peyğəmbər ﷺ də onu ziyarət etməyə gəlmişdi. Bu vaxt ailə üzvlərindən biri dedi: “Biz onun Allah yolunda şəhid olmasını ümid edirdik”. Allah Elçisi ﷺ buyurdu: “Həqiqətən, ümmətimin şəhidləri azdır; Allah yolunda öldürülən şəhiddir, taun (vəba) xəstəliyindən ölən şəhiddir, hamilə ikən ölən qadın şəhiddir, suda boğulan, yanaraq ölən və ağciyər iltihabından ölən şəhiddir”.”

Abdullah ibn Abdullah ibn Cabir ibn Atik atasından və babasından
Səhihİbn Məcə, 2803 (Cihad, 51)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الْمَلِكِ بْنِ أَبِي الشَّوَارِبِ ، حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ الْمُخْتَارِ ، حَدَّثَنَا سُهَيْلٌ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَنَّهُ قَالَ : مَا تَقُولُونَ فِي الشَّهِيدِ فِيكُمْ ؟ قَالُوا : الْقَتْلُ فِي سَبِيلِ اللهِ . قَالَ : إِنَّ شُهَدَاءَ أُمَّتِي إِذًا لَقَلِيلٌ ، مَنْ قُتِلَ فِي سَبِيلِ اللهِ فَهُوَ شَهِيدٌ ، وَمَنْ مَاتَ فِي سَبِيلِ اللهِ فَهُوَ شَهِيدٌ ، وَالْمَبْطُونُ شَهِيدٌ ، وَالْمَطْعُونُ شَهِيدٌ. قَالَ سُهَيْلٌ : وَأَخْبَرَنِي عُبَيْدُ اللهِ بْنُ مِقْسَمٍ ، عَنْ أَبِي صَالِحٍ ، وَزَادَ فِيهِ : وَالْغَرِقُ شَهِيدٌ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Aranızda şəhid olanlar haqqında nə deyirsiniz?” Səhabələr dedilər: “Şəhidlər Allah yolunda öldürülənlərdir”. O buyurdu: “Elə olduqda, həqiqətən, ümmətimin şəhidləri azdır; Allah yolunda öldürülən şəhiddir, Allah yolunda ölən şəhiddir, qarın xəstəliyindən ölən şəhiddir, taun (vəba) xəstəliyindən ölən şəhiddir”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2804 (Cihad, 52)

Fəsil 17

Silah

بَابُ السِّلاَحِ

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، وَسُوَيْدُ بْنُ سَعِيدٍ قَالاَ : حَدَّثَنَا مَالِكُ بْنُ أَنَسٍ , حَدَّثَنِي الزُّهْرِيُّ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ دَخَلَ مَكَّةَ يَوْمَ الْفَتْحِ وَعَلَى رَأْسِهِ الْمِغْفَرُ.

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ Fəth günü başında dəbilqə Məkkəyə daxil oldu”.”

Ənəs ibn Malik
Səhihİbn Məcə, 2805 (Cihad, 53)

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ يَزِيدَ بْنِ خُصَيْفَةَ ، عَنِ السَّائِبِ بْنِ يَزِيدَ ، إِنْ شَاءَ اللَّهُ تَعَالَى ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَوْمَ أُحُدٍ أَخَذَ دِرْعَيْنِ ، كَأَنَّهُ ظَاهَرَ بَيْنَهُمَا.

“əs-Səib ibn Yəzid ﵁ rəvayət edir ki, Uca Allahın izni ilə Peyğəmbər ﷺ Uhud döyüşü günü iki zireh götürmüşdü və mənə elə gəlir ki, onları üst-üstə geyinmişdi.”

əs-Səib ibn Yəzid
Səhihİbn Məcə, 2806 (Cihad, 54)

حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ إِبْرَاهِيمَ الدِّمَشْقِيُّ ، حَدَّثَنَا الْوَلِيدُ بْنُ مُسْلِمٍ ، حَدَّثَنَا الأَوْزَاعِيُّ , حَدَّثَنِي سُلَيْمَانُ بْنُ حَبِيبٍ قَالَ : دَخَلْنَا عَلَى أَبِي أُمَامَةَ ، فَرَأَى فِي سُيُوفِنَا شَيْئًا مِنْ حِلْيَةِ فِضَّةٍ فَغَضِبَ وَقَالَ : لَقَدْ فَتَحَ الْفُتُوحَ قَوْمٌ مَا كَانَ حِلْيَةُ سُيُوفِهِمْ الذَّهَبِ وَالْفِضَّةِ ، وَلَكِنِ الآنُكُ وَالْحَدِيدُ وَالْعَلاَبِيُّ. قَالَ أَبُو الْحَسَنِ الْقَطَّانُ : الْعَلاَبِيُّ : الْعَصَبُ.

“Rəvayət edilir ki, Süleyman ibn Həbib ﵀ demişdir: “Biz Əbu Umamənin yanına gəldik. O, qılınclarımızda gümüşdən bir bəzək görüb qəzəblənərək dedi: “Qılınclarında qızıl və gümüş olmayan, yalnız qalay, dəmir və dəri iplər olan bir toplum neçə-neçə fəthlər etdi”.”

Süleyman ibn Həbib
Səhihİbn Məcə, 2807 (Cihad, 55)

حَدَّثَنَا أَبُو كُرَيْبٍ ، حَدَّثَنَا ابْنُ الصَّلْتِ ، عَنِ ابْنِ أَبِي الزِّنَادِ ، عَنْ أَبِيهِ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عَبْدِ اللهِ ، عَنِ ابْنِ عَبَّاسٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ تَنَفَّلَ سَيْفَهُ ذَا الْفَقَارِ يَوْمَ بَدْرٍ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ “Zülfüqar” qılıncını Bədr döyüşündə qənimət olaraq əldə etmişdir”.”

İbn Abbas
Həsənİbn Məcə, 2808 (Cihad, 56)

Fəsil 18

Allah yolunda ox atmaq

بَابُ الرَّمْيِ فِي سَبِيلِ اللَّهِ

حَدَّثَنَا يُونُسُ بْنُ عَبْدِ الأَعْلَى ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ وَهْبٍ ، أَخْبَرَنِي عَمْرُو بْنُ الْحَارِثِ ، عَنْ سُلَيْمَانَ بْنِ عَبْدِ الرَّحْمَنِ الْقُرَشِيِّ ، عَنِ الْقَاسِمِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ عَمْرِو بْنِ عَبَسَةَ قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : مَنْ رَمَى الْعَدُوَّ بِسَهْمٍ ، فَبَلَغَ سَهْمُهُ الْعَدُوَّ ، أَصَابَ أَوْ أَخْطَأَ ، فَعَدْلُ رَقَبَةٍ.

“Rəvayət edilir ki, Amr ibn Abəsə ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Kim düşmənə bir ox atar və bu ox düşmənə çatarsa, düşmənə dəysə də, dəyməsə də, bir qul azad etmiş kimi (savab) olar”.”

Amr ibn Abəsə
Səhihİbn Məcə, 2812 (Cihad, 60)

حَدَّثَنَا يُونُسُ بْنُ عَبْدِ الأَعْلَى ، أَخْبَرَنَا عَبْدُ اللهِ بْنُ وَهْبٍ ، أَخْبَرَنِي عَمْرُو بْنُ الْحَارِثِ ، عَنْ أَبِي عَلِيٍّ الْهَمْدَانِيِّ ، أَنَّهُ سَمِعَ عُقْبَةَ بْنَ عَامِرٍ الْجُهَنِيَّ يَقُولُ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقْرَأُ عَلَى الْمِنْبَرِ : {وَأَعِدُّوا لَهُمْ مَا اسْتَطَعْتُمْ مِنْ قُوَّةٍ} أَلاَ وَإِنَّ الْقُوَّةَ الرَّمْيُ ثَلاَثَ مَرَّاتٍ.

“Rəvayət edilir ki, Uqbə ibn Amir əl-Cuhəni ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ minbərin üstündə “Düşmənlərə qarşı bacardığınız qədər qüvvə toplayın...” (əl-Ənfal, 60) ayəsini oxuduğunu və belə dediyini eşitmişəm: “Bilin ki, qüvvə ox atmaqdır”.”

Uqbə ibn Amir əl-Cuhəni
Səhihİbn Məcə, 2813 (Cihad, 61)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ ، أَخْبَرَنَا سُفْيَانُ ، عَنِ الأَعْمَشِ ، عَنْ زِيَادِ بْنِ الْحُصَيْنِ ، عَنْ أَبِي الْعَالِيَةِ ، عَنِ ابْنِ عَبَّاسٍ قَالَ : مَرَّ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ بِنَفَرٍ يَرْمُونَ فَقَالَ : رَمْيًا بَنِي إِسْمَاعِيلَ فَإِنَّ أَبَاكُمْ كَانَ رَامِيًا.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbər ﷺ ox atanların yanından keçərkən belə buyurdu: “Ox atın, ey İsmail oğulları! Həqiqətən, sizin atanız da oxatan idi”.”

İbn Abbas
Səhihİbn Məcə, 2815 (Cihad, 63)

Fəsil 19

Böyük və kiçik bayraqlar

بَابُ الرَّايَاتِ وَالأَلْوِيَةِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ عَيَّاشٍ ، عَنْ عَاصِمٍ ، عَنِ الْحَارِثِ بْنِ حَسَّانَ قَالَ : قَدِمْتُ الْمَدِينَةَ فَرَأَيْتُ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَائِمًا عَلَى الْمِنْبَرِ ، وَبِلاَلٌ قَائِمٌ بَيْنَ يَدَيْهِ مُتَقَلِّدٌ سَيْفًا ، وَإِذَا رَايَةٌ سَوْدَاءُ ، فَقُلْتُ : مَنْ هَذَا ؟ قَالُوا : هَذَا عَمْرُو بْنُ الْعَاصِ ، قَدِمَ مِنْ غَزَاةٍ.

“Rəvayət edilir ki, əl-Haris ibn Həssən ﵁ demişdir: “Mən Mədinəyə gəldikdə Peyğəmbərin ﷺ minbərdə ayaq üstə durduğunu və Bilalın onun qarşısında qılıncla dayandığını gördüm. (Onların yanında) qara bayraqlı bir adam da gördüm və dedim: “O kimdir?” Səhabələr mənə dedilər: “Bu, Amr ibn əl-Asdır, döyüşdən təzə gəlib”.”

əl-Haris ibn Həssən
Həsənİbn Məcə, 2816 (Cihad, 64)

حَدَّثَنَا الْحَسَنُ بْنُ عَلِيٍّ الْخَلاَّلُ ، وَعَبْدَةُ بْنُ عَبْدِ اللهِ قَالاَ : حَدَّثَنَا يَحْيَى بْنُ آدَمَ ، حَدَّثَنَا شَرِيكٌ ، عَنْ عَمَّارٍ الدُّهْنِيِّ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ دَخَلَ مَكَّةَ ، يَوْمَ الْفَتْحِ وَلِوَاؤُهُ أَبْيَضُ.

“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ Fəth günü Məkkəyə ağ bayraqla daxil oldu.”

