Cihad kitabı

Allaha asilikdə rəhbərə itaət yoxdur

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَمْرٍو ، عَنْ عُمَرَ بْنِ الْحَكَمِ بْنِ ثَوْبَانَ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ بَعَثَ عَلْقَمَةَ بْنَ مُجَزِّزٍ عَلَى بَعْثٍ ، وَأَنَا فِيهِمْ ، فَلَمَّا انْتَهَى إِلَى رَأْسِ غَزَاتِهِ ، أَوْ كَانَ بِبَعْضِ الطَّرِيقِ ، اسْتَأْذَنَتْهُ طَائِفَةٌ مِنَ الْجَيْشِ ، فَأَذِنَ لَهُمْ ، وَأَمَّرَ عَلَيْهِمْ عَبْدَ اللهِ بْنَ حُذَافَةَ بْنِ قَيْسٍ السَّهْمِيَّ ، فَكُنْتُ فِيمَنْ غَزَا مَعَهُ ، فَلَمَّا كَانَ بِبَعْضِ الطَّرِيقِ ، أَوْقَدَ الْقَوْمُ نَارًا لِيَصْطَلُوا ، أَوْ لِيَصْنَعُوا عَلَيْهَا صَنِيعًا ، فَقَالَ عَبْدُ اللهِ : وَكَانَتْ فِيهِ دُعَابَةٌ : أَلَيْسَ لِي عَلَيْكُمُ السَّمْعُ وَالطَّاعَةُ ؟ قَالُوا : بَلَى ، قَالَ : فَمَا أَنَا بِآمِرِكُمْ بِشَيْءٍ ، إِلاَّ صَنَعْتُمُوهُ ؟ قَالُوا : نَعَمْ ، قَالَ : فَإِنِّي أَعْزِمُ عَلَيْكُمْ ، إِلاَّ تَوَاثَبْتُمْ فِي هَذِهِ النَّارِ ، فَقَامَ نَاسٌ ، فَتَحَجَّزُوا ، فَلَمَّا ظَنَّ أَنَّهُمْ وَاثِبُونَ ، قَالَ : أَمْسِكُوا عَلَى أَنْفُسِكُمْ ، فَإِنَّمَا كُنْتُ أَمْزَحُ مَعَكُمْ. فَلَمَّا قَدِمْنَا ذَكَرُوا ذَلِكَ لِلنَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ أَمَرَكُمْ مِنْهُمْ بِمَعْصِيَةِ اللهِ ، فَلاَ تُطِيعُوهُ.

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Alqamə ibn Mucəzzizi bir dəstəyə rəhbər olaraq döyüşə göndərdi. Mən o dəstədə idim. Dəstə başçısı döyüş və ya səfər əsnasında ayrı getmək üçün izin istədi. Başçı da onlara izin verərək Abdullah ibn Huzafa ibn Qeys əs-Səhmini onlara dəstə rəhbəri təyin etdi. Mən də bu dəstədə idim. Abdullah yolun bir kənarında dincələndə döyüşçülər qızınmaq və ya üstündə bir yemək bişirmək üçün böyük bir tonqal qaladılar. Zarafatcıl xasiyyəti olan Abdullah dedi: “Siz mənim əmrlərimi eşidib itaət etməli deyilsinizmi?” Döyüşçülər: “Bəli”- dedilər. Abdullah dedi: “Onda mən sizə nə əmr etsəm, onu edəcəksiniz?” Döyüşçülər: “Bəli”- dedilər. Abdullah dedi: “Mən sizə bu tonqalın içinə girməyinizi əmr edirəm”. Bəzi döyüşçülər tonqala atılmaq üçün ayağa durdular. Abdullah onların bunu ciddi qəbul etdiklərini başa düşdükdə dedi: “Dayanın! Mən sizinlə zarafat edirdim”. Əbu Səid deyir: “Sonra biz döyüşdən qayıtdıqda bu məsələni Peyğəmbərə ﷺ danışdıq. Allah Elçisi ﷺ də buyurdu: “Başçılardan kim sizə Allaha asi olmağı əmr edərsə, bu xüsusda ona itaət etməyin”.”

Əbu Səid əl-Xudri
Həsən

İstinad

İbn Məcə, 2863 (Cihad, 111)

Sunən İbn Məcə — Cihad kitabı