Cihad kitabı

Xumsun paylanması

حَدَّثَنَا يُونُسُ بْنُ عَبْدِ الأَعْلَى ، حَدَّثَنَا أَيُّوبُ بْنُ سُوَيْدٍ ، عَنْ يُونُسَ بْنِ يَزِيدَ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، أَنَّ جُبَيْرَ بْنَ مُطْعِمٍ ، أَخْبَرَهُ أَنَّهُ جَاءَ هُوَ وَعُثْمَانُ بْنُ عَفَّانَ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، يُكَلِّمَانِهِ فِيمَا قَسَمَ مِنْ خُمُسِ خَيْبَرَ ، لِبَنِي هَاشِمٍ ، وَبَنِي الْمُطَّلِبِ ، فَقَالاَ : قَسَمْتَ لإِخْوَانِنَا بَنِي هَاشِمٍ ، وَبَنِي الْمُطَّلِبِ ، وَقَرَابَتُنَا وَاحِدَةٌ فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنَّمَا أَرَى بَنِي هَاشِمٍ ، وَبَنِي الْمُطَّلِبِ شَيْئًا وَاحِدًا.

“Səid ibn Museyyib ﵀ rəvayət edir ki, bir dəfə Cubeyr ibn Mutim və Osman ibn Əffan Allah Elçisinin ﷺ yanına gələrək Xeybərdə əldə edilən qənimətin beşdəbirinin Bəni Haşim və Bəni Muttalib tayfaları arasında bölüşdürülməsi haqda dedilər: “Sən qənimətdən qardaşlarımız olan Bəni Haşim və Bəni Muttalib tayfalarına verdin. Halbuki, biz də sənin qohumlarınıq”. Allah Elçisi ﷺ buyurdu: “Mən Bəni Haşim və Bəni Muttalib tayfalarını eyni sayıram”.”

Səid ibn Museyyib
Səhih

İstinad

İbn Məcə, 2881 (Cihad, 129)

Sunən İbn Məcə — Cihad kitabı