Valideynləri sağ ola-ola döyüşə gedən kişi
حَدَّثَنَا أَبُو يُوسُفَ مُحَمَّدُ بْنُ أَحْمَدَ الرَّقِّيُّ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ الْحَرَّانِيُّ ، عَنْ مُحَمَّدِ بْنِ إِسْحَاقَ ، عَنْ مُحَمَّدِ بْنِ طَلْحَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي بَكْرٍ الصِّدِّيقِ ، عَنْ مُعَاوِيَةَ بْنِ جَاهِمَةَ السُّلَمِيِّ قَالَ : أَتَيْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، إِنِّي كُنْتُ أَرَدْتُ الْجِهَادَ مَعَكَ أَبْتَغِي بِذَلِكَ وَجْهَ اللهِ وَالدَّارَ الآخِرَةَ ، قَالَ : وَيْحَكَ ، أَحَيَّةٌ أُمُّكَ ؟ قُلْتُ : نَعَمْ ، قَالَ : ارْجِعْ فَبَرَّهَا ثُمَّ أَتَيْتُهُ مِنَ الْجَانِبِ الآخَرِ ، فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، إِنِّي كُنْتُ أَرَدْتُ الْجِهَادَ مَعَكَ ، أَبْتَغِي بِذَلِكَ وَجْهَ اللهِ وَالدَّارَ الآخِرَةَ ، قَالَ : وَيْحَكَ ، أَحَيَّةٌ أُمُّكَ ؟ قُلْتُ : نَعَمْ ، يَا رَسُولَ اللهِ ، قَالَ : فَارْجِعْ إِلَيْهَا فَبَرَّهَا ثُمَّ أَتَيْتُهُ مِنْ أَمَامِهِ ، فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، إِنِّي كُنْتُ أَرَدْتُ الْجِهَادَ مَعَكَ ، أَبْتَغِي بِذَلِكَ وَجْهَ اللهِ وَالدَّارَ الآخِرَةَ ، قَالَ : وَيْحَكَ ، أَحَيَّةٌ أُمُّكَ ؟ قُلْتُ : نَعَمْ ، يَا رَسُولَ اللهِ ، قَالَ : وَيْحَكَ ، الْزَمْ رِجْلَهَا ، فَثَمَّ الْجَنَّةُ. قَالَ أَبُو عَبْدِ اللهِ بْنُ مَاجَةَ : هَذَا جَاهِمَةُ بْنُ عَبَّاسِ بْنِ مِرْدَاسٍ السُّلَمِيُّ الَّذِي عَاتَبَ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَوْمَ حُنَيْنٍ.
“Rəvayət edilir ki, Müaviyə ibn Cəhimə əs-Suləmi ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ yanına gedib dedim: “Ey Allahın Elçisi, mən Allah rizası və Axirət yurdu üçün səninlə birlikdə cihada getmək istəyirəm”. Allah Elçisi ﷺ dedi: “Vay olsun sənə! Anan sağdır?” Mən: “Bəli”- dedim. Allah Elçisi ﷺ buyurdu: “Qayıt, anana yaxşılıq et!” Sonra mən Allah Elçisinin ﷺ yanına digər tərəfdən gəlib dedim: “Ey Allahın Elçisi, mən Allah rizası və Axirət yurdu üçün səninlə birlikdə cihada getmək istəyirəm”. Allah Elçisi ﷺ dedi: “Vay olsun sənə! Anan sağdır?” Mən: “Bəli” - dedim. Allah Elçisi ﷺ buyurdu: “Qayıt və anana yaxşılıq et!” Sonra mən Allah Elçisinin ﷺ qarşısına keçib dedim: “Ey Allahın Elçisi, mən Allah rizası və Axirət yurdu üçün səninlə birlikdə cihada getmək istəyirəm”. Allah Elçisi ﷺ dedi: “Vay olsun sənə! Anan sağdır?” Mən: “Bəli”- dedim. Allah Elçisi ﷺ buyurdu: “Vay olsun sənə! Ananın ayağına sarıl, çünki Cənnət oradadır”. Əbu Abdullah İbn Məcə deyir: “Cəhimə ibn Abbas ibn Mirdas Huneyn döyüşü olan gün Peyğəmbəri ﷺ ələ salan Abbas ibn Mirdas əs-Suləminin oğludur”.”
İstinad
İbn Məcə, 2781 (Cihad, 29)
Sunən İbn Məcə — Cihad kitabı