Cihad kitabı

Verilən beyətə sadiq olmaq

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَعَلِيُّ بْنُ مُحَمَّدٍ ، وَأَحْمَدُ بْنُ سِنَانٍ ، قَالُوا : حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : ثَلاَثَةٌ لاَ يُكَلِّمُهُمُ اللَّهُ ، وَلاَ يَنْظُرُ إِلَيْهِمْ يَوْمَ الْقِيَامَةِ ، وَلاَ يُزَكِّيهِمْ ، وَلَهُمْ عَذَابٌ أَلِيمٌ : رَجُلٌ عَلَى فَضْلِ مَاءٍ بِالْفَلاَةِ ، يَمْنَعُهُ ابْنِ السَّبِيلِ ، وَرَجُلٌ بَايَعَ رَجُلاً ، بِسِلْعَةٍ بَعْدَ الْعَصْرِ ، فَحَلَفَ بِاللَّهِ ، لأَخَذَهَا بِكَذَا وَكَذَا ، فَصَدَّقَهُ ، وَهُوَ عَلَى غَيْرِ ذَلِكَ ، وَرَجُلٌ بَايَعَ إِمَامًا ، لاَ يُبَايِعُهُ ، إِلاَّ لِدُنْيَا ، فَإِنْ أَعْطَاهُ مِنْهَا ، وَفَى لَهُ ، وَإِنْ لَمْ يُعْطِهِ مِنْهَا ، لَمْ يَفِ لَهُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Üç nəfər var ki, Qiyamət günü Allah onları dindirməyəcək, onlara baxmayacaq və onları təmizə çıxarmayacaq. Onlara böyük bir əzab var: sahədə ehtiyacından artıq suyu olduğu halda müsafirə su verməyən; axşamçağı birinə bir mal satıb bu malı “bu və bu qiymətə aldığına dair Allaha and içən adam. Müştəri də bu anda inanır, halbuki satıcı yalandan and içir; rəhbərə dünya (malına görə) beyət edən kəs. Əgər imam ona (dünya malından) bir şey versə, ona beyətinə sadiq olar, bir şey verməzsə, sadiq olmaz”.”

Əbu Hureyra
Səhih

İstinad

İbn Məcə, 2870 (Cihad, 118)

Sunən İbn Məcə — Cihad kitabı