Cihad kitabı

Allahın yolunda şəhid olmağın fəziləti

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، حَدَّثَنَا الأَعْمَشُ ، عَنْ عَبْدِ اللهِ بْنِ مُرَّةَ ، عَنْ مَسْرُوقٍ ، عَنْ عَبْدِ اللهِ ، فِي قَوْلِهِ : {وَلاَ تَحْسَبَنَّ الَّذِينَ قُتِلُوا فِي سَبِيلِ اللهِ أَمْوَاتًا بَلْ أَحْيَاءٌ عِنْدَ رَبِّهِمْ يُرْزَقُونَ} قَالَ : أَمَا إِنَّا سَأَلْنَا عَنْ ذَلِكَ ، فَقَالَ : أَرْوَاحُهُمْ كَطَيْرٍ خُضْرٍ تَسْرَحُ فِي الْجَنَّةِ فِي أَيِّهَا شَاءَتْ ، ثُمَّ تَأْوِي إِلَى قَنَادِيلَ مُعَلَّقَةٍ بِالْعَرْشِ ، فَبَيْنَمَا هُمْ كَذَلِكَ ، إِذِ اطَّلَعَ عَلَيْهِمْ رَبُّكَ اطِّلاَعَةً ، فَيَقُولُ : سَلُونِي مَا شِئْتُمْ ، قَالُوا : رَبَّنَا ، وَمَاذَا نَسْأَلُكَ وَنَحْنُ نَسْرَحُ فِي الْجَنَّةِ فِي أَيِّهَا شِئْنَا ؟ فَلَمَّا رَأَوْا أَنَّهُمْ لاَ يُتْرَكُونَ مِنْ أَنْ يَسْأَلُوا ، قَالُوا : نَسْأَلُكَ أَنْ تَرُدَّ أَرْوَاحَنَا فِي أَجْسَادِنَا إِلَى الدُّنْيَا حَتَّى نُقْتَلَ فِي سَبِيلِكَ ، فَلَمَّا رَأَى أَنَّهُمْ لاَ يَسْأَلُونَ إِلاَّ ذَلِكَ ، تُرِكُوا.

“Rəvayət edilir ki, Abdullah ﵁ Allahın bu “Allah yolunda öldürülənləri əsla ölü sanma. Əksinə, onlar diridirlər; özlərinin Rəbbi yanında onlara ruzi verilir” (Ali-İmran, 169) kəlamı haqda demişdir: “Bilin ki, biz bu haqda Allah Elçisindən ﷺ soruşduqda o belə buyurdu: “Onların ruhları yaşıl quşlar kimidir, hansı Cənnətə istəsələr, oraya gedirlər. Sonra Ərşdən asılan çıraqlara qayıdırlar. Onlar bu vəziyyətdə olarkən sənin Rəbbin onlara nəzər salıb buyurar: “Məndən nə istəyirsizsə, istəyin”. Onlar deyərlər: “Ya Rəbbimiz! Hansı Cənnətə istəsək gedirik, bundan artıq nə istəyək?!” Sonra onlar Rəblərinin nə istədiklərini soruşmaqda israr etdiyini görüncə deyərlər: “Biz istəyirik ki, ruhlarımızı dünyada bədənlərimizə qaytarasan və Sənin yolunda yenə şəhid olaq”. Allah onların bundan başqa heç bir istəklərinin olmadığını gördükdə onlardan bir şey soruşmaz”.”

Abdullah
Səhih

İstinad

İbn Məcə, 2801 (Cihad, 49)

Sunən İbn Məcə — Cihad kitabı