Cabir ibn Abdullah
Həsənİbn Məcə, 2817 (Cihad, 65)

حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ إِسْحَاقَ الْوَاسِطِيُّ النَّاقِدُ ، حَدَّثَنَا يَحْيَى بْنُ إِسْحَاقَ ، عَنْ يَزِيدَ بْنِ حَيَّانَ قَالَ : سَمِعْتُ أَبَا مِجْلَزٍ يُحَدِّثُ ، عَنِ ابْنِ عَبَّاسٍ ، أَنَّ رَايَةَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ كَانَتْ سَوْدَاءَ وَلِوَاؤُهُ أَبْيَضُ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisinin ﷺ qara və ağ bayrağı var idi.”

İbn Abbas
Həsənİbn Məcə, 2818 (Cihad, 66)

Fəsil 20

Döyüşdə ipək və ipək qarışıqlı parça geyinmək

بَابُ لُبْسِ الْحَرِيرِ وَالدِّيبَاجِ فِي الْحَرْبِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا حَفْصُ بْنُ غِيَاثٍ ، عَنْ عَاصِمٍ الأَحْوَلِ ، عَنْ أَبِي عُثْمَانَ ، عَنْ عُمَرَ ، أَنَّهُ كَانَ يَنْهَى عَنِ الْحَرِيرِ وَالدِّيبَاجِ إِلاَّ مَا كَانَ هَكَذَا ، ثُمَّ أَشَارَ بِإِصْبَعِهِ ثُمَّ الثَّانِيَةِ ثُمَّ الثَّالِثَةِ ثُمَّ الرَّابِعَةِ ، وَقَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَنْهَانَا عَنْهُ.

“Rəvayət edilir ki, Ömər ﵁ dörd barmaqdan çox olmamaq şərti ilə ipək və ipək qarışıqlı parça geyinməyi qadağan edərdi və deyərdi: “Allah Elçisi ﷺ bunu bizə qadağan edərdi”.”

Ömər
Səhihİbn Məcə, 2820 (Cihad, 68)

Fəsil 21

Döyüşdə əmmamə geyinmək

بَابُ لُبْسِ الْعَمَائِمِ فِي الْحَرْبِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا أَبُو أُسَامَةَ ، عَنْ مُسَاوِرٍ , حَدَّثَنِي جَعْفَرُ بْنُ عَمْرِو بْنِ حُرَيْثٍ ، عَنْ أَبِيهِ قَالَ : كَأَنِّي أَنْظُرُ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ وَعَلَيْهِ عِمَامَةٌ سَوْدَاءُ ، قَدْ أَرْخَى طَرَفَيْهَا بَيْنَ كَتِفَيْهِ.

“Cəfər ibn Amr ibn Hureys atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ başında qara əmmamə, ucları da çiyninin hər iki tərəfinə sallanmış halda hələ də gözümün qabağındadır”.”

Cəfər ibn Amr ibn Hureys atasından
Səhihİbn Məcə, 2821 (Cihad, 69)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرٍ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ دَخَلَ مَكَّةَ وَعَلَيْهِ عِمَامَةٌ سَوْدَاءُ.

“Cabir ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ Məkkəyə başında qara əmmamə ilə daxil oldu.”

Cabir
Səhihİbn Məcə, 2822 (Cihad, 70)

Fəsil 22

Döyüşə gedənləri yola salmaq və onlarla vidalaşmaq

بَابُ تَشْيِيعِ الْغُزَاةِ وَوَدَاعِهِمْ

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا الْوَلِيدُ بْنُ مُسْلِمٍ ، حَدَّثَنَا ابْنُ لَهِيعَةَ ، عَنِ الْحَسَنِ بْنِ ثَوْبَانَ ، عَنْ مُوسَى بْنِ وَرْدَانَ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : وَدَّعَنِي رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَقَالَ : أَسْتَوْدِعُكَ اللَّهَ الَّذِي لاَ تَضِيعُ وَدَائِعُهُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ mənimlə vidalaşdıqda, belə buyurdu: “Səni (Özünə həvalə edilmiş) əmanətləri itməyən Allaha əmanət edirəm!””

Əbu Hureyra
Səhihİbn Məcə, 2825 (Cihad, 73)

حَدَّثَنَا عَبَّادُ بْنُ الْوَلِيدِ ، حَدَّثَنَا حَبَّانُ بْنُ هِلاَلٍ ، حَدَّثَنَا أَبُو مِحْصَنٍ ، عَنِ ابْنِ أَبِي لَيْلَى ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ إِذَا أَشْخَصَ السَّرَايَا ، يَقُولُ لِلشَّاخِصِ : أَسْتَوْدِعُ اللَّهَ دِينَكَ ، وَأَمَانَتَكَ ، وَخَوَاتِيمَ عَمَلِكَ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ döyüşə kiçik dəstə göndərərkən onlara belə deyərdi: “Sənin dinini, sədaqətini və əməllərinin aqibətini Allaha əmanət edirəm!””

İbn Ömər
Səhihİbn Məcə, 2826 (Cihad, 74)

Fəsil 23

Döyüşə göndərilən dəstələr

بَابُ السَّرَايَا

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا أَبُو عَامِرٍ ، حَدَّثَنَا سُفْيَانُ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنِ الْبَرَاءِ بْنِ عَازِبٍ قَالَ : كُنَّا نَتَحَدَّثُ أَنَّ أَصْحَابَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ كَانُوا يَوْمَ بَدْرٍ ثَلاَثَ مِئَةٍ وَبِضْعَةَ عَشَرَ ، عَلَى عِدَّةِ أَصْحَابِ طَالُوتَ ، مَنْ جَازَ مَعَهُ النَّهَرَ وَمَا جَازَ مَعَهُ إِلاَّ مُؤْمِنٌ.

“Rəvayət edilir ki, Bəra ibn Azib ﵁ demişdir: “Biz Allah Elçisinin ﷺ səhabələri Bədr döyüşü günü üç yüz on və bir neçə nəfər olduğunu danışardıq. Çayı keçən Talut və səhabələrinin sayı da bu qədər idi və onların hamısı mömin idi”.”

Bəra ibn Azib
Səhihİbn Məcə, 2828 (Cihad, 76)

Fəsil 24

Müşriklərin qazanlarında yemək

بَابُ الأَكْلِ فِي قُدُورِ الْمُشْرِكِينَ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَعَلِيُّ بْنُ مُحَمَّدٍ قَالاَ : حَدَّثَنَا وَكِيعٌ ، عَنْ سُفْيَانَ ، عَنْ سِمَاكِ بْنِ حَرْبٍ ، عَنْ قَبِيصَةَ بْنِ هُلْبٍ ، عَنْ أَبِيهِ ، قَالَ : سَأَلْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَنْ طَعَامِ النَّصَارَى فَقَالَ : لاَ يَخْتَلِجَنَّ فِي صَدْرِكَ طَعَامٌ ضَارَعْتَ فِيهِ نَصْرَانِيَّةً.

“Qabisə ibn Hulb atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Mən Allah Elçisindən ﷺ xaçpərəstlərin yeməkləri haqda soruşdum. O buyurdu: “Hər hansı bir yemək haqda sənin qəlbinə şübhə girməsin, əks təqdirdə yemək məsələsində xristianlara oxşayarsan”.”

Qabisə ibn Hulb atasından
Həsənİbn Məcə, 2830 (Cihad, 78)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا أَبُو أُسَامَةَ , حَدَّثَنِي أَبُو فَرْوَةَ يَزِيدُ بْنُ سِنَانٍ , حَدَّثَنِي عُرْوَةُ بْنُ رُوَيْمٍ اللَّخْمِيُّ ، عَنْ أَبِي ثَعْلَبَةَ الْخُشَنِيِّ ، قَالَ : وَلَقِيَهُ وَكَلَّمَهُ ، قَالَ : أَتَيْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَسَأَلْتُهُ فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، قُدُورُ الْمُشْرِكِينَ نَطْبُخُ فِيهَا ؟ قَالَ لاَ تَطْبُخُوا فِيهَا . قُلْتُ : فَإِنِ احْتَجْنَا إِلَيْهَا فَلَمْ نَجِدْ مِنْهَا بُدًّا ؟ قَالَ : فَارْحَضُوهَا رَحْضًا حَسَنًا ، ثُمَّ اطْبُخُوا وَكُلُوا.

“Rəvayət edilir ki, Sələbə əl-Huşəni ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ yanına gəlib ondan soruşdum: “Ey Allahın Elçisi, müşriklərin qazanlarında yemək bişiririk, (bu icazəlidirmi)?” O buyurdu: “Onların qazanlarında yemək bişirməyin”. Mən dedim: “Əgər başqa şey tapmayıb onların əşyalarına möhtac olsaq, onda necə?” O buyurdu: “Elə hal olduqda, onların qazanlarını yaxşı-yaxşı yuyun, sonra yemək bişirib yeyin”.”

Əbu Sələbə əl-Huşəni
Səhihİbn Məcə, 2831 (Cihad, 79)

Fəsil 25

Müşriklərdən kömək istəmək

بَابُ الاِسْتِعَانَةِ بِالْمُشْرِكِينَ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَعَلِيُّ بْنُ مُحَمَّدٍ قَالاَ : حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا مَالِكُ بْنُ أَنَسٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ يَزِيدَ ، عَنْ نِيَارٍ ، عَنْ عُرْوَةَ بْنِ الزُّبَيْرِ ، عَنْ عَائِشَةَ قَالَتْ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنَّا لاَ نَسْتَعِينُ بِمُشْرِكٍ. قَالَ عَلِيٌّ فِي حَدِيثِهِ : عَبْدُ اللهِ بْنُ يَزِيدَ أَوْ زَيْدٍ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Biz heç bir müşrikdən kömək istəmirik”.”

Aişə
Səhihİbn Məcə, 2832 (Cihad, 80)

Fəsil 26

Döyüşdə hiylə etmək

بَابُ الْخَدِيعَةِ فِي الْحَرْبِ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ نُمَيْرٍ ، حَدَّثَنَا يُونُسُ بْنُ بُكَيْرٍ ، عَنْ مُحَمَّدِ بْنِ إِسْحَاقَ ، عَنْ يَزِيدَ بْنِ رُومَانَ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : الْحَرْبُ خَدْعَةٌ.

“Aişə ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Döyüş hiylədir”.”

Aişə
Səhihİbn Məcə, 2833 (Cihad, 81)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ نُمَيْرٍ ، حَدَّثَنَا يُونُسُ بْنُ بُكَيْرٍ ، عَنْ مَطَرِ بْنِ مَيْمُونٍ ، عَنْ عِكْرِمَةَ ، عَنِ ابْنِ عَبَّاسٍ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : الْحَرْبُ خَدْعَةٌ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Döyüş hiylədir”.”

