Cihad kitabı

Rəhbərə itaət etmək

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، حَدَّثَنَا شُعْبَةُ ، عَنْ أَبِي عِمْرَانَ الْجَوْنِيِّ ، عَنْ عَبْدِ اللهِ بْنِ الصَّامِتِ ، عَنْ أَبِي ذَرٍّ ، أَنَّهُ انْتَهَى إِلَى الرَّبَذَةِ ، وَقَدْ أُقِيمَتِ الصَّلاَةُ ، فَإِذَا عَبْدٌ يَؤُمُّهُمْ ، فَقِيلَ هَذَا أَبُو ذَرٍّ ، فَذَهَبَ يَتَأَخَّرُ ، فَقَالَ أَبُو ذَرٍّ : أَوْصَانِي خَلِيلِي صَلَّى الله عَليْهِ وسَلَّمَ أَنْ أَسْمَعَ وَأُطِيعَ ، وَإِنْ كَانَ عَبْدًا حَبَشِيًّا مُجَدَّعَ الأَطْرَافِ.

“Rəvayət edilir ki, Əbu Zərr ﵁ ər-Rabəzəyə gəldi. Bu əsnada namaza iqamə verildi və bir kölə namaz qıldırmağa hazırlaşdı. “Bu gələn Əbu Zərdir” deyildikdə həmin kölə geri çəkilməyə başladı. Əbu Zərr dedi: “Rəhbər əzası kəsilmiş həbəşi bir kölə olsa belə, onun əmrlərini eşitməyimi və itaət etməyimi mənə dostum ﷺ tövsiyə etmişdir”.”

Əbu Zərr
Səhih

İstinad

İbn Məcə, 2862 (Cihad, 110)

Sunən İbn Məcə — Cihad kitabı