Cihad kitabı

Şəhidlik olması ümid edilən əməllər

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنْ أَبِي الْعُمَيْسِ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَبْدِ اللهِ بْنِ جَابِرِ بْنِ عَتِيكٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، أَنَّهُ مَرِضَ فَأَتَاهُ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَعُودُهُ ، فَقَالَ قَائِلٌ مِنْ أَهْلِهِ : إِنْ كُنَّا لَنَرْجُو أَنْ تَكُونَ وَفَاتُهُ قَتْلَ شَهَادَةٍ فِي سَبِيلِ اللهِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنَّ شُهَدَاءَ أُمَّتِي إِذًا لَقَلِيلٌ ، الْقَتْلُ فِي سَبِيلِ اللهِ شَهَادَةٌ ، وَالْمَطْعُونُ شَهَادَةٌ ، وَالْمَرْأَةُ تَمُوتُ بِجُمْعٍ شَهَادَةٌ ، يَعْنِي الْحَامِلَ ، وَالْغَرِقُ ، وَالْحَرِقُ وَالْمَجْنُوبُ ، يَعْنِي ذَاتَ الْجَنْبِ ، شَهَادَةٌ.

“Abdullah ibn Abdullah ibn Cabir ibn Atik atasından və babasından ﵄ rəvayət edir ki, bir dəfə o xəstələnmişdi. Peyğəmbər ﷺ də onu ziyarət etməyə gəlmişdi. Bu vaxt ailə üzvlərindən biri dedi: “Biz onun Allah yolunda şəhid olmasını ümid edirdik”. Allah Elçisi ﷺ buyurdu: “Həqiqətən, ümmətimin şəhidləri azdır; Allah yolunda öldürülən şəhiddir, taun (vəba) xəstəliyindən ölən şəhiddir, hamilə ikən ölən qadın şəhiddir, suda boğulan, yanaraq ölən və ağciyər iltihabından ölən şəhiddir”.”

Abdullah ibn Abdullah ibn Cabir ibn Atik atasından və babasından
Səhih

İstinad

İbn Məcə, 2803 (Cihad, 51)

Sunən İbn Məcə — Cihad kitabı