Cihad kitabı

Şəhidlik olması ümid edilən əməllər

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الْمَلِكِ بْنِ أَبِي الشَّوَارِبِ ، حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ الْمُخْتَارِ ، حَدَّثَنَا سُهَيْلٌ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَنَّهُ قَالَ : مَا تَقُولُونَ فِي الشَّهِيدِ فِيكُمْ ؟ قَالُوا : الْقَتْلُ فِي سَبِيلِ اللهِ . قَالَ : إِنَّ شُهَدَاءَ أُمَّتِي إِذًا لَقَلِيلٌ ، مَنْ قُتِلَ فِي سَبِيلِ اللهِ فَهُوَ شَهِيدٌ ، وَمَنْ مَاتَ فِي سَبِيلِ اللهِ فَهُوَ شَهِيدٌ ، وَالْمَبْطُونُ شَهِيدٌ ، وَالْمَطْعُونُ شَهِيدٌ. قَالَ سُهَيْلٌ : وَأَخْبَرَنِي عُبَيْدُ اللهِ بْنُ مِقْسَمٍ ، عَنْ أَبِي صَالِحٍ ، وَزَادَ فِيهِ : وَالْغَرِقُ شَهِيدٌ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Aranızda şəhid olanlar haqqında nə deyirsiniz?” Səhabələr dedilər: “Şəhidlər Allah yolunda öldürülənlərdir”. O buyurdu: “Elə olduqda, həqiqətən, ümmətimin şəhidləri azdır; Allah yolunda öldürülən şəhiddir, Allah yolunda ölən şəhiddir, qarın xəstəliyindən ölən şəhiddir, taun (vəba) xəstəliyindən ölən şəhiddir”.”

Əbu Hureyra
Səhih

İstinad

İbn Məcə, 2804 (Cihad, 52)

Sunən İbn Məcə — Cihad kitabı