Qadınların beyəti
حَدَّثَنَا أَحْمَدُ بْنُ عَمْرِو بْنِ السَّرْحِ الْمِصْرِيُّ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ وَهْبٍ ، أَخْبَرَنِي يُونُسُ ، عَنِ ابْنِ شِهَابٍ ، أَخْبَرَنِي عُرْوَةُ بْنُ الزُّبَيْرِ ، أَنَّ عَائِشَةَ ، زَوْجَ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَتْ : كَانَتِ الْمُؤْمِنَاتُ إِذَا هَاجَرْنَ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، يُمْتَحَنَّ بِقَوْلِ اللهِ {يَا أَيُّهَا النَّبِيُّ ، إِذَا جَاءَكَ الْمُؤْمِنَاتُ يُبَايِعْنَكَ} الخ الآيَةِ ، قَالَتْ عَائِشَةُ : فَمَنْ أَقَرَّ بِهَا مِنَ الْمُؤْمِنَاتِ ، فَقَدْ أَقَرَّ بِالْمِحْنَةِ ، فَكَانَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، إِذَا أَقْرَرْنَ بِذَلِكَ مِنْ قَوْلِهِنَّ ، قَالَ لَهُنَّ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ انْطَلِقْنَ ، فَقَدْ بَايَعْتُكُنَّ لاَ وَاللَّهِ مَا مَسَّتْ يَدُ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَدَ امْرَأَةٍ قَطُّ ، غَيْرَ أَنَّهُ ، يُبَايِعُهُنَّ بِالْكَلاَمِ. قَالَتْ عَائِشَةُ : وَاللَّهِ مَا أَخَذَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَلَى النِّسَاءِ إِلاَّ مَا أَمَرَهُ اللَّهُ ، وَلاَ مَسَّتْ كَفُّ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ كَفَّ امْرَأَةٍ قَطُّ ، وَكَانَ يَقُولُ لَهُنَّ ، إِذَا أَخَذَ عَلَيْهِنَّ قَدْ بَايَعْتُكُنَّ ، كَلاَمًا.
“Rəvayət edilir ki, Peyğəmbərin ﷺ zövcəsi Aişə ﵂ demişdir: “Mömin qadınlar Allah Elçisinin ﷺ yanına hicrət etdikdə Allahın “Ey Peyğəmbər, mömin qadınlar sənə beyət etdikləri zaman...” (əl-Mumtəhənə, 12) ayəsinə görə imtahan edilirdilər. Aişə deyir: “İman gətirən qadınlardan bu ayəni qəbul edənlər beyəti qəbul etmiş olurdular. Qadınlar bu ayədəki əhdləri sözləri ilə qəbul edib təsdiq etdikdə Allah Elçisi ﷺ onlara: “Gedin! Mən artıq sizinlə beyətləşdim”- buyurardı. Xeyr, Allaha and olsun ki, Allah Elçisinin ﷺ əli heç bir naməhrəm qadının əlinə toxunmamışdı. O, qadınlarla sadəcə danışmaqla beyətləşərdi. Allah Elçisi ﷺ Allahın ona əmr etdiyi əhdlərdən başqa qadınlardan heç bir şey haqda söz almadı. Allah Elçisinin ﷺ əli heç bir naməhrəm qadının əlinə toxnmadı. Allah Elçisi ﷺ qadınlardan beyət aldıqda onlara sözlə: “Mən sizinlə beyətləşdim”- buyurardı”.”
İstinad
İbn Məcə, 2875 (Cihad, 123)
Sunən İbn Məcə — Cihad kitabı