Cihad kitabı

Allah yolunda keşik çəkmək

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ زَيْدِ بْنِ أَسْلَمَ ، عَنْ أَبِيهِ ، عَنْ مُصْعَبِ بْنِ ثَابِتٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ الزُّبَيْرِ ، قَالَ : خَطَبَ عُثْمَانُ بْنُ عَفَّانَ النَّاسَ فَقَالَ : يَا أَيُّهَا النَّاسُ ، إِنِّي سَمِعْتُ حَدِيثًا مِنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ لَمْ يَمْنَعْنِي أَنْ أُحَدِّثَكُمْ بِهِ إِلاَّ الضِّنُّ بِكَمْ وَبِصَحَابَتِكُمْ ، فَلْيَخْتَرْ مُخْتَارٌ لِنَفْسِهِ أَوْ لِيَدَعْ ، سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : مَنْ رَابَطَ لَيْلَةً فِي سَبِيلِ اللهِ سُبْحَانَهُ ، كَانَتْ كَأَلْفِ لَيْلَةٍ صِيَامِهَا وَقِيَامِهَا.

“Rəvayət edilir ki, Abdullah ibn əz-Zubeyr ﵄ demişdir: “Osman ibn Əffan insanlara belə bir xütbə dedi: “Ey insanlar! Həqiqətən, mən Allah Elçisindən ﷺ bir hədis eşitdim. Sizə və yoldaşlarınıza olan bağlılığımdan başqa bir şey o hədisi danışmağa mənə mane olmamışdı. Artıq kim istəsə, sərhəddə keşik çəkməyi seçsin və ya onu tərk etsin. Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Kim nöqsansız Allahın yolunda sərhəddə bir gecə keşik çəkərsə, min gün (nafilə) oruc və min gecə (nafilə) namaz kimi olar”.”

Abdullah ibn əz-Zubeyr
Səhih

İstinad

İbn Məcə, 2766 (Cihad, 14)

Sunən İbn Məcə — Cihad kitabı