Döyüşdə götürülən qənimətdən oğurluq etmək
حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا أَبُو أُسَامَةَ ، عَنْ أَبِي سِنَانٍ عِيسَى بْنِ سِنَانٍ ، عَنْ يَعْلَى بْنِ شَدَّادٍ ، عَنْ عُبَادَةَ بْنِ الصَّامِتِ ، قَالَ : صَلَّى بِنَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَوْمَ حُنَيْنٍ ، إِلَى جَنْبِ بَعِيرٍ مِنَ الْمَقَاسِمِ ، ثُمَّ تَنَاوَلَ شَيْئًا مِنَ الْبَعِيرِ ، فَأَخَذَ مِنْهُ قَرَدَةً ، يَعْنِي وَبَرَةً ، فَجَعَلَ بَيْنَ إِصْبَعَيْهِ ، ثُمَّ قَالَ : يَا أَيُّهَا النَّاسُ إِنَّ هَذَا مِنْ غَنَائِمِكُمْ ، أَدُّوا الْخَيْطَ ، وَالْمِخْيَطَ ، فَمَا فَوْقَ ذَلِكَ ، وَمَا دُونَ ذَلِكَ ، فَإِنَّ الْغُلُولَ عَارٌ ، عَلَى أَهْلِهِ يَوْمَ الْقِيَامَةِ ، وَشَنَارٌ وَنَارٌ.
“Rəvayət edilir ki, Ubadə ibn əs-Samit ﵁ demişdir: “Allah Elçisi ﷺ Huneyn döyüşü günü qənimət malından olan bir dəvənin yanında bizə namaz qıldırdı. Namazdan sonra dəvədən bir tük götürüb barmaqlarının arasına qoydu və buyurdu: “Ey insanlar! Şübhəsiz, bu (tük belə) sizin qənimətlərinizdəndir. İpi, iynəni, bundan daha dəyərli və daha dəyərsiz olanı (mənə təhvil) verin, çünki qənimət malından bir şey oğurlamaq bunu edənə bir utanc, biyabırçılıq və oddur”.”
İstinad
İbn Məcə, 2850 (Cihad, 98)
Sunən İbn Məcə — Cihad kitabı