Allahın yolunda şəhid olmağın fəziləti
حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ عَيَّاشٍ , حَدَّثَنِي بَحِيرُ بْنُ سَعْدٍ ، عَنْ خَالِدِ بْنِ مَعْدَانَ ، عَنِ الْمِقْدَامِ بْنِ مَعْدِي كَرِبَ ، عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : لِلشَّهِيدِ عِنْدَ اللهِ سِتُّ خِصَالٍ : يَغْفِرُ لَهُ فِي أَوَّلِ دُفْعَةٍ مِنْ دَمِهِ ، وَيُرَى مَقْعَدَهُ مِنَ الْجَنَّةِ ، وَيُجَارُ مِنْ عَذَابِ الْقَبْرِ ، وَيَأْمَنُ مِنَ الْفَزَعِ الأَكْبَرِ ، وَيُحَلَّى حُلَّةَ الإِيمَانِ ، وَيُزَوَّجُ مِنَ الْحُورِ الْعِينِ ، وَيُشَفَّعُ فِي سَبْعِينَ إِنْسَانًا مِنْ أَقَارِبِهِ.
“Miqdəm ibn Mədi Kərib ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Şəhidin Allah dərgahında altı xüsusiyyəti var; ilk (qan damcısı ilə) bağışlanır, Cənnətdəki yerini görür, qəbir əzabından qorunur, Qiyamət gününün dəhşətli qorxusundan arxayın olur, huri ilə evləndirilir və qohum-əqrəbasından yetmiş nəfərə şəfaət edir”.”
İstinad
İbn Məcə, 2799 (Cihad, 47)
Sunən İbn Məcə — Cihad kitabı