İbn Abbas
Səhihİbn Məcə, 2834 (Cihad, 82)

Fəsil 27

Döyüşçü və əldə etdikləri

بَابُ الْمُبَارَزَةِ وَالسَّلَبِ

حَدَّثَنَا يَحْيَى بْنُ حَكِيمٍ ، وَحَفْصُ بْنُ عَمْرٍو قَالاَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مَهْدِيٍّ (ح) وحَدَّثَنَا مُحَمَّدُ بْنُ إِسْمَاعِيلَ ، أَخْبَرَنَا وَكِيعٌ ، قَالاَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ أَبِي هَاشِمٍ الرُّمَّانِيِّ ، قَالَ أَبُو عَبْدِ اللهِ : هُوَ يَحْيَى بْنُ الأَسْوَدِ ، عَنْ أَبِي مِجْلَزٍ ، عَنْ قَيْسِ بْنِ عُبَادٍ قَالَ : سَمِعْتُ أَبَا ذَرٍّ يُقْسِمُ : لَنَزَلَتْ هَذِهِ الآيَةُ فِي هَؤُلاَءِ الرَّهْطِ السِّتَّةِ يَوْمَ بَدْرٍ {هَذَانِ خَصْمَانِ اخْتَصَمُوا فِي رَبِّهِمْ} ، فِي حَمْزَةَ بْنِ عَبْدِ الْمُطَّلِبِ ، وَعَلِيِّ بْنِ أَبِي طَالِبٍ ، وَعُبَيْدَةَ بْنِ الْحَارِثِ ، وَعُتْبَةَ بْنِ رَبِيعَةَ ، وَشَيْبَةَ بْنِ رَبِيعَةَ ، وَالْوَلِيدِ بْنِ عُتْبَةَ اخْتَصَمُوا فِي الْحُجَجِ يَوْمَ بَدْرٍ.

“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Bu ayə “Onlar öz Rəbbi barəsində höcətləşən iki dəstədir” (əl-Həcc, 19) Bədr döyüşü günü altı nəfərə görə nazil edilmişdir. Onlar Bədr döyüşündə mübarizə apararaq (bir-biri ilə təkbətək vuruşan) Həmzə ibn Abdul-Muttalib, Əli ibn Əbu Talib, Ubeydə ibn əl-Haris, Utbə ibn Rabia, Şeybə ibn Rabia və Vəlid ibn Utbədir”.”

Əbu Zərr
Səhihİbn Məcə, 2835 (Cihad, 83)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا أَبُو الْعُمَيْسِ ، وَعِكْرِمَةُ بْنُ عَمَّارٍ ، عَنْ إِيَاسِ بْنِ سَلَمَةَ بْنِ الأَكْوَعِ ، عَنْ أَبِيهِ قَالَ : بَارَزْتُ رَجُلاً فَقَتَلْتُهُ ، فَنَفَّلَنِي رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ سَلَبَهُ.

“İyas ibn Sələmə ibn əl-Əkva atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Mən bir (kafirlə) döyüşərək onu öldürdüm. Allah Elçisi ﷺ də onun yanında olan (döyüş) əşyalarını mənə verdi”.”

İyas ibn Sələmə ibn əl-Əkva atasından
Səhihİbn Məcə, 2836 (Cihad, 84)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الصَّبَّاحِ ، أَخْبَرَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنْ عُمَرَ بْنِ كَثِيرِ بْنِ أَفْلَحَ ، عَنْ أَبِي مُحَمَّدٍ ، مَوْلَى أَبِي قَتَادَةَ ، عَنْ أَبِي قَتَادَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ نَفَّلَهُ سَلَبَ قَتِيلٍ قَتَلَهُ يَوْمَ حُنَيْنٍ.

“Əbu Qatədə ﵁ rəvayət edir ki, Huneyn döyüşü günü onun öldürdüyü (kafirin döyüş) əşyalarını Allah Elçisi ﷺ ona vermişdir.”

Əbu Qatədə
Səhihİbn Məcə, 2837 (Cihad, 85)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، حَدَّثَنَا أَبُو مَالِكٍ الأَشْجَعِيُّ ، عَنْ نُعَيْمِ بْنِ أَبِي هِنْدٍ ، عَنِ ابْنِ سَمُرَةَ بْنِ جُنْدَبٍ ، عَنْ أَبِيهِ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ قَتَلَ فَلَهُ السَّلَبُ.

“İbn Səmura ibn Cundəb atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim (döyüşdə olan bir kafiri) öldürərsə, onun yanında olan əşyaları öldürənindir”.”

İbn Səmura ibn Cundəb atasından
Səhihİbn Məcə, 2838 (Cihad, 86)

Fəsil 28

Hücum etmək, gecə basqın etmək, qadın və uşaqları öldürmək

بَابُ الْغَارَةِ ، وَالْبَيَاتِ ، وَقَتْلِ النِّسَاءِ ، وَالصِّبْيَانِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عَبْدِ اللهِ ، عَنِ ابْنِ عَبَّاسٍ ، حَدَّثَنَا الصَّعْبُ بْنُ جَثَّامَةَ ، قَالَ : سُئِلَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، عَنْ أَهْلِ الدَّارِ مِنَ الْمُشْرِكِينَ يُبَيَّتُونَ ، فَيُصَابُ النِّسَاءُ وَالصِّبْيَانُ قَالَ : هُمْ مِنْهُمْ.

“Rəvayət edilir ki, əs-Sab ibn Cəssəmə ﵁ demişdir: “Bir dəfə Peyğəmbərə ﷺ belə bir sual verildi: “Müşriklərin ailələri olan yerlərə gecə vaxtı basqın edilir, onların qadınları və uşaqları (qaranlıq olduğuna görə) zərər görürlər”. Peyğəmbər ﷺ buyurdu: “Onlar da onlardandır”.”

əs-Sab ibn Cəssəmə
Səhihİbn Məcə, 2839 (Cihad, 87)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ إِسْمَاعِيلَ ، أَخْبَرَنَا وَكِيعٌ ، عَنْ عِكْرِمَةَ بْنِ عَمَّارٍ ، عَنْ إِيَاسِ بْنِ سَلَمَةَ بْنِ الأَكْوَعِ ، عَنْ أَبِيهِ قَالَ : غَزَوْنَا مَعَ أَبِي بَكْرٍ هَوَازِنَ ، عَلَى عَهْدِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَأَتَيْنَا مَاءً لِبَنِي فَزَارَةَ فَعَرَّسْنَا حَتَّى إِذَا كَانَ عِنْدَ الصُّبْحِ شَنَنَّاهَا عَلَيْهِمْ غَارَةً ، فَأَتَيْنَا أَهْلَ مَاءٍ فَبَيَّتْنَاهُمْ ، فَقَتَلْنَاهُمْ تِسْعَةً أَوْ سَبْعَةَ أَبْيَاتٍ.

“İyas ibn Sələmə ibn əl-Əkva atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Peyğəmbərin ﷺ dövründə biz Əbu Bəkrin başçılığı altında Həvazin döyüşünə getdik və Bəni Fəzəra tayfasına aid bir su olan yerə çatıb gecənin sonunda orada gecələdik. Sübh vaxtı olduqda onlara basqın etdik. Sonra biz başqa bir su olan yerə basqın etdik və doqquz və ya yeddi nəfəri öldürdük”.”

İyas ibn Sələmə ibn əl-Əkva atasından
Həsənİbn Məcə, 2840 (Cihad, 88)

حَدَّثَنَا يَحْيَى بْنُ حَكِيمٍ ، حَدَّثَنَا عُثْمَانُ بْنُ عُمَرَ ، أَخْبَرَنَا مَالِكُ بْنُ أَنَسٍ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، رَأَى امْرَأَةً مَقْتُولَةً فِي بَعْضِ الطَّرِيقِ فَنَهَى عَنْ قَتْلِ النِّسَاءِ ، وَالصِّبْيَانِ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ (Məkkənin fəthi vaxtı) yolda öldürülmüş bir qadın meyiti gördü. Bundan sonra qadınları və uşaqları öldürməyi qadağan etdi.”

İbn Ömər
Səhihİbn Məcə, 2841 (Cihad, 89)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنْ سُفْيَانَ ، عَنْ أَبِي الزِّنَادِ ، عَنِ الْمُرَقَّعِ بْنِ عَبْدِ اللهِ بْنِ صَيْفِيٍّ ، عَنْ حَنْظَلَةَ الْكَاتِبِ ، قَالَ : غَزَوْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَمَرَرْنَا عَلَى امْرَأَةٍ مَقْتُولَةٍ ، قَدِ اجْتَمَعَ عَلَيْهَا النَّاسُ ، فَأَفْرَجُوا لَهُ ، فَقَالَ : مَا كَانَتْ هَذِهِ تُقَاتِلُ فِيمَنْ يُقَاتِلُ ثُمَّ قَالَ لِرَجُلٍ : انْطَلِقْ إِلَى خَالِدِ بْنِ الْوَلِيدِ ، فَقُلْ لَهُ : إِنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَأْمُرُكَ ، يَقُولُ : لاَ تَقْتُلَنَّ ذُرِّيَّةً ، وَلاَ عَسِيفًا.

“Rəvayət edilir ki, Hanzalə əl-Katib ﵁ demişdir: “Biz Allah Elçisi ﷺ birlikdə bir döyüşdə idik. Sonra ətrafında camaatın toplaşdığı bir qadın meyitinə rast gəldik. Camaat Allah Elçisinə ﷺ görə dağılışdı. Allah Elçisi ﷺ buyurdu: “Bu qadın döyüşənlər içində deyildi”. Sonra da bir kişiyə dedi: “Xalid ibn Validin yanına get və ona de ki, Allah Elçisi ﷺ əmr edərək deyir: “Heç bir qadını və fəhləni öldürmə!””

Hanzalə əl-Katib
Səhihİbn Məcə, 2842 (Cihad, 90)

Fəsil 29

Düşmən torpaqlarını yandırmaq

بَابُ التَّحْرِيقِ ، بِأَرْضِ الْعَدُوِّ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ ، أَخْبَرَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ حَرَّقَ نَخْلَ بَنِي النَّضِيرِ ، وَقَطَعَ ، وَهِيَ الْبُوَيْرَةُ ، فَأَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ {مَا قَطَعْتُمْ مِنْ لِينَةٍ ، أَوْ تَرَكْتُمُوهَا قَائِمَةً} الآيَةَ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ əl-Buveyra adlı yerdə, Bəni Nədir tayfasına məxsus olan yaş xurma ağaclarını yandırtdırdı və kəsdirdi. Allah ﷿ da bu ayəni nazil etdi: “Xurma ağaclarını kəsməyiniz, yaxud onları kökü üstündə salamat qoymağınız Allahın izni ilədir və Onun fasiqləri rəzil etməsi üçündür” (əl-Həşr, 5)”.”

İbn Ömər
Səhihİbn Məcə, 2844 (Cihad, 92)

حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ سَعِيدٍ ، حَدَّثَنَا عُقْبَةُ بْنُ خَالِدٍ ، عَنْ عُبَيْدِ اللهِ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ حَرَّقَ نَخْلَ بَنِي النَّضِيرِ وَقَطَعَ وَفِيهِ يَقُولُ شَاعِرُهُمْ : فَهَانَ عَلَى سَرَاةِ بَنِي لُؤَيٍّ ... حَرِيقٌ بِالْبُوَيْرَةِ مُسْتَطِيرُ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ Bəni Nədir tayfasına məxsus olan yaş xurma ağaclarını yandırtdırdı və kəsdirdi. Şair onların halı haqda deyirdi: əl-Buveyra adlı yerdə baş verən yanğın, Qureyşin şərəflisi (Peyğəmbər ﷺ) üçün asan gəldi”.”

