Cihad kitabı

Kölələr və qadınlar döyüş vaxtı müsəlmanların yanlarında olurlar

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا هِشَامُ بْنُ سَعْدٍ ، عَنْ مُحَمَّدِ بْنِ زَيْدِ بْنِ مُهَاجِرِ بْنِ قُنْفُذٍ ، قَالَ : سَمِعْتُ عُمَيْرًا ، مَوْلَى آبِي اللَّحْمِ ، قَالَ وَكِيعٌ : كَانَ لاَ يَأْكُلُ اللَّحْمَ ، قَالَ : غَزَوْتُ مَعَ مَوْلاَيَ ، يَوْمَ خَيْبَرَ ، وَأَنَا مَمْلُوكٌ ، فَلَمْ يَقْسِمْ لِي مِنَ الْغَنِيمَةِ ، وَأُعْطِيتُ ، مِنْ خُرْثِيِّ الْمَتَاعِ سَيْفًا ، وَكُنْتُ أَجُرُّهُ إِذَا تَقَلَّدْتُهُ.

“Rəvayət edilir ki, Əbul-Ləhmin köləlikdən azad etdiyi Umeyr ﵁ demişdir: “Mən kölə olanda ağamla birlikdə Xeybər döyüşündə iştirak etdim, lakin qənimətdən mənə pay ayrılmadı, sadəcə adi bir qılınc verildi. O qılıncı götürəndə (boyumun kiçik, yaşımın az olduğuna görə) yerlə sürüyürdüm”. Ravi Vaki deyir: “Əbul-Ləhm ət yemədiyinə görə ona belə ləqəb qoymuşdular”.”

Umeyr
Həsən

İstinad

İbn Məcə, 2855 (Cihad, 103)

Sunən İbn Məcə — Cihad kitabı