Cihad kitabı

Kafirlərlə döyüşə gedən dəstədə olmaq

حَدَّثَنَا أَحْمَدُ بْنُ عَبْدَةَ ، أَخْبَرَنَا حَمَّادُ بْنُ زَيْدٍ ، عَنْ ثَابِتٍ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ : ذُكِرَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَقَالَ : كَانَ أَحْسَنَ النَّاسِ ، وَكَانَ أَجْوَدَ النَّاسِ ، وَكَانَ أَشْجَعَ النَّاسِ . وَلَقَدْ فَزِعَ أَهْلُ الْمَدِينَةِ لَيْلَةً ، فَانْطَلَقُوا قِبَلَ الصَّوْتِ ، فَتَلَقَّاهُمْ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ وَقَدْ سَبَقَهُمْ إِلَى الصَّوْتِ ، وَهُوَ عَلَى فَرَسٍ لأَبِي طَلْحَةَ عُرْيٍ ، مَا عَلَيْهِ سَرْجٌ فِي عُنُقِهِ السَّيْفُ ، وَهُوَ يَقُولُ : يَا أَيُّهَا النَّاسُ ، لَنْ تُرَاعُوا يَرُدُّهُمْ ، ثُمَّ قَالَ : لِلْفَرَسِ وَجَدْنَاهُ بَحْرًا أَوْ إِنَّهُ لَبَحْرٌ. قَالَ حَمَّادٌ : وَحَدَّثَنِي ثَابِتٌ أَوْ غَيْرُهُ قَالَ : كَانَ فَرَسًا لأَبِي طَلْحَةَ يُبَطَّأُ فَمَا سُبِقَ بَعْدَ ذَلِكَ الْيَوْمِ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ Peyğəmbəri ﷺ xatırlayaraq belə demişdir: “O, insanların ən yaxşısı, insanların ən əliaçığı və insanların ən mərdi idi. Bir dəfə gecə vaxtı Mədinə camaatı bir səs eşidib o səsə doğru getdi. Allah Elçisi ﷺ də Əbu Təlhənin yəhərsiz atının üstündə, boynunda qılınc olan halda səs gələn yerə hamıdan qabaq getdi, sonra da oradan qayıdıb Mədinə camaatı ilə rastlaşdı və onları geriyə çevirib buyurdu: “Ey insanlar, siz qorxudulmayacaqsınız!” Sonra at üçün dedi: “Biz onun bir çay kimi (axıcı olduğunu) gördük” və ya ”o, çay kimidir (axıcıdır)”. Ravi Həmməd deyir: “Sabit və ya başqası mənə bu hədisi rəvayət edərək demişdir: “O at Əbu Təlhənin ləng tərpənən bir atı idi. Lakin həmin gündən sonra onu sürətdə keçən olmadı”.”

Ənəs ibn Malik
Səhih

İstinad

İbn Məcə, 2772 (Cihad, 20)

Sunən İbn Məcə — Cihad kitabı