İbn Ömər
Səhihİbn Məcə, 2845 (Cihad, 93)

Fəsil 30

Əsirləri fidyə əvəzində xilas etmək

بَابُ فِدَاءِ الأُسَارَى

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، وَمُحَمَّدُ بْنُ إِسْمَاعِيلَ ، قَالاَ حَدَّثَنَا وَكِيعٌ ، عَنْ عِكْرِمَةَ بْنِ عَمَّارٍ ، عَنْ إِيَاسِ بْنِ سَلَمَةَ بْنِ الأَكْوَعِ ، عَنْ أَبِيهِ ، قَالَ : غَزَوْنَا مَعَ أَبِي بَكْرٍ هَوَازِنَ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَنَفَّلَنِي جَارِيَةً مِنْ بَنِي فَزَارَةَ مِنْ أَجْمَلِ الْعَرَبِ ، عَلَيْهَا قَشْعٌ لَهَا ، فَمَا كَشَفْتُ لَهَا عَنْ ثَوْبٍ ، حَتَّى أَتَيْتُ الْمَدِينَةَ ، فَلَقِيَنِي النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِي السُّوقِ ، فَقَالَ : لِلَّهِ أَبُوكَ هَبْهَا لِي فَوَهَبْتُهَا لَهُ ، فَبَعَثَ بِهَا ، فَفَادَى بِهَا أُسَارَى مِنْ أُسَارَى الْمُسْلِمِينَ كَانُوا بِمَكَّةَ.

“İyas ibn Sələmə ibn əl-Əkva atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Biz Allah Elçisinin ﷺ dövründə Əbu Bəkrlə birlikdə Həvazin döyüşündə iştirak edirdik. Əbu Bəkr Bəni Fəzara tayfasından olan ərəblərin ən gözəllərindən olan gənc bir qızı qənimət kimi mənə verdi. Qızın əynində köhnə bir kürk var idi. Mən o qıza Mədinəyə gələnədək toxunmadım. Bazarda Peyğəmbər ﷺ mənimlə rastlaşdı və buyurdu: “O qızı mənə hədiyyə et”. Mən də qızı ona hədiyyə etdim. Peyğəmbər ﷺ də o qızı Məkkəyə göndərərək əsirlikdə olan müsəlmanları azad etmək üçün fidyə olaraq verdi”.”

İyas ibn Sələmə ibn əl-Əkva atasından
Həsənİbn Məcə, 2846 (Cihad, 94)

Fəsil 31

Düşmən müsəlmanın malını götürdükdən sonra məğlub olduğu təqdirdə o malın hökmü

بَابُ مَا أَحْرَزَ الْعَدُوُّ ، ثُمَّ ظَهَرَ عَلَيْهِ الْمُسْلِمُونَ

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ نُمَيْرٍ ، عَنْ عُبَيْدِ اللهِ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، قَالَ : ذَهَبَتْ فَرَسٌ لَهُ ، فَأَخَذَهَا الْعَدُوُّ ، فَظَهَرَ عَلَيْهِمُ الْمُسْلِمُونَ ، فَرُدَّ عَلَيْهِ فِي زَمَنِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ. قَالَ : وَأَبَقَ عَبْدٌ لَهُ ، فَلَحِقَ بِالرُّومِ ، فَظَهَرَ عَلَيْهِمُ الْمُسْلِمُونَ ، فَرَدَّهُ عَلَيْهِ خَالِدُ بْنُ الْوَلِيدِ بَعْدَ وَفَاةِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ.

“Rəvayət edilir ki, İbn Ömərin ﵄ atı düşmən tərəfə qaçdı və düşmən o atı götürdü. Sonra müsəlmanlar düşməni məğlub etdilər. Allah Elçisi ﷺ də həmin vaxt o atı yiyəsinə qaytardı. ...İbn Ömər deyir ki, onun bir köləsi qaçıb rumluların yanına getdi, sonra müsəlmanlar rumluları məğlub etdilər və Xalid ibn Valid köləni ona geri qaytardı. Bu hadisə Allah Elçisinin ﷺ vəfatından sonra baş vermişdir.”

İbn Ömər
Səhihİbn Məcə, 2847 (Cihad, 95)

Fəsil 32

Döyüşdə götürülən qənimətdən oğurluq etmək

بَابُ الْغُلُولِ

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ عَمْرِو بْنِ دِينَارٍ ، عَنْ سَالِمِ بْنِ أَبِي الْجَعْدِ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو ، قَالَ : كَانَ عَلَى ثَقَلِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ رَجُلٌ يُقَالُ لَهُ كِرْكِرَةُ فَمَاتَ ، فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : هُوَ فِي النَّارِ فَذَهَبُوا يَنْظُرُونَ ، فَوَجَدُوا عَلَيْهِ كِسَاءً أَوْ عَبَاءَةً ، قَدْ غَلَّهَا.

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Peyğəmbərin ﷺ yolda istifadə etdiyi əşyaları qoruyan Kirkira adlı bir kişi var idi. Bir gün bu kişi vəfat etdikdə Peyğəmbər ﷺ buyurdu: “O, Cəhənnəmdədir”. Səhabələr bunun səbəbini öyrənmək üçün gedib onu yoxladıqda üzərində qənimət malından oğurladığı bir libas və ya bir əba tapdılar”.”

Abdullah ibn Amr
Səhihİbn Məcə, 2849 (Cihad, 97)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا أَبُو أُسَامَةَ ، عَنْ أَبِي سِنَانٍ عِيسَى بْنِ سِنَانٍ ، عَنْ يَعْلَى بْنِ شَدَّادٍ ، عَنْ عُبَادَةَ بْنِ الصَّامِتِ ، قَالَ : صَلَّى بِنَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَوْمَ حُنَيْنٍ ، إِلَى جَنْبِ بَعِيرٍ مِنَ الْمَقَاسِمِ ، ثُمَّ تَنَاوَلَ شَيْئًا مِنَ الْبَعِيرِ ، فَأَخَذَ مِنْهُ قَرَدَةً ، يَعْنِي وَبَرَةً ، فَجَعَلَ بَيْنَ إِصْبَعَيْهِ ، ثُمَّ قَالَ : يَا أَيُّهَا النَّاسُ إِنَّ هَذَا مِنْ غَنَائِمِكُمْ ، أَدُّوا الْخَيْطَ ، وَالْمِخْيَطَ ، فَمَا فَوْقَ ذَلِكَ ، وَمَا دُونَ ذَلِكَ ، فَإِنَّ الْغُلُولَ عَارٌ ، عَلَى أَهْلِهِ يَوْمَ الْقِيَامَةِ ، وَشَنَارٌ وَنَارٌ.

“Rəvayət edilir ki, Ubadə ibn əs-Samit ﵁ demişdir: “Allah Elçisi ﷺ Huneyn döyüşü günü qənimət malından olan bir dəvənin yanında bizə namaz qıldırdı. Namazdan sonra dəvədən bir tük götürüb barmaqlarının arasına qoydu və buyurdu: “Ey insanlar! Şübhəsiz, bu (tük belə) sizin qənimətlərinizdəndir. İpi, iynəni, bundan daha dəyərli və daha dəyərsiz olanı (mənə təhvil) verin, çünki qənimət malından bir şey oğurlamaq bunu edənə bir utanc, biyabırçılıq və oddur”.”

Ubadə ibn əs-Samit
Səhihİbn Məcə, 2850 (Cihad, 98)

Fəsil 33

Mücahidə qənimətdən verilən paydan artıq verilən

بَابُ النَّفْلِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَعَلِيُّ بْنُ مُحَمَّدٍ ، قَالاَ : حَدَّثَنَا وَكِيعٌ ، عَنْ سُفْيَانَ ، عَنْ يَزِيدَ بْنِ يَزِيدَ بْنِ جَابِرٍ ، عَنْ مَكْحُولٍ ، عَنْ زَيْدِ بْنِ جَارِيَةَ ، عَنْ حَبِيبِ بْنِ مَسْلَمَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ نَفَّلَ الثُّلُثَ بَعْدَ الْخُمُسِ.

“Həbib ibn Məsləmə ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ qənimətdən beşdəbir hissəni çıxardıqdan sonra qalan üçdəbir hissəni əlavə olaraq mücahidlərə verdi.”

Həbib ibn Məsləmə
Səhihİbn Məcə, 2851 (Cihad, 99)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا أَبُو الْحُسَيْنِ ، أَخْبَرَنَا رَجَاءُ بْنُ أَبِي سَلَمَةَ ، حَدَّثَنَا عَمْرُو بْنُ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، قَالَ : لاَ نَفَلَ بَعْدَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، يَرُدُّ الْمُسْلِمُونَ ، قَوِيُّهُمْ عَلَى ضَعِيفِهِمْ.

“Amr ibn Şueyb atasının və babasının ﵄ belə dediyini rəvayət etmişdir: “Allahın Elçisindən ﷺ sonra döyüşçülərə qənimət payından əlavə pay yoxdur. Müsəlmanların qüvvətliləri ilə zəiflərinə bərabər şəkildə pay düşür”.”

Amr ibn Şueyb atasından və babasından
Səhihİbn Məcə, 2853 (Cihad, 101)

Fəsil 34

Qənimətlərin bölüşdürülməsi

بَابُ قِسْمَةِ الْغَنَائِمِ

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عُمَرَ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَسْهَمَ يَوْمَ خَيْبَرَ لِلْفَارِسِ ثَلاَثَةَ أَسْهُمٍ ؛ لِلْفَرَسِ سَهْمَانِ ، وَلِلرَّجُلِ سَهْمٌ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ Xeybər döyüşü günü qənimətdən atlıya üç pay: at üçün iki, adam üçün bir pay verdi.”

İbn Ömər
Səhihİbn Məcə, 2854 (Cihad, 102)

Fəsil 35

Kölələr və qadınlar döyüş vaxtı müsəlmanların yanlarında olurlar

بَابُ الْعَبِيدِ وَالنِّسَاءِ يَشْهَدُونَ مَعَ الْمُسْلِمِينَ

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا هِشَامُ بْنُ سَعْدٍ ، عَنْ مُحَمَّدِ بْنِ زَيْدِ بْنِ مُهَاجِرِ بْنِ قُنْفُذٍ ، قَالَ : سَمِعْتُ عُمَيْرًا ، مَوْلَى آبِي اللَّحْمِ ، قَالَ وَكِيعٌ : كَانَ لاَ يَأْكُلُ اللَّحْمَ ، قَالَ : غَزَوْتُ مَعَ مَوْلاَيَ ، يَوْمَ خَيْبَرَ ، وَأَنَا مَمْلُوكٌ ، فَلَمْ يَقْسِمْ لِي مِنَ الْغَنِيمَةِ ، وَأُعْطِيتُ ، مِنْ خُرْثِيِّ الْمَتَاعِ سَيْفًا ، وَكُنْتُ أَجُرُّهُ إِذَا تَقَلَّدْتُهُ.

