Cihad kitabı

Verilən beyətə sadiq olmaq

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ إِدْرِيسَ ، عَنْ حَسَنِ بْنِ فُرَاتٍ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي حَازِمٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنَّ بَنِي إِسْرَائِيلَ كَانَتْ تَسُوسُهُمْ أَنْبِيَاؤُهُمْ ، كُلَّمَا ذَهَبَ نَبِيٌّ ، خَلَفَهُ نَبِيٌّ ، وَأَنَّهُ لَيْسَ كَائِنٌ بَعْدِي ، نَبِيٌّ فِيكُمْ قَالُوا : فَمَا يَكُونُ ؟ يَا رَسُولَ اللهِ ، قَالَ تَكُونُ خُلَفَاءُ ، فَتَكْثُرُ قَالُوا : فَكَيْفَ نَصْنَعُ ؟ قَالَ : أَوْفُوا بِبَيْعَةِ ، الأَوَّلِ ، فَالأَوَّلِ ، أَدُّوا الَّذِي عَلَيْكُمْ ، فَسَيَسْأَلُهُمُ اللَّهُ عَزَّ وَجَلَّ ، عَنِ الَّذِي عَلَيْهِمْ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “İsrail övladlarını peyğəmbərlər idarə edirdilər. Nə vaxt bir peyğəmbər ölürdüsə, onun yerinə başqa bir peyğəmbər keçərdi. Şübhəsiz, məndən sonra heç bir peyğəmbər olmayacaq”. Səhabələr dedilər: “Bəs necə olacaq, ey Allahın Elçisi?” Peyğəmbər ﷺ buyurdu: “Məndən sonra çoxlu xəlifələr olacaq”. Səhabələr dedilər: “Bəs xəlifələrin sayı çoxaldıqda necə olacaq?” Peyğəmbər ﷺ buyurdu: “İlk olana etdiyiniz beyətə bağlı qalın və üzərinizdə olan haqqı ödəyin. Allah ﷿ onlardan riayət etməli olduqları haqlarınız barədə soruşacaq”.”

Əbu Hureyra
Səhih

İstinad

İbn Məcə, 2871 (Cihad, 119)

Sunən İbn Məcə — Cihad kitabı