Cihad kitabı

Dəniz döyüşünün fəziləti

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ ، أَخْبَرَنَا اللَّيْثُ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنِ ابْنِ حَبَّانَ هُوَ مُحَمَّدُ بْنُ يَحْيَى بْنِ حَبَّانَ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، عَنْ خَالَتِهِ أُمِّ حَرَامٍ بِنْتِ مِلْحَانَ ، أَنَّهَا قَالَتْ : نَامَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَوْمًا قَرِيبًا مِنِّي ثُمَّ اسْتَيْقَظَ يَتَبَسَّمُ ، فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، مَا أَضْحَكَكَ ؟ قَالَ : نَاسٌ مِنْ أُمَّتِي عُرِضُوا عَلَيَّ يَرْكَبُونَ ظَهْرَ هَذَا الْبَحْرِ كَالْمُلُوكِ عَلَى الأَسِرَّةِ . قَالَتْ : فَادْعُ اللَّهَ أَنْ يَجْعَلَنِي مِنْهُمْ ، قَالَ : فَدَعَا لَهَا ، ثُمَّ نَامَ الثَّانِيَةَ ، فَفَعَلَ مِثْلَهَا ، ثُمَّ قَالَتْ مِثْلَ قَوْلِهَا ، فَأَجَابَهَا مِثْلَ جَوَابِهِ الأَوَّلِ ، قَالَتْ : فَادْعُ اللَّهَ أَنْ يَجْعَلَنِي مِنْهُمْ ، قَالَ : أَنْتِ مِنَ الأَوَّلِينَ. قَالَ : فَخَرَجَتْ مَعَ زَوْجِهَا عُبَادَةَ بْنِ الصَّامِتِ غَازِيَةً أَوَّلَ مَا رَكِبَ الْمُسْلِمُونَ الْبَحْرَ مَعَ مُعَاوِيَةَ بْنِ أَبِي سُفْيَانَ ، فَلَمَّا انْصَرَفُوا مِنْ غَزَاتِهِمْ قَافِلِينَ ، فَنَزَلُوا الشَّامَ ، فَقُرِّبَتْ إِلَيْهَا دَابَّةٌ لِتَرْكَبَ فَصَرَعَتْهَا فَمَاتَتْ.

“Ənəs ibn Malik ﵁ xalası Ummu Haram bint Milhanın belə dediyini rəvayət etmişdir: “Bir gün Allah Elçisi ﷺ mənim yaxınlığımda yatmışdı. Bu əsnada gülümsədi və oyandı. Mən dedim: “Ey Allahın Elçisi, səni güldürən nədir?” Allah Elçisi ﷺ buyurdu: “Yuxumda mənə ümmətimdən Allah yolunda vuruşan bəzi kimsələr göstərildi, onlar padşahların taxtlarına əyləşdiyi kimi dəniz üstündəki vasitələrə əyləşərək döyüşə gedirdilər”. Mən dedim: “Dua et, mən də onlardan olum”. Allah Elçisi ﷺ də dua etdi. Sonra Allah Elçisi ﷺ ikinci dəfə yuxuya getdi. Oyandıqdan sonra yenə gülümsədi. Sonra Ummu Haram ilk dəfə dediyini dedi və Allah Elçisi ﷺ ilk dəfə verdiyi cavabı verdi. Ummu Haram dedi: “Dua et, mən də onlardan olum”. Allah Elçisi ﷺ buyurdu: “Sən əvvəlkilərdənsən”. Ənəs deyir: “Ummu Haram əri Ubadə ibn əs-Samitlə Müaviyənin başçılığı altında müsəlmanların təşkil etdiyi ilk dəniz döyüşündə iştirak etdi. Müaviyə o vaxtlar Şamın valisi idi. Ummu Haram dənizdən quruya çıxarkən mindirildiyi heyvandan yıxılaraq vəfat etdi”.”

Ənəs ibn Malik
Səhih

İstinad

İbn Məcə, 2776 (Cihad, 24)

Sunən İbn Məcə — Cihad kitabı