“Rəvayət edilir ki, Əbul-Ləhmin köləlikdən azad etdiyi Umeyr ﵁ demişdir: “Mən kölə olanda ağamla birlikdə Xeybər döyüşündə iştirak etdim, lakin qənimətdən mənə pay ayrılmadı, sadəcə adi bir qılınc verildi. O qılıncı götürəndə (boyumun kiçik, yaşımın az olduğuna görə) yerlə sürüyürdüm”. Ravi Vaki deyir: “Əbul-Ləhm ət yemədiyinə görə ona belə ləqəb qoymuşdular”.”

Umeyr
Həsənİbn Məcə, 2855 (Cihad, 103)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا عَبْدُ الرَّحِيمِ بْنُ سُلَيْمَانَ ، عَنْ هِشَامٍ ، عَنْ حَفْصَةَ بِنْتِ سِيرِينَ ، عَنْ أُمِّ عَطِيَّةَ الأَنْصَارِيَّةِ ، قَالَتْ : غَزَوْتُ مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ سَبْعَ غَزَوَاتٍ ، أَخْلُفُهُمْ فِي رِحَالِهِمْ ، وَأَصْنَعُ لَهُمُ الطَّعَامَ ، وَأُدَاوِي الْجَرْحَى ، وَأَقُومُ عَلَى الْمَرْضَى.

“Rəvayət edilir ki, Ummu Atiyyə əl-Ənsari ﵂ demişdir: “Mən Allah Elçisi ﷺ ilə birlikdə yeddi döyüşdə iştirak etmişəm. Mən onların əşyalarına nəzarət edər, yaralıları müalicə edər və xəstələrə xidmət edərdim”.”

Ummu Atiyyə
Səhihİbn Məcə, 2856 (Cihad, 104)

Fəsil 36

Rəhbərin döyüşçülərə tövsiyəsi

بَابُ وَصِيَّةِ الإِمَامِ

حَدَّثَنَا الْحَسَنُ بْنُ عَلِيٍّ الْخَلاَّلُ ، حَدَّثَنَا أَبُو أُسَامَةَ , حَدَّثَنِي عَطِيَّةُ بْنُ الْحَارِثِ أَبُو رُوقٍ الْهَمْدَانِيُّ , حَدَّثَنِي أَبُو الْغَرِيفِ عُبَيْدُ اللهِ بْنُ خَلِيفَةَ ، عَنْ صَفْوَانَ بْنِ عَسَّالٍ ، قَالَ : بَعَثَنَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِي سَرِيَّةٍ فَقَالَ : سِيرُوا بِاسْمِ اللهِ ، وَفِي سَبِيلِ اللهِ ، قَاتِلُوا مَنْ كَفَرَ بِاللَّهِ ، وَلاَ تَمْثُلُوا ، وَلاَ تَغْدِرُوا ، وَلاَ تَغُلُّوا ، وَلاَ تَقْتُلُوا وَلِيدًا.

“Rəvayət edilir ki, Safvan ibn Assal ﵁ demişdir: “Allah Elçisi ﷺ bizi bir dəstədə döyüşə göndərərkən belə buyurdu: “Allahın adı ilə və Allah yolunda gedin! Allaha küfr edənlərlə döyüşün, lakin düşməni (öldürdükdən sonra) əzalarını kəsməyin, əhdinizi (varsa) pozmayın, qənimət malına xəyanət etməyin və uşaqları öldürməyin”.”

Safvan ibn Assal
Səhihİbn Məcə, 2857 (Cihad, 105)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ يُوسُفَ الْفِرْيَابِيُّ ، حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَلْقَمَةَ بْنِ مَرْثَدٍ ، عَنِ ابْنِ بُرَيْدَةَ ، عَنْ أَبِيهِ ، قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، إِذَا أَمَّرَ رَجُلاً عَلَى سَرِيَّةٍ ، أَوْصَاهُ فِي خَاصَّةِ نَفْسِهِ ، بِتَقْوَى اللهِ ، وَمَنْ مَعَهُ مِنَ الْمُسْلِمِينَ خَيْرًا ، فَقَالَ : اغْزُوا بِاسْمِ اللهِ ، وَفِي سَبِيلِ اللهِ ، قَاتِلُوا مَنْ كَفَرَ بِاللَّهِ ، اغْزُوا وَلاَ تَغْدِرُوا ، وَلاَ تَغُلُّوا ، وَلاَ تَمْثُلُوا ، وَلاَ تَقْتُلُوا وَلِيدًا ، وَإِذَا أَنْتَ لَقِيتَ عَدُوَّكَ مِنَ الْمُشْرِكِينَ ، فَادْعُهُمْ إِلَى إِحْدَى ثَلاَثِ خِلاَلٍ : أَوْ خِصَالٍ ، فَأَيَّتُهُنَّ أَجَابُوكَ إِلَيْهَا ، فَاقْبَلْ مِنْهُمْ ، وَكُفَّ عَنْهُمْ ، ادْعُهُمْ إِلَى الإِسْلاَمِ ، فَإِنْ أَجَابُوكَ ، فَاقْبَلْ مِنْهُمْ ، وَكُفَّ عَنْهُمْ ، ثُمَّ ادْعُهُمْ إِلَى التَّحَوُّلِ ، مِنْ دَارِهِمْ إِلَى دَارِ الْمُهَاجِرِينَ ، وَأَخْبِرْهُمْ أَنَّهُمْ إِنْ فَعَلُوا ذَلِكَ ، أَنَّ لَهُمْ مَا لِلْمُهَاجِرِينَ ، وَأَنَّ عَلَيْهِمْ مَا عَلَى الْمُهَاجِرِينَ ، وَإِنْ أَبَوْا ، فَأَخْبِرْهُمْ أَنَّهُمْ يَكُونُونَ كَأَعْرَابِ الْمُسْلِمِينَ ، يَجْرِي عَلَيْهِمْ حُكْمُ اللهِ ، الَّذِي يَجْرِي عَلَى الْمُؤْمِنِينَ ، وَلاَ يَكُونُ لَهُمْ فِي الْفَيْءِ ، وَالْغَنِيمَةِ شَيْءٌ ، إِلاَّ أَنْ يُجَاهِدُوا مَعَ الْمُسْلِمِينَ ، فَإِنْ هُمْ أَبَوْا ، أَنْ يَدْخُلُوا فِي الإِسْلاَمِ ، فَسَلْهُمْ إِعْطَاءَ الْجِزْيَةِ ، فَإِنْ فَعَلُوا ، فَاقْبَلْ مِنْهُمْ وَكُفَّ عَنْهُمْ ، فَإِنْ هُمْ أَبَوْا ، فَاسْتَعِنْ بِاللَّهِ عَلَيْهِمْ ، وَقَاتِلْهُمْ ، وَإِنْ حَاصَرْتَ حِصْنًا ، فَأَرَادُوكَ أَنْ تَجْعَلَ لَهُمْ ذِمَّةَ اللهِ ، وَذِمَّةَ نَبِيِّكَ ، فَلاَ تَجْعَلْ لَهُمْ ذِمَّةَ اللهِ ، وَلاَ ذِمَّةَ نَبِيِّكَ ، وَلَكِنِ اجْعَلْ لَهُمْ ذِمَّتَكَ ، وَذِمَّةَ أَبِيكَ ، وَذِمَّةَ أَصْحَابِكَ ، فَإِنَّكُمْ إِنْ تُخْفِرُوا ذِمَّتَكُمْ ، وَذِمَّةَ آبَائِكُمْ ، أَهْوَنُ عَلَيْكُمْ مِنْ أَنْ تُخْفِرُوا ذِمَّةَ اللهِ ، وَذِمَّةَ رَسُولِهِ ، وَإِنْ حَاصَرْتَ حِصْنًا ، فَأَرَادُوكَ أَنْ يَنْزِلُوا عَلَى حُكْمِ اللهِ ، فَلاَ تُنْزِلْهُمْ عَلَى حُكْمِ اللهِ ، وَلَكِنْ أَنْزِلْهُمْ عَلَى حُكْمِكَ ، فَإِنَّكَ لاَ تَدْرِي أَتُصِيبُ فِيهِمْ حُكْمَ اللهِ ، أَمْ لاَ. قَالَ عَلْقَمَةُ : فَحَدَّثْتُ بِهِ مُقَاتِلَ بْنَ حَيَّانَ ، فَ, حَدَّثَنِي مُسْلِمُ بْنُ هَيْصَمٍ ، عَنِ النُّعْمَانِ بْنِ مُقَرِّنٍ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ مِثْلَ ذَلِكَ.

“İbn Bureydə atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ bir dəstəyə rəhbər təyin etdikdə ona öz canı üçün Allahdan qorxmağı və yanında olan müsəlmanlarla yaxşı davranmağı əmr edərək buyurardı: “Allahın adı ilə və Allah yolunda gedin! Allaha küfr edənlərlə döyüşün, lakin düşmənin bədənin bir hissəsini kəsməyin, əhdinizi (varsa) onu pozmayın, qənimət malına xəyanət etməyin və uşaqları öldürməyin. Müşriklərdən olan düşmənlərinlə qarşılaşdığın vaxt onlara bu üç seçimdən birini təklif et. Bunlardan hansını qəbul edərlərsə, bunu onlardan qəbul et və onlara hücum etmə. Onları İslama çağır. Əgər müsəlman olmaq istəsələr, bunu onlardan qəbul et və onlara toxunma. Sonra onları öz məskənlərindən mühacirlərin yurduna (Mədinəyə) köçməyə dəvət et və onlara bu vəziyyəti bildir; əgər (Mədinəyə köçərlərsə) mühacirlər üçün (savab və qənimətdən) olan pay onlar üçün də var. Bunun əvəzinə (döyüşə getmək) məsuliyyəti onların da üzərinə düşür. Əgər (Mədinəyə köçməkdən) imtina edərlərsə, onlara bunu bildir; bu halda onlar müsəlmanların bədəviləri kimi sayılırlar. Möminlərə tətbiq edilən Allahın hökmü onlara da tətbiq edilir və müsəlmanlarla birgə cihad etmələrindən başqa onlara döyüşsüz və döyüşlə alınan qənimətdən heç nə düşmür. Əgər onlar İslam dinini qəbul etməkdən imtina etsələr, onlardan cizyə (vergisini) vermələrini istə. Cizyə verməyi qəbul etsələr, bunu onlardan qəbul et və onlara toxunma. Əgər onlar bundan imtina etsələr, onların əleyhinə Allahdan kömək istə və onlarla döyüş. Sən bir qalanı mühasirəyə alar və qaladakılar səndən özləri üçün Allahın və sənin Peyğəmbərinin əhdini istəsələr, onlara Allahın və sənin Peyğəmbərinin əhdini vermə! Onlara öz əhdini, atanın və yoldaşlarının əhdini ver, çünki sizin öz əhdinizi və atalarınızın əhdizini pozmağınız Allahın və Onun Elçisinin əhdini pozmağınızdan (günah baxımından) daha yüngüldür. Əgər sən bir qalanı mühasirəyə alar, qaladakılar da səndən Allahın hökmünə tabe olmağı istəsələr, onlara Allahın hökmünü tətbiq etməyə razı olma, onlara öz hökmünü tətbiq et, çünki sən onlar üçün verəcəyin hökmdə Allahın hökmünə uyğun qərar verəcəyini bilə bilməzsən”. Ravi Alqamə deyir: “Mən bu hədisi Muqatil ibn Həyyana danışdım. Muqatil dedi: “Muslim ibn Heysam mənə bunun eynisinin Numan ibn Muqarrinin vasitəsilə Peyğəmbərdən ﷺ rəvayət etmişdir”.”

