Beyət
حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا الْوَلِيدُ بْنُ مُسْلِمٍ ، حَدَّثَنَا سَعِيدُ بْنُ عَبْدِ الْعَزِيزِ التَّنُوخِيُّ ، عَنْ رَبِيعَةَ بْنِ يَزِيدَ ، عَنْ أَبِي إِدْرِيسَ الْخَوْلاَنِيِّ ، عَنْ أَبِي مُسْلِمٍ ، حَدَّثَنِي ، الْحَبِيبُ الأَمِينُ ، أَمَّا هُوَ إِلَيَّ ، فَحَبِيبٌ ، وَأَمَّا هُوَ عِنْدِي ، فَأَمِينٌ ، عَوْفُ بْنُ مَالِكٍ الأَشْجَعِيُّ قَالَ : كُنَّا عِنْدَ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ سَبْعَةً أَوْ ثَمَانِيَةً أَوْ تِسْعَةً ، فَقَالَ : أَلاَ تُبَايِعُونَ رَسُولَ اللهِ فَبَسَطْنَا أَيْدِيَنَا ، فَقَالَ قَائِلٌ : يَا رَسُولَ اللهِ ، إِنَّا قَدْ بَايَعْنَاكَ ، فَعَلاَمَ نُبَايِعُكَ ؟ فَقَالَ : أَنْ تَعْبُدُوا اللَّهَ وَلاَ تُشْرِكُوا بِهِ شَيْئًا ، وَتُقِيمُوا الصَّلَوَاتِ الْخَمْسَ ، وَتَسْمَعُوا وَتُطِيعُوا ، وَأَسَرَّ كَلِمَةً خُفْيَةً ، وَلاَ تَسْأَلُوا النَّاسَ شَيْئًا قَالَ : فَلَقَدْ رَأَيْتُ بَعْضَ أُولَئِكَ النَّفَرِ ، يَسْقُطُ سَوْطُهُ ، فَلاَ يَسْأَلُ أَحَدًا ، يُنَاوِلُهُ إِيَّاهُ.
“Rəvayət edilir ki, Auf ibn Malik əl-Əşcəi ﵁ demişdir: “Biz yeddi, səkkiz və ya doqquz nəfər Peyğəmbərin ﷺ yanında idik. O bizə dedi: “Allah Elçisinə beyət edin!” Biz də əllərimizi ona tərəf uzatdıq. Bu əsnada bir nəfər dedi: “Şübhəsiz, biz sənə beyət etdik. Bəs bu beyəti nəyə görə edirik?” Allah Elçisi ﷺ buyurdu: “Allaha ibadət etməyinizə, Ona heç bir şeyi şərik qoşmamağınıza, beş vaxt namaz qılmanıza, (başçını) eşibid itaət etmənizə”- bu arada Peyğəmbər ﷺ bir kəlməni gizli dedi – “və insanlardan heç nə istəməməyinə beyət etdiz”. Auf deyir: “And olsun ki, sonralar mən o camaatın bəzisinin qamçısı minikdən yerə düşdükdə bu qamçının yerdən qaldırılıb ona verilməsini heç kimdən istəmədiyini gördüm”.”
İstinad
İbn Məcə, 2867 (Cihad, 115)
Sunən İbn Məcə — Cihad kitabı