Cihad kitabı

Əsirləri fidyə əvəzində xilas etmək

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، وَمُحَمَّدُ بْنُ إِسْمَاعِيلَ ، قَالاَ حَدَّثَنَا وَكِيعٌ ، عَنْ عِكْرِمَةَ بْنِ عَمَّارٍ ، عَنْ إِيَاسِ بْنِ سَلَمَةَ بْنِ الأَكْوَعِ ، عَنْ أَبِيهِ ، قَالَ : غَزَوْنَا مَعَ أَبِي بَكْرٍ هَوَازِنَ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَنَفَّلَنِي جَارِيَةً مِنْ بَنِي فَزَارَةَ مِنْ أَجْمَلِ الْعَرَبِ ، عَلَيْهَا قَشْعٌ لَهَا ، فَمَا كَشَفْتُ لَهَا عَنْ ثَوْبٍ ، حَتَّى أَتَيْتُ الْمَدِينَةَ ، فَلَقِيَنِي النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِي السُّوقِ ، فَقَالَ : لِلَّهِ أَبُوكَ هَبْهَا لِي فَوَهَبْتُهَا لَهُ ، فَبَعَثَ بِهَا ، فَفَادَى بِهَا أُسَارَى مِنْ أُسَارَى الْمُسْلِمِينَ كَانُوا بِمَكَّةَ.

“İyas ibn Sələmə ibn əl-Əkva atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Biz Allah Elçisinin ﷺ dövründə Əbu Bəkrlə birlikdə Həvazin döyüşündə iştirak edirdik. Əbu Bəkr Bəni Fəzara tayfasından olan ərəblərin ən gözəllərindən olan gənc bir qızı qənimət kimi mənə verdi. Qızın əynində köhnə bir kürk var idi. Mən o qıza Mədinəyə gələnədək toxunmadım. Bazarda Peyğəmbər ﷺ mənimlə rastlaşdı və buyurdu: “O qızı mənə hədiyyə et”. Mən də qızı ona hədiyyə etdim. Peyğəmbər ﷺ də o qızı Məkkəyə göndərərək əsirlikdə olan müsəlmanları azad etmək üçün fidyə olaraq verdi”.”

İyas ibn Sələmə ibn əl-Əkva atasından
Həsən

İstinad

İbn Məcə, 2846 (Cihad, 94)

Sunən İbn Məcə — Cihad kitabı