İbn Bureydə atasından
Səhihİbn Məcə, 2858 (Cihad, 106)

Fəsil 37

Rəhbərə itaət etmək

بَابُ طَاعَةِ الإِمَامِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَعَلِيُّ بْنُ مُحَمَّدٍ قَالاَ : حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا الأَعْمَشُ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ أَطَاعَنِي ، فَقَدْ أَطَاعَ اللَّهَ ، وَمَنْ عَصَانِي ، فَقَدْ عَصَى اللَّهَ ، وَمَنْ أَطَاعَ الإِمَامَ ، فَقَدْ أَطَاعَنِي ، وَمَنْ عَصَى الإِمَامَ ، فَقَدْ عَصَانِي.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim mənə itaət edərsə, Allah itaət etmiş olar. Kim mənə asi olarsa, Allaha asi olmuş olar. Kim rəhbərə itaət edərsə, mənə itaət etmiş olar. Kim rəhbərə asi olarsa, mənə asi olmuş olar”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2859 (Cihad, 107)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، وَأَبُو بِشْرٍ بَكْرُ بْنُ خَلَفٍ ، قَالاَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، حَدَّثَنَا شُعْبَةُ , حَدَّثَنِي أَبُو التَّيَّاحِ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : اسْمَعُوا وَأَطِيعُوا ، وَإِنِ اسْتُعْمِلَ عَلَيْكُمْ عَبْدٌ حَبَشِيٌّ ، كَأَنَّ رَأْسَهُ زَبِيبَةٌ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Üzərinizə təyin edilən rəhbər (vali, sərkərdə) başı quru üzüm kimi bir həbəşi kölə olsa belə, onu eşidin və itaət edin!””

Ənəs ibn Malik
Səhihİbn Məcə, 2860 (Cihad, 108)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا وَكِيعُ بْنُ الْجَرَّاحِ ، عَنْ شُعْبَةَ ، عَنْ يَحْيَى بْنِ الْحُصَيْنِ ، عَنْ جَدَّتِهِ أُمِّ الْحُصَيْنِ ، قَالَتْ : سَمِعْتُ رَسُول اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : إِنْ أُمِّرَ عَلَيْكُمْ عَبْدٌ حَبَشِيٌّ مُجَدَّعٌ ، فَاسْمَعُوا لَهُ وَأَطِيعُوا ، مَا قَادَكُمْ بِكِتَابِ اللَّهِ.

“Rəvayət edilir ki, Ummul-Husayn ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Üzərinizə təyin edilən rəhbər burnu və qulağı kəsik bir həbəşi kölə olsa belə, sizi Allahın Kitabı ilə idarə etdiyi müddətdə onu eşidin və itaət edin!””

Ummul-Husayn
Səhihİbn Məcə, 2861 (Cihad, 109)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، حَدَّثَنَا شُعْبَةُ ، عَنْ أَبِي عِمْرَانَ الْجَوْنِيِّ ، عَنْ عَبْدِ اللهِ بْنِ الصَّامِتِ ، عَنْ أَبِي ذَرٍّ ، أَنَّهُ انْتَهَى إِلَى الرَّبَذَةِ ، وَقَدْ أُقِيمَتِ الصَّلاَةُ ، فَإِذَا عَبْدٌ يَؤُمُّهُمْ ، فَقِيلَ هَذَا أَبُو ذَرٍّ ، فَذَهَبَ يَتَأَخَّرُ ، فَقَالَ أَبُو ذَرٍّ : أَوْصَانِي خَلِيلِي صَلَّى الله عَليْهِ وسَلَّمَ أَنْ أَسْمَعَ وَأُطِيعَ ، وَإِنْ كَانَ عَبْدًا حَبَشِيًّا مُجَدَّعَ الأَطْرَافِ.

“Rəvayət edilir ki, Əbu Zərr ﵁ ər-Rabəzəyə gəldi. Bu əsnada namaza iqamə verildi və bir kölə namaz qıldırmağa hazırlaşdı. “Bu gələn Əbu Zərdir” deyildikdə həmin kölə geri çəkilməyə başladı. Əbu Zərr dedi: “Rəhbər əzası kəsilmiş həbəşi bir kölə olsa belə, onun əmrlərini eşitməyimi və itaət etməyimi mənə dostum ﷺ tövsiyə etmişdir”.”

Əbu Zərr
Səhihİbn Məcə, 2862 (Cihad, 110)

Fəsil 38

Allaha asilikdə rəhbərə itaət yoxdur

بَابُ لاَ طَاعَةَ فِي مَعْصِيَةِ اللَّهِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَمْرٍو ، عَنْ عُمَرَ بْنِ الْحَكَمِ بْنِ ثَوْبَانَ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ بَعَثَ عَلْقَمَةَ بْنَ مُجَزِّزٍ عَلَى بَعْثٍ ، وَأَنَا فِيهِمْ ، فَلَمَّا انْتَهَى إِلَى رَأْسِ غَزَاتِهِ ، أَوْ كَانَ بِبَعْضِ الطَّرِيقِ ، اسْتَأْذَنَتْهُ طَائِفَةٌ مِنَ الْجَيْشِ ، فَأَذِنَ لَهُمْ ، وَأَمَّرَ عَلَيْهِمْ عَبْدَ اللهِ بْنَ حُذَافَةَ بْنِ قَيْسٍ السَّهْمِيَّ ، فَكُنْتُ فِيمَنْ غَزَا مَعَهُ ، فَلَمَّا كَانَ بِبَعْضِ الطَّرِيقِ ، أَوْقَدَ الْقَوْمُ نَارًا لِيَصْطَلُوا ، أَوْ لِيَصْنَعُوا عَلَيْهَا صَنِيعًا ، فَقَالَ عَبْدُ اللهِ : وَكَانَتْ فِيهِ دُعَابَةٌ : أَلَيْسَ لِي عَلَيْكُمُ السَّمْعُ وَالطَّاعَةُ ؟ قَالُوا : بَلَى ، قَالَ : فَمَا أَنَا بِآمِرِكُمْ بِشَيْءٍ ، إِلاَّ صَنَعْتُمُوهُ ؟ قَالُوا : نَعَمْ ، قَالَ : فَإِنِّي أَعْزِمُ عَلَيْكُمْ ، إِلاَّ تَوَاثَبْتُمْ فِي هَذِهِ النَّارِ ، فَقَامَ نَاسٌ ، فَتَحَجَّزُوا ، فَلَمَّا ظَنَّ أَنَّهُمْ وَاثِبُونَ ، قَالَ : أَمْسِكُوا عَلَى أَنْفُسِكُمْ ، فَإِنَّمَا كُنْتُ أَمْزَحُ مَعَكُمْ. فَلَمَّا قَدِمْنَا ذَكَرُوا ذَلِكَ لِلنَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ أَمَرَكُمْ مِنْهُمْ بِمَعْصِيَةِ اللهِ ، فَلاَ تُطِيعُوهُ.

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Alqamə ibn Mucəzzizi bir dəstəyə rəhbər olaraq döyüşə göndərdi. Mən o dəstədə idim. Dəstə başçısı döyüş və ya səfər əsnasında ayrı getmək üçün izin istədi. Başçı da onlara izin verərək Abdullah ibn Huzafa ibn Qeys əs-Səhmini onlara dəstə rəhbəri təyin etdi. Mən də bu dəstədə idim. Abdullah yolun bir kənarında dincələndə döyüşçülər qızınmaq və ya üstündə bir yemək bişirmək üçün böyük bir tonqal qaladılar. Zarafatcıl xasiyyəti olan Abdullah dedi: “Siz mənim əmrlərimi eşidib itaət etməli deyilsinizmi?” Döyüşçülər: “Bəli”- dedilər. Abdullah dedi: “Onda mən sizə nə əmr etsəm, onu edəcəksiniz?” Döyüşçülər: “Bəli”- dedilər. Abdullah dedi: “Mən sizə bu tonqalın içinə girməyinizi əmr edirəm”. Bəzi döyüşçülər tonqala atılmaq üçün ayağa durdular. Abdullah onların bunu ciddi qəbul etdiklərini başa düşdükdə dedi: “Dayanın! Mən sizinlə zarafat edirdim”. Əbu Səid deyir: “Sonra biz döyüşdən qayıtdıqda bu məsələni Peyğəmbərə ﷺ danışdıq. Allah Elçisi ﷺ də buyurdu: “Başçılardan kim sizə Allaha asi olmağı əmr edərsə, bu xüsusda ona itaət etməyin”.”

Əbu Səid əl-Xudri
Həsənİbn Məcə, 2863 (Cihad, 111)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ ، أَخْبَرَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عُمَرَ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ (ح) وحَدَّثَنَا مُحَمَّدُ بْنُ الصَّبَّاحِ ، وَسُوَيْدُ بْنُ سَعِيدٍ ، قَالاَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ رَجَاءٍ الْمَكِّيُّ ، عَنْ عُبَيْدِ اللهِ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : عَلَى الْمَرْءِ الْمُسْلِمِ الطَّاعَةُ ، فِيمَا أَحَبَّ أَوْ كَرِهَ ، إِلاَّ أَنْ يُؤْمَرَ بِمَعْصِيَةٍ ، فَإِذَا أُمِرَ بِمَعْصِيَةٍ ، فَلاَ سَمْعَ وَلاَ طَاعَةَ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Müsəlman bir kişinin asi olmaq əmr olunmadıqca sevdiyi və sevmədiyi bütün məsələlərdə öz əmirinə tabe olması vacibdir. Asi olmaq əmr olunduqda isə eşitmək və itaət etmək yoxdur”.”

İbn Ömər
Səhihİbn Məcə, 2864 (Cihad, 112)

حَدَّثَنَا سُوَيْدُ بْنُ سَعِيدٍ ، حَدَّثَنَا يَحْيَى بْنُ سُلَيْمٍ (ح) وحَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ عَيَّاشٍ ، قَالاَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ عُثْمَانَ بْنِ خُثَيْمٍ ، عَنِ الْقَاسِمِ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : سَيَلِي أُمُورَكُمْ بَعْدِي ، رِجَالٌ يُطْفِئُونَ السُّنَّةَ ، وَيَعْمَلُونَ بِالْبِدْعَةِ ، وَيُؤَخِّرُونَ الصَّلاَةَ عَنْ مَوَاقِيتِهَا فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، إِنْ أَدْرَكْتُهُمْ ، كَيْفَ أَفْعَلُ ؟ قَالَ : تَسْأَلُنِي يَا ابْنَ أُمِّ عَبْدٍ كَيْفَ تَفْعَلُ ؟ لاَ طَاعَةَ ، لِمَنْ عَصَى اللَّهَ.

“Abdullah ibn Məsud ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Məndən sonra sünnəmi tərk edən, bidət əmməllər edən və namazları gecikdirən bəzi insanlar sizə başçı təyin olunacaqlar”. Mən dedim: “Ey Allahın Elçisi, əgər mən onların dövrünə yetişsəm, nə edim?” Peyğəmbər ﷺ mənə dedi: “Ey İbn Abd, nə edəcəyini soruşursan? Allaha qarşı asi olana itaət yoxdur”.”

