Cihad kitabı

Allahın yolunda şəhid olmağın fəziləti

حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ الْمُنْذِرِ الْحِزَامِيُّ ، حَدَّثَنَا مُوسَى بْنُ إِبْرَاهِيمَ الْحَرَامِيُّ الأَنْصَارِيُّ قَالَ : سَمِعْتُ طَلْحَةَ بْنَ خِرَاشٍ قَالَ : سَمِعْتُ جَابِرَ بْنَ عَبْدِ اللهِ يَقُولُ : لَمَّا قُتِلَ عَبْدُ اللهِ بْنُ عَمْرِو بْنِ حَرَامٍ يَوْمَ أُحُدٍ ، قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : يَا جَابِرُ ، أَلاَ أُخْبِرُكَ مَا قَالَ اللَّهُ عَزَّ وَجَلَّ لأَبِيكَ ؟ قُلْتُ : بَلَى ، قَالَ : مَا كَلَّمَ اللَّهُ أَحَدًا إِلاَّ مِنْ وَرَاءِ حِجَابٍ ، وَكَلَّمَ أَبَاكَ كِفَاحًا فَقَالَ : يَا عَبْدِي ، تَمَنَّ عَلَيَّ أُعْطِكَ ، قَالَ : يَا رَبِّ ، تُحْيِينِي فَأُقْتَلُ فِيكَ ثَانِيَةً ، قَالَ : إِنَّهُ سَبَقَ مِنِّي أَنَّهُمْ إِلَيْهَا لاَ يُرْجَعُونَ . قَالَ : يَا رَبِّ ، فَأَبْلِغْ مَنْ وَرَائِي ، فَأَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ هَذِهِ الآيَةَ : {وَلاَ تَحْسَبَنَّ الَّذِينَ قُتِلُوا فِي سَبِيلِ اللهِ أَمْوَاتًا} الآيَةَ كُلَّهَا.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Abdullah ibn Amr ibn Haram Uhud döyüşündə öldürüldükdə Allah Elçisi ﷺ belə buyurdu: “Ey Cabir, Allahın ﷿ sənin atana nə dediyini sənə xəbər verimmi?” Mən: “Bəli!”- deyə cavab verdim. O dedi: “İndiyədək Allah danışdığı kimsə ilə yalnız pərdə arxasından danışıb. Sənin atanı diriltdikdən sonra isə onunla arasında heç bir pərdə olmadan bilavasitə danışıb dedi: “Ey qulum! Məndən istə, Mən də sənə (istədiyini) verim!” Atan dedi: “Ya Rəbbim! Məni yenidən dirilt ki, Sənin yolunda (vuruşub) bir daha şəhid olum”. Allah isə ona belə buyurdu: “Mən hər kəsin öldükdən sonra dirilib dünyaya qayıtmayacağını artıq əzəldən müəyyən etmişəm”. Atan dedi: “Ya Rəbbim! Məndən arxada (dünyada) qalanlara bunu çatdır”. Allah ﷿ bu ayəni tam şəkildə nazil etdi: “Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, (onlar) diridirlər” (Ali-İmran, 169)”.”

Cabir ibn Abdullah
Həsən

İstinad

İbn Məcə, 2800 (Cihad, 48)

Sunən İbn Məcə — Cihad kitabı