Abdullah ibn Məsud
Səhihİbn Məcə, 2865 (Cihad, 113)

Fəsil 39

Beyət

بَابُ الْبَيْعَةِ

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ إِدْرِيسَ ، عَنْ مُحَمَّدِ بْنِ إِسْحَاقَ ، وَيَحْيَى بْنُ سَعِيدٍ ، وَعُبَيْدُ اللهِ بْنُ عُمَرَ ، وَابْنُ عَجْلاَنَ ، عَنْ عُبَادَةَ بْنِ الْوَلِيدِ بْنِ عُبَادَةَ بْنِ الصَّامِتِ ، عَنْ أَبِيهِ ، عَنْ عُبَادَةَ بْنِ الصَّامِتِ ، قَالَ : بَايَعْنَا رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَلَى السَّمْعِ وَالطَّاعَةِ ، فِي الْعُسْرِ وَالْيُسْرِ ، وَالْمَنْشَطِ وَالْمَكْرَهِ ، وَالأَثَرَةِ عَلَيْنَا ، وَأَنْ لاَ نُنَازِعَ الأَمْرَ أَهْلَهُ ، وَأَنْ نَقُولَ بِالْحَقِّ حَيْثُمَا كُنَّا ، لاَ نَخَافُ فِي اللهِ لَوْمَةَ لاَئِمٍ.

“Rəvayət edilir ki, Ubadə ibn əs-Samit ﵁ demişdir: “Biz Allah Elçisinə ﷺ çətinlikdə və asanlıqda, sevincdə və kədərdə, rəhbər bizə zülm etsə belə səbir etmək, əmir olanla rəhbərlik haqda mübahisə etməmək, nə olursa olsun, haqqı deyib Allah rizası üçün heç bir qınayanın qınamasından qorxmamaq üçün eşidib itaət edəcəyimizə dair beyət etdik”.”

Ubadə ibn əs-Samit
Səhihİbn Məcə, 2866 (Cihad, 114)

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا الْوَلِيدُ بْنُ مُسْلِمٍ ، حَدَّثَنَا سَعِيدُ بْنُ عَبْدِ الْعَزِيزِ التَّنُوخِيُّ ، عَنْ رَبِيعَةَ بْنِ يَزِيدَ ، عَنْ أَبِي إِدْرِيسَ الْخَوْلاَنِيِّ ، عَنْ أَبِي مُسْلِمٍ ، حَدَّثَنِي ، الْحَبِيبُ الأَمِينُ ، أَمَّا هُوَ إِلَيَّ ، فَحَبِيبٌ ، وَأَمَّا هُوَ عِنْدِي ، فَأَمِينٌ ، عَوْفُ بْنُ مَالِكٍ الأَشْجَعِيُّ قَالَ : كُنَّا عِنْدَ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ سَبْعَةً أَوْ ثَمَانِيَةً أَوْ تِسْعَةً ، فَقَالَ : أَلاَ تُبَايِعُونَ رَسُولَ اللهِ فَبَسَطْنَا أَيْدِيَنَا ، فَقَالَ قَائِلٌ : يَا رَسُولَ اللهِ ، إِنَّا قَدْ بَايَعْنَاكَ ، فَعَلاَمَ نُبَايِعُكَ ؟ فَقَالَ : أَنْ تَعْبُدُوا اللَّهَ وَلاَ تُشْرِكُوا بِهِ شَيْئًا ، وَتُقِيمُوا الصَّلَوَاتِ الْخَمْسَ ، وَتَسْمَعُوا وَتُطِيعُوا ، وَأَسَرَّ كَلِمَةً خُفْيَةً ، وَلاَ تَسْأَلُوا النَّاسَ شَيْئًا قَالَ : فَلَقَدْ رَأَيْتُ بَعْضَ أُولَئِكَ النَّفَرِ ، يَسْقُطُ سَوْطُهُ ، فَلاَ يَسْأَلُ أَحَدًا ، يُنَاوِلُهُ إِيَّاهُ.

“Rəvayət edilir ki, Auf ibn Malik əl-Əşcəi ﵁ demişdir: “Biz yeddi, səkkiz və ya doqquz nəfər Peyğəmbərin ﷺ yanında idik. O bizə dedi: “Allah Elçisinə beyət edin!” Biz də əllərimizi ona tərəf uzatdıq. Bu əsnada bir nəfər dedi: “Şübhəsiz, biz sənə beyət etdik. Bəs bu beyəti nəyə görə edirik?” Allah Elçisi ﷺ buyurdu: “Allaha ibadət etməyinizə, Ona heç bir şeyi şərik qoşmamağınıza, beş vaxt namaz qılmanıza, (başçını) eşibid itaət etmənizə”- bu arada Peyğəmbər ﷺ bir kəlməni gizli dedi – “və insanlardan heç nə istəməməyinə beyət etdiz”. Auf deyir: “And olsun ki, sonralar mən o camaatın bəzisinin qamçısı minikdən yerə düşdükdə bu qamçının yerdən qaldırılıb ona verilməsini heç kimdən istəmədiyini gördüm”.”

Auf ibn Malik əl-Əşcəi
Səhihİbn Məcə, 2867 (Cihad, 115)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَتَّابٍ ، مَوْلَى هُرْمُزَ قَالَ : سَمِعْتُ أَنَسَ بْنَ مَالِكٍ ، يَقُولُ : بَايَعْنَا رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَلَى السَّمْعِ وَالطَّاعَةِ فَقَالَ : فِيمَا اسْتَطَعْتُمْ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Biz Allah Elçisinə ﷺ eşidib itaət edəcəyimizə dair beyət etdik”. Allah Elçisi ﷺ “gücünüz çatdığı qədər” buyurdu.”

Ənəs ibn Malik
Səhihİbn Məcə, 2868 (Cihad, 116)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ ، أَخْبَرَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرٍ ، قَالَ : جَاءَ عَبْدٌ ، فَبَايَعَ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَلَى الْهِجْرَةِ ، وَلَمْ يَشْعُرِ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَنَّهُ عَبْدٌ ، فَجَاءَ سَيِّدُهُ يُرِيدُهُ ، فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : بِعْنِيهِ فَاشْتَرَاهُ بِعَبْدَيْنِ أَسْوَدَيْنِ ، ثُمَّ لَمْ يُبَايِعْ أَحَدًا بَعْدَ ذَلِكَ ، حَتَّى يَسْأَلَهُ أَعَبْدٌ هُوَ ؟

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Bir kölə gəlib Allah Elçisinə ﷺ hicrət etməyə dair beyət etdi. Peyğəmbər ﷺ onun kölə olduğunu bilmirdi. Sonra kölənin ağası gəlib onu geri istədi. Peyğəmbər ﷺ ona: “Bu köləni mənə sat”- dedi və onu iki qara kölənin əvəzində aldı. Bu hadisədən sonra beyət etmək üçün Peyğəmbərin ﷺ yanına gələn hər adamdan onun kölə olub-olmadığını soruşmayınca onun beyətini qəbul etməzdi“.”

Cabir
Səhihİbn Məcə, 2869 (Cihad, 117)

Fəsil 40

Verilən beyətə sadiq olmaq

بَابُ الْوَفَاءِ بِالْبَيْعَةِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَعَلِيُّ بْنُ مُحَمَّدٍ ، وَأَحْمَدُ بْنُ سِنَانٍ ، قَالُوا : حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : ثَلاَثَةٌ لاَ يُكَلِّمُهُمُ اللَّهُ ، وَلاَ يَنْظُرُ إِلَيْهِمْ يَوْمَ الْقِيَامَةِ ، وَلاَ يُزَكِّيهِمْ ، وَلَهُمْ عَذَابٌ أَلِيمٌ : رَجُلٌ عَلَى فَضْلِ مَاءٍ بِالْفَلاَةِ ، يَمْنَعُهُ ابْنِ السَّبِيلِ ، وَرَجُلٌ بَايَعَ رَجُلاً ، بِسِلْعَةٍ بَعْدَ الْعَصْرِ ، فَحَلَفَ بِاللَّهِ ، لأَخَذَهَا بِكَذَا وَكَذَا ، فَصَدَّقَهُ ، وَهُوَ عَلَى غَيْرِ ذَلِكَ ، وَرَجُلٌ بَايَعَ إِمَامًا ، لاَ يُبَايِعُهُ ، إِلاَّ لِدُنْيَا ، فَإِنْ أَعْطَاهُ مِنْهَا ، وَفَى لَهُ ، وَإِنْ لَمْ يُعْطِهِ مِنْهَا ، لَمْ يَفِ لَهُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Üç nəfər var ki, Qiyamət günü Allah onları dindirməyəcək, onlara baxmayacaq və onları təmizə çıxarmayacaq. Onlara böyük bir əzab var: sahədə ehtiyacından artıq suyu olduğu halda müsafirə su verməyən; axşamçağı birinə bir mal satıb bu malı “bu və bu qiymətə aldığına dair Allaha and içən adam. Müştəri də bu anda inanır, halbuki satıcı yalandan and içir; rəhbərə dünya (malına görə) beyət edən kəs. Əgər imam ona (dünya malından) bir şey versə, ona beyətinə sadiq olar, bir şey verməzsə, sadiq olmaz”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2870 (Cihad, 118)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ إِدْرِيسَ ، عَنْ حَسَنِ بْنِ فُرَاتٍ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي حَازِمٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنَّ بَنِي إِسْرَائِيلَ كَانَتْ تَسُوسُهُمْ أَنْبِيَاؤُهُمْ ، كُلَّمَا ذَهَبَ نَبِيٌّ ، خَلَفَهُ نَبِيٌّ ، وَأَنَّهُ لَيْسَ كَائِنٌ بَعْدِي ، نَبِيٌّ فِيكُمْ قَالُوا : فَمَا يَكُونُ ؟ يَا رَسُولَ اللهِ ، قَالَ تَكُونُ خُلَفَاءُ ، فَتَكْثُرُ قَالُوا : فَكَيْفَ نَصْنَعُ ؟ قَالَ : أَوْفُوا بِبَيْعَةِ ، الأَوَّلِ ، فَالأَوَّلِ ، أَدُّوا الَّذِي عَلَيْكُمْ ، فَسَيَسْأَلُهُمُ اللَّهُ عَزَّ وَجَلَّ ، عَنِ الَّذِي عَلَيْهِمْ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “İsrail övladlarını peyğəmbərlər idarə edirdilər. Nə vaxt bir peyğəmbər ölürdüsə, onun yerinə başqa bir peyğəmbər keçərdi. Şübhəsiz, məndən sonra heç bir peyğəmbər olmayacaq”. Səhabələr dedilər: “Bəs necə olacaq, ey Allahın Elçisi?” Peyğəmbər ﷺ buyurdu: “Məndən sonra çoxlu xəlifələr olacaq”. Səhabələr dedilər: “Bəs xəlifələrin sayı çoxaldıqda necə olacaq?” Peyğəmbər ﷺ buyurdu: “İlk olana etdiyiniz beyətə bağlı qalın və üzərinizdə olan haqqı ödəyin. Allah ﷿ onlardan riayət etməli olduqları haqlarınız barədə soruşacaq”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2871 (Cihad, 119)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ نُمَيْرٍ ، حَدَّثَنَا أَبُو الْوَلِيدِ ، حَدَّثَنَا شُعْبَةُ (ح) وحَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا ابْنُ أَبِي عَدِيٍّ ، عَنْ شُعْبَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ أَبِي وَائِلٍ ، عَنْ عَبْدِ اللهِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : يُنْصَبُ لِكُلِّ غَادِرٍ لِوَاءٌ يَوْمَ الْقِيَامَةِ ، فَيُقَالُ : هَذِهِ غَدْرَةُ فُلاَنٍ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Əhdini pozan hər adam üçün Qiyamət günü bir əlamət qoyulacaq və: “Bu əlamət filankəsin əhdi pozmasıdır”- deyiləcək”.”

Abdullah
Səhihİbn Məcə, 2872 (Cihad, 120)

حَدَّثَنَا عِمْرَانُ بْنُ مُوسَى اللَّيْثِيُّ ، حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ ، أَخْبَرَنَا عَلِيُّ بْنُ زَيْدِ بْنِ جُدْعَانَ ، عَنْ أَبِي نَضْرَةَ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَلاَ إِنَّهُ يُنْصَبُ ، لِكُلِّ غَادِرٍ لِوَاءٌ يَوْمَ الْقِيَامَةِ ، بِقَدْرِ غَدْرَتِهِ.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Bilin ki, əhdini pozan hər adam üçün Qiyamət günü əhdini pozduğu miqdarda bir əlamət olacaq”.”

Əbu Səid əl-Xudri
Səhihİbn Məcə, 2873 (Cihad, 121)

Fəsil 41

Qadınların beyəti

بَابُ بَيْعَةِ النِّسَاءِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، أَنَّهُ سَمِعَ مُحَمَّدَ بْنَ الْمُنْكَدِرِ ، قَالَ : سَمِعْتُ أُمَيْمَةَ بِنْتَ رُقَيْقَةَ ، تَقُولُ : جِئْتُ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِي نِسْوَةٍ نُبَايِعُهُ ، فَقَالَ لَنَا : فِيمَا اسْتَطَعْتُنَّ وَأَطَقْتُنَّ ، إِنِّي لاَ أُصَافِحُ النِّسَاءَ.

“Rəvayət edilir ki, Umeymə bint Ruqayqa ﵂ demişdir: “Mən bir neçə qadınla Peyğəmbərin ﷺ yanına gəlib ona beyət etdik. Peyğəmbər ﷺ bizə buyurdu: “Gücünüz çatan qədər və taqət gətirə biləcəyiniz məsələrdə (beyət edin). Şübhəsiz, mən qadınlarla əl ilə görüşmürəm”.”

Umeymə bint Ruqayqa
Səhihİbn Məcə, 2874 (Cihad, 122)

حَدَّثَنَا أَحْمَدُ بْنُ عَمْرِو بْنِ السَّرْحِ الْمِصْرِيُّ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ وَهْبٍ ، أَخْبَرَنِي يُونُسُ ، عَنِ ابْنِ شِهَابٍ ، أَخْبَرَنِي عُرْوَةُ بْنُ الزُّبَيْرِ ، أَنَّ عَائِشَةَ ، زَوْجَ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَتْ : كَانَتِ الْمُؤْمِنَاتُ إِذَا هَاجَرْنَ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، يُمْتَحَنَّ بِقَوْلِ اللهِ {يَا أَيُّهَا النَّبِيُّ ، إِذَا جَاءَكَ الْمُؤْمِنَاتُ يُبَايِعْنَكَ} الخ الآيَةِ ، قَالَتْ عَائِشَةُ : فَمَنْ أَقَرَّ بِهَا مِنَ الْمُؤْمِنَاتِ ، فَقَدْ أَقَرَّ بِالْمِحْنَةِ ، فَكَانَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، إِذَا أَقْرَرْنَ بِذَلِكَ مِنْ قَوْلِهِنَّ ، قَالَ لَهُنَّ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ انْطَلِقْنَ ، فَقَدْ بَايَعْتُكُنَّ لاَ وَاللَّهِ مَا مَسَّتْ يَدُ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَدَ امْرَأَةٍ قَطُّ ، غَيْرَ أَنَّهُ ، يُبَايِعُهُنَّ بِالْكَلاَمِ. قَالَتْ عَائِشَةُ : وَاللَّهِ مَا أَخَذَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَلَى النِّسَاءِ إِلاَّ مَا أَمَرَهُ اللَّهُ ، وَلاَ مَسَّتْ كَفُّ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ كَفَّ امْرَأَةٍ قَطُّ ، وَكَانَ يَقُولُ لَهُنَّ ، إِذَا أَخَذَ عَلَيْهِنَّ قَدْ بَايَعْتُكُنَّ ، كَلاَمًا.

“Rəvayət edilir ki, Peyğəmbərin ﷺ zövcəsi Aişə ﵂ demişdir: “Mömin qadınlar Allah Elçisinin ﷺ yanına hicrət etdikdə Allahın “Ey Peyğəmbər, mömin qadınlar sənə beyət etdikləri zaman...” (əl-Mumtəhənə, 12) ayəsinə görə imtahan edilirdilər. Aişə deyir: “İman gətirən qadınlardan bu ayəni qəbul edənlər beyəti qəbul etmiş olurdular. Qadınlar bu ayədəki əhdləri sözləri ilə qəbul edib təsdiq etdikdə Allah Elçisi ﷺ onlara: “Gedin! Mən artıq sizinlə beyətləşdim”- buyurardı. Xeyr, Allaha and olsun ki, Allah Elçisinin ﷺ əli heç bir naməhrəm qadının əlinə toxunmamışdı. O, qadınlarla sadəcə danışmaqla beyətləşərdi. Allah Elçisi ﷺ Allahın ona əmr etdiyi əhdlərdən başqa qadınlardan heç bir şey haqda söz almadı. Allah Elçisinin ﷺ əli heç bir naməhrəm qadının əlinə toxnmadı. Allah Elçisi ﷺ qadınlardan beyət aldıqda onlara sözlə: “Mən sizinlə beyətləşdim”- buyurardı”.”

Aişə
Səhihİbn Məcə, 2875 (Cihad, 123)

Fəsil 42

At yarışması üçün qoyulan mükafat və at yarışmaları

بَابُ السَّبَقِ ، وَالرِّهَانِ

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ نُمَيْرٍ ، عَنْ عُبَيْدِ اللهِ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، قَالَ : ضَمَّرَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ الْخَيْلَ ، فَكَانَ يُرْسِلُ الَّتِي ضُمِّرَتْ مِنَ الْحَفْيَاءِ إِلَى ثَنِيَّةِ الْوَدَاعِ ، وَالَّتِي لَمْ تُضَمَّرْ مِنْ ثَنِيَّةِ الْوَدَاعِ إِلَى مَسْجِدِ بَنِي زُرَيْقٍ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ bəzi atları yarışa çıxardı. Sonra həmin atları “əl-Həfya”dan “Səniyyətul-Vədəa”ya qədər çapdırırdı. Yarışa çıxarmadığı atları isə “Səniyyətul-Vədəa”dan “Bəni Zureyq”ə qədər çapdırırdı”.”

İbn Ömər
Səhihİbn Məcə, 2877 (Cihad, 125)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا عَبْدَةُ بْنُ سُلَيْمَانَ ، عَنْ مُحَمَّدِ بْنِ عَمْرٍو ، عَنْ أَبِي الْحَكَمِ ، مَوْلَى بَنِي لَيْثٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لاَ سَبْقَ ، إِلاَّ فِي خُفٍّ أَوْ حَافِرٍ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Müsabiqə hədiyyəsi yalnız dəvə, at və ox yarışmasında var”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2878 (Cihad, 126)

Fəsil 43

Düşmən torpağına səfər etdikdə Quranla səfər etməyin qadağan olması

بَابُ النَّهْيِ أَنْ يُسَافَرَ بِالْقُرْآنِ إِلَى أَرْضِ الْعَدُوِّ

حَدَّثَنَا أَحْمَدُ بْنُ سِنَانٍ ، وَأَبُو عُمَرَ ، قَالاَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مَهْدِيٍّ ، عَنْ مَالِكِ بْنِ أَنَسٍ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، نَهَى أَنْ يُسَافَرَ بِالْقُرْآنِ إِلَى أَرْضِ الْعَدُوِّ ، مَخَافَةَ أَنْ يَنَالَهُ الْعَدُوُّ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ düşmənin əlinə keçmək qorxusuna görə düşmən torpaqlarına Quranla getməyi qadağan etdi.”

İbn Ömər
Səhihİbn Məcə, 2879 (Cihad, 127)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ ، أَخْبَرَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، أَنَّهُ كَانَ يَنْهَى أَنْ يُسَافَرَ بِالْقُرْآنِ ، إِلَى أَرْضِ الْعَدُوِّ ، مَخَافَةَ أَنْ يَنَالَهُ الْعَدُوُّ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ düşmənin əlinə keçmək qorxusuna görə düşmən torpaqlarına Quranla getməyi qadağan etdi.”

İbn Ömər
Səhihİbn Məcə, 2880 (Cihad, 128)

Fəsil 44

Xumsun paylanması

بَابُ قِسْمَةِ الْخُمُسِ

حَدَّثَنَا يُونُسُ بْنُ عَبْدِ الأَعْلَى ، حَدَّثَنَا أَيُّوبُ بْنُ سُوَيْدٍ ، عَنْ يُونُسَ بْنِ يَزِيدَ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، أَنَّ جُبَيْرَ بْنَ مُطْعِمٍ ، أَخْبَرَهُ أَنَّهُ جَاءَ هُوَ وَعُثْمَانُ بْنُ عَفَّانَ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، يُكَلِّمَانِهِ فِيمَا قَسَمَ مِنْ خُمُسِ خَيْبَرَ ، لِبَنِي هَاشِمٍ ، وَبَنِي الْمُطَّلِبِ ، فَقَالاَ : قَسَمْتَ لإِخْوَانِنَا بَنِي هَاشِمٍ ، وَبَنِي الْمُطَّلِبِ ، وَقَرَابَتُنَا وَاحِدَةٌ فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنَّمَا أَرَى بَنِي هَاشِمٍ ، وَبَنِي الْمُطَّلِبِ شَيْئًا وَاحِدًا.

“Səid ibn Museyyib ﵀ rəvayət edir ki, bir dəfə Cubeyr ibn Mutim və Osman ibn Əffan Allah Elçisinin ﷺ yanına gələrək Xeybərdə əldə edilən qənimətin beşdəbirinin Bəni Haşim və Bəni Muttalib tayfaları arasında bölüşdürülməsi haqda dedilər: “Sən qənimətdən qardaşlarımız olan Bəni Haşim və Bəni Muttalib tayfalarına verdin. Halbuki, biz də sənin qohumlarınıq”. Allah Elçisi ﷺ buyurdu: “Mən Bəni Haşim və Bəni Muttalib tayfalarını eyni sayıram”.”

Səid ibn Museyyib
Səhihİbn Məcə, 2881 (Cihad, 129)